Dövlət dəstəyi...
30.04.2026 [11:56]
Prezident Sərəncam verdi
Prezident İlham Əliyevin “Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncama əsasən, 2026-cı ilin mart-aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları nəticəsində zərər dəymiş infrastrukturların bərpası və yenidən qurulması, əlavə kommunal xidmət strukturlarının yaradılması, fərdi yaşayış evlərinin inşası, bərpası, eləcə də mülkiyyət sahibinlərinə və aqrar zahədə ziyana məruz qalmış təsərrüfat sahiblərinə kompensasiyaların verilməsi nəzərdə tutulur. Sənədə əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 85 milyon 869 min 260 manat vəsait ayrılıb.
Fərdi yaşayış evləri tikiləcək, sakinlərə maddi yardım ödəniləcək
Dövlət başçısı tərəfindən ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üçün aidiyyəti dövlət orqanları qarşısında müvafiq tapşırıqlar qoyulub. Tədbirlər Planına əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı müəyyən edilib. Siyahıya əsasən ilk növbədə, təxirə salınmadan zərər görmüş sakinlər üçün fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulur. Belə ki, qısa müddətdə Xaçmaz şəhərində Koroğlu, Y.Şabanov, Ləcət, Cığatay, Tel, Uzunoba, kəndlərində fərdi yaşayış evlərinin yenidən tikilməsi, eləcə də İstisu qəsəbəsində 3 fərdi yaşayış evinin yenidən tikilməsi işlərinə başlanılacaq. Xudat şəhərində 2, Yalama və Xanoba kəndlərində də fərdi yaşayış evinin yenidən tikilməsinəzərdə tutulur. Ümumilikdə, Xaçmazın 10-a yaxın kəndində 20-dən çox ev yenidən inşa olunacaq. Həmçinin, Qusar, Quba, Şabran, Xızı və Siyəzən rayonlarında 20-dən artıq kənd və qəsəbədə, bir neçə kənddə fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulur.
Bakı şəhərində isə Binəqədi rayonu ərazisindəki Ozan küçəsi 167, ev 112A ünvanında fərdi yaşayış evinin tikintisi Tədbirlər Planına daxil edilib. Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmir-bərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım verilməsi və həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayə haqlarının ödənilməsi də icra olunacaq. Keşlə qəsəbəsi R.Bağırov küçəsi, 36/12 “b” ünvanında sökülmüş fərdi yaşayış evinin sakinlərinə isə birdəfəlik maddi yardım ödəniləcək.
Mühafizə bəndləri və istinad divarları inşa olunacaq
Yaşayış və digər sahələrdə infrastruktur xidmətində təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarının istinad divarlarının inşası da həyata keçiriləcək.
Tədbirlər Planında əhatəli və kompleks işlər sırasında su və meliorasiya tədbirləri xüsusi diqqəti cəlb edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən görüləcək işlərin planına əsasən, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalının Dəvəçiçay ilə kəsişməsində 3400 mm-lik metal dukerin və xidməti körpünün dayaqlarının yuyulması, Dəvəçiçayda mühafizə bəndinin tikilməsi, Vəlvələçay-Taxtakörpü kanalının PK155-PK163 sağ tərəfində torpaq sürüşməsinin kənarlaşdırılması və terrasların yaradılması, Şabrançayda və Dəvəçiçayda mühafizə tədbirlərinin görülməsi, Xızı rayonunda Taxtakörpü-Ceyranbatan kanalının 9,10,11 və 12 saylı dukerlərinin kəsişdiyi Girdimançay, Gədiçay, Veqverçay və Sitalçayda olan keçidlərin yuyulması, habelə Xaçmaz rayonu Xanarx kanalı PK 140-630 aralığında sağ yamaclardan dağılmış beton üzlüyün bərpası nəzərdə tutulur. Ağsu rayonu ərazisindəki Ağsuçayın Maşadqanlı kəndi ərazisindən keçən hissəsində beton bəndin tikilməsi, Ağsuçayın şəhər ərazisindən keçən hissəsində fiksatorların və beton bəndlərin tikilməsi və Quba rayonu Qaraçayda daş-beton bəndin inşası, Xaçmaz rayonu Qusarçayda və Qaraçayda sahil mühafizə bəndlərinin quraşdırılması və Astara rayonu Pensərçayda daş-beton bəndlərin quraşdırılması da görüləcək işlər siyahısında yer alır. Abşeron rayonu ərazisində, o cümlədən Xırdalan şəhərində içməli su, kanalizasiya və yağış sularının axıdılması sistemlərində yaranmış qəzalı vəziyyətin aradan qaldırılması üçün tədbirlərin görülməsi də işlərin siyahısına aiddir. Bundan başqa, Xətai, Nizami, Binəqədi, Sabunçu rayonlarının və Sumqayıt şəhərinin müxtəlif ərazilərində kollektorlarda baş vermiş çökmənin aradan qaldırılması nəzərdə tutulur.
