Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev milli bayram münasibətilə şri-lankalı həmkarını təbrik edib

Prezident İlham Əliyev milli bayram münasibətilə şri-lankalı həmkarını təbrik edib

04.02.2025 [18:05]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı münasibətilə Prezident Anura Kumara Dissanayakeyə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubunda milli bayram – Müstəqillik Günü münasibətilə Anura Kumara Dissanayakeyə və bütün Şri-Lanka xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini yetirən dövlətimizin başçısı qeyd edib: “İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasında təşəkkül tapmış münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli qaydada dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Paylaş:
Baxılıb: 367 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28