Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir
30.10.2009 [09:03]
Dünən Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna gəlib. 2003-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində İsmayıllı rayonunda geniş abadlıq və quruculuq işləri aparılıb. Rayonda ümumi məhsul buraxılışı 2003-cü ilə nisbətən 2008-ci ildə 2,9 dəfə artaraq 90 milyon 164 min manata, sənaye məhsulunun həcmi 1,6 dəfə artaraq 20 milyon 306,7 min manata, kənd təsərrüfatı məhsullarının həcmi 2,1 dəfə artaraq 48 milyon 39 min manata çatıb, əsas kapitala yönəldilən investisiyalar 15,6 dəfə artaraq 17 milyon 754,3 min manat, tikinti-quraşdırma işlərinin həcmi 17,3 dəfə artaraq 16 milyon 148,8 min manat təşkil edib. Əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində görülmüş işlər nəticəsində son 5 ildə rayonun 15 yaşayış məntəqəsinə təbii qaz verilməsi bərpa edilib, İsmayıllı şəhərində 680 abonentin qaz təminatı yaxşılaşdırılıb. Rayonda yeni təhsil və səhiyyə obyektləri tikilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və mərkəzlə tanış olub. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov bildirib ki, mərkəzin tikintisinə 2007-ci ilin yanvarında başlanıb, inşaat işləri 2008-ci ilin mayında başa çatdırılıb. Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə 2009-cu ilin mayından isə bura Heydər Əliyev Mərkəzi adlandırılıb. Mərkəz hər biri 730 kvadratmetr olmaqla, iki mərtəbədən və zirzəmi qatından ibarətdir. Burada şahmat, aviamodelçilik, heykəltəraşlıq, rəssamlıq, “Bacarıqlı əllər” uşaq dərnəkləri fəaliyyət göstərir, xalq sənətinin nümunələrindən ibarət guşə yaradılıb. Birinci mərtəbədə daimi fəaliyyət göstərən sərgi-ekspozisiya zalı, ikinci mərtəbədə Heydər Əliyev irsini araşdırma mərkəzi, elektron kitabxana, kitabxana, kompyuter otaqları, konfrans zalı var. Mərkəzdə xarici dil və kompyuter kurslarının təşkili də nəzərdə tutulub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ulu öndərin həyatını, respublikamıza rəhbərlik etdiyi dövrləri, eləcə də İsmayıllı rayonuna səfərlərini əks etdirən sərgi-ekspozisiya zalına, Heydər Əliyev irsini araşdırma mərkəzinə, elektron kitabxanaya, kitabxanaya, kompyuter otaqlarına, konfrans zalına baxıblar.
Heydər Əliyev irsini araşdırma mərkəzində Ulu öndərin həyatına dair filmlərin nümayişi üçün iki iri monitor quraşdırılıb. Elektron kitabxanada xüsusi sayt vasitəsilə ümummilli liderin irsi haqqında 29 dildə məlumat almaq mümkündür. Elektron kitabxananın Mirzə Fətəli Axundov adına Milli Kitabxana ilə internet vasitəsilə birbaşa əlaqəsi var. Mərkəzin kitabxanasında 5 minədək kitab toplanıb. Burada Ulu öndərin həyatından bəhs edən ayrıca guşə də var. Dövlətimizin başçısı mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Mərkəzin ətrafında 4,4 hektar sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Burada memarı görkəmli heykəltəraş ömər Eldarov olan, qranitdən hazırlanmış 3,2 metr hündürlüyündə Ulu öndərin abidəsi ucaldılıb. Abidənin postamentinin hündürlüyü 2,2 metrdir. Ərazidə iki fəvvarə quraşdırılıb, 22 metr hündürlükdə dövlət bayrağı ucaldılıb, dairə seçki komissiyasının, maliyyə idarəsinin, prokurorluğun, əmək və əhalinin sosial müdafiə mərkəzinin yeni inzibati binaları tikilib, rayon mədəniyyət evi, mərkəzi kitabxana, uşaq kitabxanası əsaslı təmir edilib. Mərkəzin ətrafındakı əraziyə 22 min 500 kvadratmetr daş plitə döşənib, müxtəlif ölçülü və orijinal dizayn ilə fərqlənən 500 fənərdən ibarət müasir işıqlandırma və suvarma sistemləri quraşdırılıb. Ərazidə yaşıllaşdırma işlərində 4 min ağac və gül kollarından, 3 min ədəd çiçəkdən, 12 min kvadratmetr döşəmə qazondan istifadə olunub. Şəhərin mərkəzindən keçən yola cilalanmamış 4260 kvadratmetr qranit daş döşənib. Mərkəzin arxa tərəfində də müasir istirahət guşəsi yaradılıb. Burada müxtəlif iaşə obyektləri fəaliyyət göstərir.