Su-kanalizasiya, yol, elektrik təsərrüfatı ilə bağlı tədbirlər
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə həvalə edilmiş digər tədbirlərə kanalizasiya-nasos stansiyaları və nasos aqreqatlarının, generator avadanlıqlarının bərpası və mühərrikinin dəyişdirilməsi, subasma nəticəsində zədələnmiş avadanlıqların yenilənməsi, idarəetmə sisteminin mühafizə səviyyəsinin artırılması və digər zəruri tədbirlərin görülməsi işləri daxildir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən görüləcək işlər isə respublika əhəmiyyətli olmaqla, yol təsərrüfatında geniş miqyaslı tədbirləri əhatə edir. Agentlik həvalə edilmiş işlərin siyahısına Quba rayonu M-1-Zərqava-Kələnov yolunun 7-ci və 10-cu km-də yamaclarda baş vermiş sürüşmələrin və Quba-İspik-Xınalıq yolunun 30-cu km-də baş vermiş uçqunun, Quba-Qonaqkənd-Muçu yolunun 40-42-ci km-lərində baş vermiş çökmə, qabarma və sürüşmənin nəticələrinin aradan qaldırılması, Yerfi-Adur yolunun yararsız vəziyyətə düşmüş çınqıl örtüyünün yenilənməsi, diametri 300 və 500 mm-lik, ümumi uzunluğu 81 metr olan suötürücü boruların yenilənməsi və 20-ci km-də Söhüb kəndinin ərazisində yerləşən körpünün giriş-çıxış hissələrinin bərpası daxildir. Eləcə də Xaçmaz, Qusar, Şabran, Quba, Xızı, Siyəzən, Ağsu, İsmayıllı, Qaradağ, Səbail rayonu ərazilərində yollarda yaranmış çoxsaylı sürüşmə, uçqun, çökmə, qabarma və çatların nəticələrinin aradan qaldırılması həyata keçiriləcək.
“Azərişıq” ASC tərəfindən görüləcək işlər Binəqədi, Biləcəri, Xətai, Suraxanı, Sabunçu və Xəzər elektrik şəbəkələrinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlıdır. Həmin tədbirlər çərçivəsində transformator məntəqələrinin yeniləri ilə əvəz olunması, elektrik hava xətlərinin və yeraltı kabel xətlərinin dəyişdirilməsi və sürüşmə zonasından kənara çıxarılaraq yenilənməsi həyata keçiriləcək.
Hər bir azərbaycanlının Prezidenti
Dövlət başçısının müvafiq sərəncamı növbəti humanizminin nümunəsi olmaqla, vətəndaşların çətin günlərində onların yanında olduğunu təsdiqləyir. Bu, bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. Ölkə vətəndaşları 2003-cü ildən indiyə qədər bu fəaliyyətin dəfələrlə şahidi olublar. Sosial xarakterli fərman və sərəncamlar hər bir azərbaycanlının mənafeyinə xidmət edir. Ermənistanın işğalı nəticəsində yurd-yuvasından didərgin düşmüş keçmiş qaçqın və məcburi köçkünlərin davamlı sosial qayğı ilə əhatə olunması və torpaqlarımızın azad edilməsindən sonra bir nömrəli vəzifə kimi onların geri dönüşünün təmin edilməsi və layiqli həyat şəraitinin qurulması, sosial humanizmin davam etdirilməsi, şəhid ailələrinin, müharibə veteranlarının sosial durumunun yaxşılaşdırılması, onların mənzil-məişət problemlərinin həlli, müharibə əlillərinin avtomobillə təmin olunması və s. tədbirlər bunlara əyani misaldır.
Vaxtilə müxtəlif təbiət hadisələri nəticəsində zərərlə üzləşmiş sakinlərin və sahibkarların da çətinlikləri ən ali səviyyədə öz həllini tapıb. Kür çayının daşmasından, Zaqatala-Qax rayonları ərazisində baş verən, eləcə də Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşanmış zəlzələdən sonra hadisə yerinə ilk baş çəkənlərdən biri məhz Prezident İlham Əliyev olub və dərhal təxirəsalınmaz tədbirlər görülməsi üçün icra orqanlarına tapşırıqlar verilib. Onun daim nəzarəti və qayğısı sayəsində təbii fəlakət nəticəsində evləri uçulan, dağılan vətəndaşlar yeni, daha müasir mənzillərlə təmin olunublar, kənd təsərrüfatı mülkiyyətçiləri zəruri kompensasiya əldə ediblər.
Ardıcıl və davamlı dövlət dəstəyi
Bir neçə il əvvəl Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində yanğın baş verən zamanı yüzlərlə sahibkara dəymiş ziyanın ödənilməsi də dövlət tərəfindən öz həllini tapıbdır. Həmin hadisədən dərhal sonra Prezident İlham Əliyev aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi, hadisəni öz nəzarəti altında saxladı. Məhz Onun tapşırığı nəticəsində zərərçəkən sahibkarlarla dövlət rəsmilərinin görüşü keçirildi, baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumların və zərərçəkən sahibkarların nümayəndələrindən ibarət komissiya təşkil edildi. Prezidentin sədrliyi ilə keçirilən müşavirədə ticarət mərkəzində çalışan insanlara maddi ziyanın dəyərləndirilməsi və onlara dövlət tərəfindən dəstək göstərilməsi barədə müvafiq orqanlara tapşırıqlar verildi. Bütün bunlar İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu nümayiş etdirir. O, ardıcıl və davamlı şəkildə insanların üzləşdiyi çətinliklərin həlli ilə bağlı çoxsaylı qərarlar qəbul edir, diqqət göstərir, hərtərəfli dövlət dəstəyi göstərir.
Azərbaycan Prezidentinin qəbul etdiyi bir çox qərarlar da sosial problemlərin həllində, vətəndaş məmnunluğunun təmin olunmasında mühüm rol oynayır. Hazırkı Sərəncamı yüksək dəyərləndirən vətəndaşlar ölkə başçısına bu diqqət və qayğıya, həssas münasibətə görə, dərin minnətdarlıqlarına bildirməkdədirlər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

