Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Latviya Prezidenti Valdis Zatlers Səngəçal neft terminalı ilə tanış olub

Latviya Prezidenti Valdis Zatlers Səngəçal neft terminalı ilə tanış olub

12.08.2009 [11:46]

Azərbaycanda rəsmi səfərdə olan Latviya Prezidenti Valdis Zatlers və onu müşayiət edən nümayəndə heyəti dünən Səngəçal neft terminalında olub.
Xəzər Enerji Mərkəzindən başlanmış tanışlıq zamanı “Əsrin müqaviləsi”nə əsasən neft-qaz layihələrinin qovuşduğu neft terminalının rəhbərləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə qonaqlara mərkəz barədə ətraflı məlumat veriblər. Azərbaycanın neft və qaz hasilatının tarixini əks etdirən film nümayiş olunub.
Bildirilib ki, inşasına 2001-ci ildən başlanmış terminalda tutumu 880 min barrel olan 3 xam neft çəni, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi var. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr aralıda yerləşən dəniz yataqlarından sualtı neft və qaz kəmərləri çəkilib. Sonra latviyalı qonaqlar avtobusla terminalın ərazisini gəziblər. Onlara buradakı texnoloji proseslər barədə də ətraflı məlumat verilib.
Paylaş:
Baxılıb: 1475 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31