Heydər Əliyev Mərkəzinin ətrafında salınan istirahət kompleksi və buradakı inzibati binalar ümumi ansambl təskil edir və şəhərə xüsusi yaraşıq verir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllı şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olublar. Dövlətimizin başçısına məlumat verilib ki, bu istirahət ocağı ümummilli liderimizin anadan olmasının 75 illiyi ilə əlaqədar 1998-ci ildən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı adlandırılıb. Parkın ümumi sahəsi 9 hektardır. Cari ilin may ayından parkda abadlıq və yenidənqurma işlərinə başlanıb. Bu istirahət ocağında hündürlüyü 12,5 metr, eni 19,5 metr olan əzəmətli giriş portalı yaradılıb. Xüsusi kompozit materialdan hazırlanan həmin portalın üzərində “Heydər Əliyev adına park” sözləri həkk olunub. Portalın ətrafı qranit daşla üzlənib.
Parkın girişində - 2 min kvadratmetr sahədə Azərbaycanın milli ornamentlərinə uyğun xüsusi gül çələnglərindən ibarət guşə yaradılıb, 15 min kvadratmetr sahəyə müasir dizaynla daş, 45 min kvadratmetr sahəyə isə qazon döşənib. Parkın ərazisində olan tikililər müasir üslubda əsaslı təmir edilib, 500 nəfərlik yeni yay kinoteatrı tikilib, tarix-diyarşünaslıq muzeyi, uşaq yaradıcılıq mərkəzi, idman-əyləncə klubu yaradılıb. Parkda 16 min kvadratmetr əraziyə daş plitə döşənib, 5 hektar sahədə yaşıllıq salınıb, uzunluğu 132 metr, eni 7 metr olan müasir fəvvarə, işıqlandırma və suvarma sistemləri quraşdırılıb. Abadlıq və yaşıllaşdırma işlərində Almaniya, İtaliya və Türkiyədən gətirilmiş 10 min ağac və gül kolundan istifadə olunub. Parkda 13 dekorativ fiqur, 5 istirahət köşkü quraşdırılıb. Dövlətimizin başçısı və xanımı uşaq yaradıcılıq mərkəzi ilə tanış olublar. üçmərtəbəli mərkəzin ümumi sahəsi 3.320 kvadratmetrdir. Uzun müddət fəaliyyətsiz qalan mərkəz tamamilə yenidən qurulub, mebel və digər lazımi avadanlıqla təchiz olunub. Uşaq yaradıcılıq mərkəzində 350 yerlik tamaşa salonu da var. Burada uşaqların bilik və bacarıqlarını artırmaları üçün müxtəlif dərnəklər fəaliyyət göstərir. Parkın ərazisində Azərbaycanda ilk dəfə olaraq 1500 kvadratmetr sahədə yapon mütəxəssisləri tərəfindən “Yapon bağı” salınıb.
