/ / Azərbaycan Prezidenti İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunda inşaat işlərinin gedişi ilə tanış olub, Zabrat-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunda inşaat işlərinin gedişi ilə tanış olub, Zabrat-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
27.12.2013 [09:44]
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bilgəh-Novxanı- Sumqayıt avtomobil yolunda inşaat işlərinin gedişi ilə tanış olub, Zabrat-Pirşağı avtomobil yolunun açılışında iştirak edib.
Son illər paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülür. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara buraxılır. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər uğurla icra olunur. Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yerüstü keçidlərin inşası Bakıda tıxac probleminin aradan qaldırılması və əhalinin rahatlığının təmin edilməsi məqsədini daşıyır. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. İndi respublikamızda həyata keçirilən nəhəng infrastruktur layihələri bir reallığı da ortaya qoyur ki, bu illər ərzində qazanılan nailiyyətlər Azərbaycanın potensialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə hesablanan addımların da düzgün istiqamətdə atıldığını təsdiqləyir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən paytaxtın yol-nəqliyyat infrastrukturunun daha da müasir səviyyəyə çatdırılması istiqamətində məqsədyönlü və mühüm tədbirlər sırasına yeniləri də əlavə edilib.
Prezident İlham Əliyev əvvəlcə Bilgəh-Novxanı- Sumqayıt avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov Bilgəh-Novxanı- Sumqayıt avtomobil yolunda salınmış yol qovşaqları və piyada keçidləri barədə dövlətimizin başçısına ətraflı məlumat verib. Bildirilib ki, ümumi uzunluğu 42 kilometr olan altızolaqlı yolun 16,5 kilometri artıq hazırdır. Magistral boyu eyni səviyyəli 6 yol qovşağı tikiləcək. Bundan başqa, layihəyə əsasən yol üzərində 12 körpü, 4 yeraltı və 1 dəmir yolu keçidinin tikintisi nəzərdə tutulub. Artıq Nardaran və Bilgəhdə 2 yol qovşağı istismara hazırdır. Kürdəxanı qovşağında isə tamamlama işləri aparılır.
2011-2013-cü illər üzrə Bakı və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil olan layihənin reallaşdırılmasında əsas məqsəd Abşeron yarımadasının şimal-qərb hissəsindəki yaşayış məntəqələrini Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolu vasitəsilə Bakı şəhərinə daxil olmadan Bakı-Quba yolu ilə şimal istiqamətində nəqliyyat əlaqəsini təmin etməkdir. Eyni zamanda, bu magistral Bakı-Şamaxı yoluna çıxmaqla respublikanın qərb zonası ilə səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcək. Yeni avtomobil yolu Bakı qəsəbələrinin ölkənin beynəlxalq əhəmiyyətli magistralları ilə nəqliyyat əlaqəsinin asanlaşmasına kömək etməklə yanaşı, paytaxtın mərkəzi hissəsinin nəqliyyat yükünün azalmasına da öz təsirini göstərəcək. Prezident İlham Əliyev layihənin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Sonra Prezident İlham Əliyev yenidən qurulması başa çatmış Zabrat-Pirşağı avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısına Zabrat dairəsi-Kürdəxanı-Pirşağı avtomobil yolunun texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, birinci dərəcəli yolun uzunluğu 8 kilometrdir. Mövcud yol əvvəllər dar olduğu üçün hərəkətin intensivliyinin təmin olunmasında problemlər yaranır, tıxaclara səbəb olurdu. Yenidənqurmadan sonra yolun hərəkət hissəsinin eninin 15 metrə çatdırılması burada avtomobillərin rahat və maneəsiz hərəkətinə şərait yaradıb. Yol dörd hərəkət zolağından ibarətdir. Bu avtomobil yolu da Bakı şəhərinin kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində yenidən qurulub.
Zabrat dairəsi-Kürdəxanı-Pirşağı avtomobil yolu bundan əvvəl istifadəyə verilən Sabunçu dairəsi-Zabrat-Maştağa-Buzovna avtomobil yolu ilə birlikdə 200 mindən çox əhalisi olan Kürdəxanı, Pirşağı, Zabrat, Maştağa, Buzovna, Zuğulba, Bilgəh, Lahıc Bağları, Novxanı, Nardaran və bu yolların xidmət dairəsində olan digər yaşayış məntəqələrini birləşdirəcək. Bununla yanaşı, bu yol tikintisi davam etdirilən Bilgəh-Pirşağı-Bentonit dairəsi yolu ilə birləşdirilərək adı çəkilən kənd və qəsəbələrin yol-nəqliyyat problemini həll edəcək.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq respublikamızda, o cümlədən Bakı şəhərində yol-nəqliyyat sisteminin yenidən qurulması zamanı beynəlxalq standartlar və milli memarlıq ənənələrinin üzvi şəkildə uzlaşdırılması əsas götürülür. Bütün yeni qurğular yüksək keyfiyyəti və müasirliyi ilə diqqəti cəlb edir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

