Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Ticarət Nazirliyinin nümayəndələrini qəbul edib
02.12.2016 [09:29]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də ABŞ-ın ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunaraq enerji sahəsində uğurlu əməkdaşlıq həyata keçirildiyini vurğulayıb. Səfir dekabrın 1-də Bakıda keçirilən ilk Azərbaycan-ABŞ biznes forumunun əhəmiyyətini qeyd edərək bu tədbirin ölkələrimiz arasında biznes əlaqələrinin qurulması üçün yaxşı imkanlar yaratdığını deyib. O, bu forumda əsas məqsədlərdən birinin Azərbaycanın üzləşdiyi çağırışların həlli yollarının müzakirəsindən ibarət olduğunu bildirib. Səfir dünyada neftin qiymətinin kəskin dəyişməsinin də iqtisadi vəziyyətə təsir etdiyini vurğulayıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 25 il keçdiyini vurğulayan səfir bu illərdə Azərbaycanın ABŞ üçün güclü tərəfdaş ölkə olduğunu bildirib və ölkəsinin Azərbaycanda baş verən bütün müsbət dəyişiklikləri yüksək qiymətləndirdiyini deyib.
Ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini, mühüm enerji layihələrinin sürətlə həyata keçirildiyini qeyd edərək hazırkı şəraitdə əsas diqqətin qeyri-neft sahəsində də əməkdaşlığa yönəldilməsinin önəmini vurğulayıb və ABŞ ilə ölkəmizin qeyri-neft sektorunda daha fəal əməkdaşlığının həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı ABŞ-ın Azərbaycanın qeyri-neft sektoruna daha çox investisiya qoymasında ölkəmizin maraqlı olduğunu deyib və daha çox praktiki nəticələrin əldə edilməsinin vacibliyini bildirib. Bu baxımdan Prezident İlham Əliyev ABŞ-ın orta və kiçik sahibkarlıqla məşğul olan şirkətlərinin Azərbaycanı daha çox tanımaları ilə bağlı təqdimatların keçirilməsinin önəmini qeyd edib.
ABŞ ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lalli ABŞ-ın Azərbaycandakı səfirliyində çalışdığı illəri məmnunluqla xatırlayıb. Maykl Lalli ABŞ-ın ticarət naziri Penni Pritzkerin salamlarını dövlətimizin başçısına çatdıraraq onun Azərbaycan-ABŞ biznes əlaqələrinə Prezident İlham Əliyevin verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib. O, həmçinin Penni Pritzkerlə Prezident İlham Əliyev arasında görüşün çox konstruktiv şəkildə keçdiyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30

