Bu ilin birinci yarısında nəqliyyat sektorunda nəzərdə tutulmuş bütün proqramlar icra edilib
31.07.2009 [10:22]
Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr hökumətin 2009-cu ildə də investisiya siyasətinin əsas istiqamətlərindən biridir. Son beş ildə investisiya yatırımında xüsusi əhəmiyyət kəsb edən bu proqramlar geniş miqyas alaraq yol-nəqliyyat infrastrukturu bölməsində yeni keyfiyyət və kəmiyyət çalarlarının yaranmasına səbəb olub. ümumiyyətlə, hökumətin nəqliyyat siyasətinin əsas məzmunu yerli infrastrukturun modernləşdirilməsini əhatə etməklə bərabər, beynəlxalq miqyaslı tranzit layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaratmaqdan ibarətdir. Bu isə respublikamızın bölgədə strateji mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli baza yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nəqliyyat sahəsində görülən işləri yüksək qiymətləndirib: “Nəqliyyat sektorunda birinci altı ayda bütün nəzərdə tutulmuş proqramlar icra edilmişdir. Azərbaycanın nəqliyyat infrastrukturu-istər avtomobil yolları, istərsə də hava nəqliyyatı, dəniz nəqliyyatı, dəmir yolu yeniləşir, müasirləşir və bütün dünya standartlarına cavab verir. Metro tikintisinə böyük vəsait qoyulur. Bütün bunları biz ona görə edirik ki, Azərbaycanın imkanlarını daha da artıraq, insanların rahat yaşaması üçün əlavə tədbirlər görək”.
Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasından bir gün sonra yeni yol ötürücüsünün açılışında iştirak edib və eyni zamanda, müxtəlif yerlərdə yolların tikintisi ilə tanış olub. İyulun 23-də dövlət başçısının iştirakı ilə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil magistralında, Masazır qəsəbəsi yaxınlığında tikilmiş körpünün açılış mərasimi keçirilib. Qeyd edək ki, “Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 6-cı və 16-cı kilometrlik hissəsinin yenidən qurulması” layihəsinə 3 körpünün yenidən qurulması və bir yeni körpünün tikintisi daxildir. Bundan bir neçə gün sonra isə Prezident İlham Əliyev Bakı dairəvi avtomobil yolunun, Sabunçu dairəsindən Bilgəh istiqamətinə gedən yeni yolların tikintisi ilə tanış olub. Bunlar isə nə ilkdir, nə də son olacaq.
Nəqliyyat sektorunda davam edən dinamizm bu bölmənin ən yüksək inkişaf mərhələsinə qədəm qoyması ilə yanaşı, sosial sahədə inkişafın sürətlənməsinə də yol açıb. Azərbaycan bir neçə ildir ki, yol təsərrüfatının yenidən qurulması ilə bağlı layihələrin icrası, nəqliyyat infrastrukturunda istifadə olunan material və xidmətlər üçün xaricdən heç bir xammal idxal etmir. Avadanlıq və materialların böyük əksəriyyəti yerli istehsal müəssisələrində hazırlanır, bu isə minlərlə işçinin işlə təminatı deməkdir. Bundan başqa, yolayrıcı və körpülərin tikintisinə, keçidlərin bərpasına, magistral yolların çəkilişinə cəlb olunan işçilərin hamısı ölkə vətəndaşlarıdır. Bütün bu amillər nəqliyyat sektorunun sosial məzmununu da ehtiva edir. Yəni, bu sahə minlərlə insanın işlə və yüksək maaşla təmin olunmasına imkan yaratmaqla hökumətin həyata keçirdiyi sosial siyasətə öz bəhrəsini verməkdədir.
Respublikamızda investisiya layihələrinin icrasının davam etdirilməsi başqa bir iqtisadi reallığı da şərtləndirmiş olur. Belə ki, dünya iqtisadi böhranı ilə əlaqədar əksər dövlətlər investisiya xərclərini məhdudlaşdıraraq bir çox layihələri dayandırmağa məcbur olduğu halda Azərbaycan əvvəlki templə sərmayə qoyuluşlarını davam etdirir. 2009-cu ildə investisiya xərclərinin əsas istiqamətləri infrastruktur, nəqliyyat, rabitə, su təsərrüfatı, yol tikintisi, məktəb və xəstəxanaların yenidən qurulması və digər bölmələr üzrə quruculuq işlərinin davamlı olmasını nəzərdə tutur.