Prezident İlham Əliyev və xanımı “Yapon bağı”nı gəziblər. Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki məlumat verərək deyib ki, “Yapon bağı” yaponiyalı mütəxəssislər tərəfindən salınıb. Sonra dövlətimizin başçısı və xanımı ümumi sahəsi 360 kvadratmetr olan Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olublar. Muzeyin tamamilə yenidən qurulmuş binasında iki ekspozisiya zalı və bir konfrans salonu var. Ekspozisiya zallarının birində İsmayıllı rayonunda aparılmış arxeoloji qazıntılar zamanı tapılmış məişət əşyaları, sikkələr, Lahıc misgərlərinin əl işləri və s. nümayiş olunur. İkinci ekspozisiya zalında isə xalça-kilim məmulatı saxlanılır. Eskponatların bir qismi bizim eradan əvvəlki dövrə aiddir.
Prezident İlham Əliyev parkda 1100 kvadratmetr sahəsi olan idman-əyləncə klubu ilə də tanış olub. Burada bilyard və tennis stolları quraşdırılıb. Dövlətimizin başçısı bilyard oynayıb.
Azərbaycan Prezidenti mədəniyyət və istirahət parkındakı uşaqlar üçün əyləncə qurğularına da baxıb. Burada müxtəlif tipli 16 əyləncə qurğusu quraşdırılıb. Ərazidə 240 kvadratmetr sahəsi olan diskoteka da inşa olunub. Bu obyektin inşası zamanı kompozit və şüşə materiallardan istifadə olunub.
Dövlətimizin başçısı İsmayıllıda həyata keçirilən yenidənqurma işləri ilə bağlı tövsiyələrini verib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İsmayıllıda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına parkla tanış olublar.
Məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən və 1,6 hektar sahəni əhatə edən parkda inşaat işləri yüksək səviyyədə həyata keçirilib. Müasir tələblərə uyğun qurulan və İsmayıllının görkəminə xüsusi yaraşıq verən Zərifə Əliyeva adına parkda sakinlərin mənalı istirahəti üçün hər cür şərait yaradılıb.
İstirahət məkanında milli üslubla müasirlik uzlaşdırılıb. Parkın girişində xüsusi kompozit materiallardan istifadə edilməklə hündürlüyü 12 metr, eni 31 metr olan portal inşa olunub. Portalın üstündə “Zərifə Əliyeva adına park” sözləri yazılıb. Mərmər üzlüklü fəvvarənin, çarhovuzun inşa edildiyi parkın ərazisində kafe və uşaq meydançası fəaliyyət göstərir.
Əraziyə üzlük daşlar döşənib, istirahət ocağında geniş yaşıllaşdırma işləri aparılıb. Parkın mənzərəsi yaddaqalan və ifadəli elementlərdən ibarətdir. Uzunluğu 1,4 kilometr, eni 20 metr olan kanal çay daşı ilə doldurulub. Kanalın 980 metri qala divarı kimi hörülüb. Prezident İlham Əliyev görülmüş işləri yüksək qiymətləndirib.
Parkla üzbəüz milli üslubda Qala divarları inşa olunub. Qala divarlarının qarşısında 2 min kvadratmetr sahədə yaşıllıq salınıb, 8 min kvadratmetr sahəyə isə müxtəlif növ daşlar döşənib. Sonra dövlətimizin başçısı və xanımı Qala divarının önündə el sənətkarlarının əl işlərindən ibarət sərgiyə baxıblar. Burada papaqçıların, sərracların, misgərlərin, nalbəndlərin əl işləri nümayiş olunur, qızlar xalça toxuyur, XVIII əsrə aid sac üzərində yuxa bişirilir.
Prezident İlham Əliyev aşıqların, Lahıc və Molla İsaqlı, İvanovka kəndlərinin folklor qruplarının Azərbaycan, rus və alban dillərində çıxışlarını və rəqslərini izləyib. Folklor qrupları Azərbaycana, Vətənə, dövlətimizin başçısına aid mahnılar oxuyublar. Prezident İlham Əliyev el sənətkarları ilə söhbət edib. Lahıc kəndindən olan misgərlər dövlətimizin başçısına durna çırağı hədiyyə ediblər.
