Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Əczaçılıq sənayesinin inkişafına töhfə

Əczaçılıq sənayesinin inkişafına töhfə

25.11.2025 [10:38]

Ölkəmizdə istifadəyə verilən dərman zavodları idxaldan asılılığı azaltmaqla, əlçatanlığı təmin edəcək

Prezident İlham Əliyevin Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışını etməsi ölkəmizdə innovasiyönümlü sənaye istehsalı zəncirinin genişləndiyini təsdiqləyir.

Qeyd edək ki, Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunmuş “Scandens Pharmaceutical Industries Ltd” MMC-də antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal olunacaq. Həmin məhsullar həm daxili bazarın tələbatına yönəldiləcək, həm də gələcəkdə ixracın ünvanlarından birinə çevriləcək. Özəl investisiya layihəsi olan bu müəssisənin yaradılmasına 74 milyon manat sərmayənin cəlb edilməsi ilə dərman sənayesi sektorunda iritutumlu istehsal bölmələrindən biri kimi yaxın illərdə öz kapital dəyərini artırması nəzərdə tutulur.

Müəssisənin fəaliyyətə başlaması Azərbaycanın əczaçılıq sənayesində yeni inkişaf mərhələsi kimi qiymətləndirilməklə, əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın güclənməsinə töhfə verəcək. Gələcəkdə rəqabətqabiliyyətli məhsulların istehsalı ölkəmizin ixrac imkanlarını da genişləndirəcək.

Müəssisə, eyni zamanda, əczaçılıq sahəsində peşəkar kadrların hazırlanması və əməli bacarıqların inkişafı üçün baza rolunu oynayacaq. “Scandens Pharmaceutical Industries Ltd” MMC, Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti və “Panon Pharma” şirkəti arasında imzalanmış dördtərəfli Memorandum çərçivəsində burada əczaçı və qeyri-əczaçı ixtisasları üzrə qısa və uzunmüddətli təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.

Hədəf yerli istehsal hesabına tələbatı təmin etməkdir

Ölkəmizdə müasir, yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli məhsullar istehsal edən sənaye zonaları fəaliyyət göstərir ki, bu da aparılan sənayeləşmə siyasətinə uyğun olaraq qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edir. Həmin sənaye zonalarının tərkib hissəsi olan əczaçılıq sənayesi Azərbaycanda qeyri-neft iqtisadiyyatının əsas bölməsi olmaqla, ümumilikdə, sənayedə əlavə dəyərin artmasına mühüm töhfə verən amillərdəndir. Bu sahə, eyni zamanda, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsinə səbəb olur.

Qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılmasını təmin edir, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılmasına imkan yaradır. Əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsini sürətləndirir. İstehsal sahəsində əhalinin məşğulluğunun artırılmasını təmin edir.

Ölkəmizdə yeri yaradılan dərman zavodları, eyni zamanda Macarıstanın məşhur sənaye korporasiyaları ilə birgə əməkdaşlıq çərçivəsində qurulur. Bu ölkənin Avropa bazarında xüsusi payı olan “Gedeon Richter” şirkəti Azərbaycanda əczaçılıq sənayesinin inkişafına töhfə verməkdə, bir sıra özəl əczaçılıq müəssisələrinin yaradılmasına öz dəstəyini göstərməkdədir. Dərman istehsalı müəssisələrinin yaradılmasında macar mütəxəsisiləri qabaqcıl texnologiya və avadanlıqlardan, Avropanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunacaq. Belə ki, əczaçılıq zavodu yüksək dərəcəli izolyasiya, avtomatlaşdırma və öz sinfində ən yaxşı istehsal həllərinə malik yeni nəsil dərman istehsalı GMP istehsal praktikası, həmçinin ÜST Texniki Hesabat siyahısı, ISPE Qabaqcıl Təcrübə Təlimatının tələblərinə və digər beynəlxalq norma və qaydalara uyğun təchizat şəbəkəsi qurmaqdadır.

Pirallahı Sənaye Parkı istehsal zəncirində payını artırır

Həmin sənaye zəncirinin mühüm bir həlqəsi kimi Pirallahı Sənaye Parkında son illərdə yaradılan müəssisələrin fəaliyyəti də mühüm əhəmiyyət daşıyır. Dərman istehsalı üzrə ixtisaslaşmış və bu sahənin inkişafına hesablanmış Pirallahı Sənaye Parkı dövlət başçısının  2016-cı ildə imzaladığı müvafiq sərəncama əsasən yaradılıb. Sənaye Parkının başlıca məqsədi ölkədə bir çox dərman məhsullarına olan tələbatı tam ödəyib, xaricə məhsul satışını həyata keçirməkdir. Parkda 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və parkın investisiya həcmi 129 milyon manata yaxındır. İndiyə kimi sahibkarlar bu sahəyə 56 milyon manat civarında investisiya yatırıblar ki, bunun da sayəsində 150-dən çox daimi iş yeri yaratmaq mümkün olub.