2009-cu ildə nəqliyyat sektorunda 48 layihənin icrası nəzərdə tutulurdu. Artıq onların bir neçəsi icra olunub. Bu sektora dövlətin birbaşa investisiya xərcləri 958 milyon manatdan çox planlaşdırılıb. Respublikamızın builki investisiya xərclərinin strukturuna nəzər saldıqda ən böyük maliyyə tutumlu layihələrin nəqliyyat bölməsini əhatə etdiyini görmək olar. Azərbaycanda nəqliyyat sektorunun inkişafı yerli sərmayələrlə yanaşı, xarici maliyyə institutlarının yönəltdiyi investisiyalar hesabına da geniş miqyas alacaq. Beynəlxalq maliyyə institutlarının, xüsusilə də, Dünya Bankının yol təsərrüfatına ayıracağı kreditləri də nəzərə alsaq, bu il nəqliyyat bölməsinə 2 milyard dollardan artıq investisiya qoyulacağını dözləmək olar.
ölkəmizdə nəhəng infrastruktur və nəqliyyat layihələrinin icrası keyfiyyət göstəricilərinə görə, dünyada qəbul olunmuş ən yüksək standartlara cavab verir. Dünyanın ən nüfuzlu şirkətləri və maliyyə institutları ölkəmizdə bu cür layihələrin effektivliyini nəzərə alaraq, hökumətlə birgə layihələrin gerçəkləşməsinə maraq göstərir. Cənubi Koreya, Fransa, İran, Türkiyə, Rusiya, Yaponiya və digər dövlətlərin tanınmış şirkətləri Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edərək bir sıra layihələri maliyyələşdirib. Bu temp hər il artır və xarici şirkətlərin ölkəmizin nəqliyyat sistemində çalışmaq maraqları daha çox sezilməkdədir. Məsələn, beynəlxalq maliyyə institutlarının kreditləri hesabına həyata keçirilən avtomobil yolları layihələri üzrə 2007-ci ildə 99,3 milyon dollar vəsait cəlb edilib, 2008-ci ildə isə bu vəsait 250 milyon dollar olub. Bu il isə həmin bölməyə daha böyük məbləğdə kreditlərin cəlb edilməsi nəzərdə tutulub. ümumiyyətlə, son 7 ildə ən nüfuzlu beynəlxalq maliyyə institutları tərəfindən daha sərfəli şərtlərlə təklif olunan investisiyaların məbləği 3 milyard dolları ötüb.
Bütövlükdə, yeni tikililərin istifadəyə verilməsi bu sahədə infrastrukturun beynəlxalq norma və standartlara uyğun olaraq aparılmasını təsdiq edir. Hazırda icra olunan Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2011-ci illər üçün əlavə tədbirlər planının başa çatdırılması vətəndaşların xidmət çeşidləri ilə əhatə olunmasının effektliliyini daha da artırmış olacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi görülən bütün işlər insanların rifahının yüksəlməsinə xidmət edir: “Yolların tikintisi uğurla gedir. Həm magistral yollar, həm şəhərlərarası yollar. Bakının nəqliyyat problemlərinin həlli üçün Dövlət Proqramında nəzərdə tutulmuş məsələlər öz həllini tapır və görülən tədbirlər nəticəsində, demək olar, tıxac probleminin həllində də uğurlar qazana bilmişik. Yeni alınmış çox gözəl avtobuslar artıq işləyir. Bütün bunlar insanların rahat yaşaması üçün nəzərdə tutulmuşdur.
Azərbaycanda, Bakıda tikilən yollar həm rahatlığı ilə fərqlənir, həm də gözəlliyi ilə. Bu iki komponent birləşəndə həm insanların normal yaşaması üçün, hərəkət etməsi üçün yaxşı şərait yaradılır, həm də ki, zövqlə tikilmiş gözəl körpülər, yol qovşaqları göz oxşayır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32
İqtisadiyyat
24 Oktyabr 11:10
Elm
24 Oktyabr 11:03
İqtisadiyyat
24 Oktyabr 10:54
YAP xəbərləri
24 Oktyabr 10:52
Analitik
24 Oktyabr 10:44
Siyasət
24 Oktyabr 10:39
İqtisadiyyat
24 Oktyabr 10:30
İqtisadiyyat
24 Oktyabr 10:28
Ədəbiyyat
24 Oktyabr 10:15
Siyasət
24 Oktyabr 09:58
Analitik
24 Oktyabr 09:35
Analitik
24 Oktyabr 09:17
MEDİA
24 Oktyabr 08:55
Sosial
24 Oktyabr 08:32
Ədəbiyyat
24 Oktyabr 08:15
Gündəm
24 Oktyabr 07:57
YAP xəbərləri
24 Oktyabr 00:42
YAP xəbərləri
23 Oktyabr 23:41
YAP xəbərləri
23 Oktyabr 23:14
YAP xəbərləri
23 Oktyabr 22:38