Dövlətimizin başçısı rayon ağsaqqalları ilə söhbət edib. Yaşlı nəslin nümayəndələri qeyd ediblər ki, tolerantlıq Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı bir sərvətdir. Tarix boyu Azərbaycanda bütün xalqlar mehriban şəraitdə yaşayıblar. ölkəmizdə heç vaxt milli, dini zəmində ayrı-seçkilik olmayıb. Azərbaycandakı tolerantlıq bütün dünyaya nümunədir. Milli azlıqların nümayəndələri bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Talıstan kənd orta məktəbinin şagirdləri “Cavanşir” tamaşasından bir parça nümayiş etdiriblər. Sumağallı kənd orta məktəbinin ləzgi folklor qrupu, uşaq incəsənət məktəbinin şagirdləri də məharətlərini göstəriblər.
Prezident İlham Əliyev İsmayıllı rayonunda da bütün xalqların adət-ənənələrinə bu cür həssaslıqla yanaşmanın dövlət siyasətinin prioritet istiqaməti olduğunu və bu siyasətin davam etdiriləcəyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllıda Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib. Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar. Mehriban xanıma gül dəstəsi təqdim olunub. Son illər İsmayıllıda inşa olunan infrastruktur obyektləri sırasında Olimpiya-İdman Kompleksi də var. Azərbaycanda idman hərəkatının geniş vüsət aldığı bir vaxtda bölgələrdə olimpiya-idman komplekslərinin inşası xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının tapşırığına əsasən, təkcə 2008-ci ildə 8 olimpiya-idman kompleksinin açılışı olub. Hazırda 20-dən çox kompleksin inşası davam etdirilir. Prezident İlham Əliyevin regionlara səfərləri çərçivəsində yeni olimpiya-idman komplekslərinin açılışında, bəzilərinin isə təməlqoyma mərasimində iştirak etməsi bu sahəyə dövlət qayğısının daha da artdığını göstərir. Yeni idman obyektləri dünya standartlarına cavab verməklə yanaşı, həm də ölkəmizdə yaradılan idman infrastrukturunun güclü əsaslara söykəndiyini təsdiqləyir. Tam qətiyyətlə demək olar ki, Azərbaycan dünya idman aləminə aparıcı mərkəzlərdən biri kimi daxil olub. Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi səylər ölkəmizin bütün sahələrdə olduğu kimi, idman aləmində də yetərincə nüfuz qazanması ilə nəticələnib.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib, respublikamızda sayca 23-cü olan İsmayıllı Olimpiya-İdman Kompleksi ilə tanış olub.
Məlumat verilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən inşa olunmuş kompleksin tikinti işlərinə “Asnaf” sənaye-tikinti şirkəti tərəfindən 2007-ci ildə başlanıb. Tikinti-quraşdırma işlərində rayonun 80-dək sakini iştirak edib. ümumilikdə tikintinin qızğın vaxtında burada 300-dək yerli və xarici mütəxəssis çalışıb. ümumi sahəsi 7,5 hektar, tikinti sahəsi isə 12 min kvadratmetr olan kompleksin əsas binası iki mərtəbədən ibarətdir. Birinci mərtəbənin foyesində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən guşə yaradılıb. Bu mərtəbədə müxtəlif yarışların və məşqlərin keçirilməsi üçün 510 tamaşaçı yeri olan idman zalı, məşqçi, həkim otaqları və digər otaqlar var. İkinci mərtəbədə trenajor və cüdo zalları, habelə ən müasir avadanlıqla təchiz olunmuş konfrans zalı, yeməkxana, inzibati və digər yardımçı otaqlar yerləşir. Dövlətimizin başçısı ikinci mərtəbənin eyvanından kompleksin ərazisini seyr edib.
Prezident İlham Əliyev idman zalında idmançıların çıxışlarını izləyib.