Hazırda 7 rezidenti olan parkın 2 müəssisəsi fəaliyyət göstərir. Onlardan biri “Hayat Pharm” əczaçılıq şirkəti 2020-ci ildən tam fəaliyyətə başlamaqla dərman sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqdadır. Müəssisələrdə birdəfəlik şprislər, sterilləşdirilmiş damardaxili kateterlər, infuziya dəsti, lateks steril cərrahi əlcək, diabeton MR və digər məhsulların istehsalı həyata keçirilir. Hazırda qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplərin, qan depolama və test qablarının, birdəfəlik üçkomponentli şprislərin, bioloji aktiv qida əlavələrinin, tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və digər dərman məhsullarının istehsalı üzərində iş gedir. Sənaye Parkının rezidenti “R-Pharm” zavodunda üç növ insulinin - “RinGlar”, “RinFast” və “RinFast Mix” lokallaşdırılması və eyni zamanda bu preparatların ölkə daxilində satışa çıxarılması nəzərdə tutulur.

Pirallahı Sənaye Parkında yaxın vaxtlarda istehsala açılması nəzərdə tutulan “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin də dərman vasitələrinin istehsalında xüsusi payı olacaq. Azərbaycan İnvestisiya Şirkəti, Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti və “SİA Pharmaceutical” MMC tərəfindən yaradılan bu müştərək müəssisə Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi əsasında qurulmaqdadır. Zavodda 42 adda müxtəlif doza və qablaşdırmada dərman məhsulları istehsal olunacaq ki, bu da ölkəmizdə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödənilməsini daha da gücləndirəcək və idxaldan asılılığı xeyli azaldılacaq. İllik istehsal gücü 50 milyon qutu nəzərdə tutulan zavodda istehsal edilən məhsulların daxili bazara satılması ilə yanaşı, “Made in Azerbaijan” brendi ilə region ölkələrinə də ixracı planlaşdırılır.

“Diamed” dərman sənayesinin liderlərindən birinə çevrilir

Ölkəmizdə dərman sənayesində öz imkanlarını artıran müəssisələrdən biri də “Diamed” dərman istehsalı zavodudur. “Diamed Development Group” MMC-nin tərkibində olan zavodun istehsal prosesi ən yeni texnologiyaların cəlb edilməsi ilə keyfiyyətli dərman təminatını həll etməkdədir. Zavodda müxtəlif adlarda, geniş çeşiddə NaCl, Ringer; Ringer laktat, qlükoza və müxtəlif həcmlərdə həyati vacib zəruri venadaxili dərman məhlulları istehsal olunur. Müəssisənin layihəsi İsveçrə şirkəti tərəfindən Qabaqcıl İstehsal Təcrübəsinə (GMP), istehsal xətti isə Avropa Farmakopeyasına uyğun olaraq hazırlanmış zavodda istehsal olunan məhsullar müasir laboratoriyada Avropa Farmakopeyasının tələblərinə uyğun mütəmadi olaraq yoxlanılır. Məhsulların yerli bazarın tələbatını ödəməsi ilə yanaşı, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixracı da nəzərdə tutulur.

Beləliklə, ölkəmizdə istifadəyə verilən dərman zavodları və əczaçılıq müəssisələri yerli tələbatın ödənilməsi, idxaldan asılılığın minimallaşdırılması ilə yanaşı, bu bazarda rəqabətin genişlənməsini təşviq etməklə, qiymətlərin aşağı düşməsini də stimullaşdıracaq. Eyni zamanda, dərmanların keyfiyyəti ilə bağlı çətinliklərin aradan qalxmasında, əlçatanlığın təmin olunmasında mühüm rol oynayacaq.

Əczaçılıq müəssisələrinin istehsal şəbəkəsinin genişlənməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə verməklə, iqtisadiyyatın şaxələndirilməsi və idxalı əvəzləyən milli prioritetlərin reallaşmasına imkan yaradır.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 77 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

COP29

YAP xəbərləri

Siyasət

Birinci Forum...

25 Noyabr 10:12

YAP xəbərləri

Ədəbiyyat

Gündəm

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30