Ərazi ilə tanışlıq zamanı məlumat verilib ki, burada 936 yerlik süni örtüklü futbol meydançası, 191 yerlik üzgüçülük hovuzu, 2 tennis kortu, ikimərtəbəli 4 kottec, basketbol və voleybol meydançaları, sahəsi 3 min kvadratmetr olan 500 yerlik avtomobil dayanacağı inşa olunub. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri apırılıb, 3 min dekorativ ağac və gül kolu əkilib, 17 min kvadratmetr sahəyə asfalt, 8 min kvadratmetr sahəyə isə müxtəlif daşlar döşənib. FİFA standartlarına cavab verən stadionun süni örtüyü ən müasir tələblərə uyğundur. Ən güclü yağışlar zamanı belə bu qurğuda su gölməçələri yaranmır. Burada quraşdırılan xüsusi drenaj sistemi yağış sularını dərhal kənarlaşdırır. Stadion və yüngül atletlər üçün meydançanın ümumi sahəsi 13 min kvadratmetrdən çoxdur. Kompleksə su burada qazılan 2 artezian quyusundan götürülür. Olimpiya-İdman Kompleksi İsmayıllı rayonunda idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub. Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev rayon sakinlərini təbrik edərək deyib: “Sizi təbrik edirəm. Bu gözəl Olimpiya Kompleksinin açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, İsmayıllıda idmançılar bu kompleksdən çox səmərəli şəkildə istifadə edəcəklər və Azərbaycanın idman şöhrətinə ismayıllılılar da öz töhfələrini verəcəklər. Burada idmanla məşğul olmaq üçün bütün şərait vardır. Burada ən müasir standartlar tətbiq olunub. İsmayıllı rayonu üçün belə bir kompleksin yaradılması çox əhəmiyyətli hadisədir. Bilirsiniz ki, Azərbaycanın demək olar, bütün bölgələrində belə gözəl idman qurğuları tikilib, biri də İsmayıllıda. İdman sağlamlıq deməkdir və hər bir ölkənin inkişafının əlamətidir. Mən istəyirəm ki, İsmayıllıdan olan idmançılar da Olimpiya oyunlarında medallar qazansınlar və dünya çempionatlarında yüksək yerləri tutsunlar. ümumiyyətlə, İsmayıllı rayonunun inkişafı çox sürətlə gedir. Mənə verilən məlumata görə, son beş il ərzində İsmayıllıda iqtisadiyyat təxminən üç dəfə artmışdır. Bu, onu göstərir ki, rayonun imkanlarından səmərəli istifadə olunur və Azərbaycanın bütün regionlarında olduğu kimi, burada da yaxşı nəticələr vardır. Azərbaycanın ümumi iqtisadi inkişafı son 5-6 il ərzində dünyada ən yüksək templərlə artmışdır. O cümlədən, hər bir rayonun iqtisadi göstəriciləri də bizi çox sevindirir. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf edir, ancaq bir sahədən asılı deyil, energetika sahəsindən asılı deyildir. Əgər belə olmasaydı, bölgələrdə iqtisadi inkişaf sürətlə getməzdi. Həm sosial məsələlərin həlli, həm abadlıq-quruculuq, infrastruktura - bax bu gün Bakıdan Şamaxıya, İsmayıllıya qədər yeni yol salınır, çox gözəl, keyfiyyətli, rahat. Əvvəllər yol çox pis vəziyyətdə idi. Siz də bunu yaxşı bilirsiniz. Amma bu gün bu, dünya standartları səviyyəsindədir”.
Rayon Məşğulluq Mərkəzinin direktoru Rüstəm Səmədov İsmayıllı ictimaiyyətinin minnətdarlığını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev İsmayıllı rayonunda “Cavanşir Qala” beşulduzlu mehmanxana kompleksinin tikintisi ilə tanış olub. Dövlətimizin başçısını inşaatçılar hərarətlə qarşılayıblar. Prezident İlham Əliyevə məlumat verilib ki, Talıstan kəndi ərazisində yerləşən 40 hektar sahədə “Cavanşir Qala” mehmanxana kompleksinin tikintisinə 2008-ci ildə başlanıb. Cavanşir qalasının qalıqlarının yaxınlığında yerləşən kompleks 11 mərtəbəli əsas korpusdan ibarətdir. Kompleks 180 adi və lyuks otaq, 500 nəfərlik konfrans mərkəzi, 2 əsas restoran, qapalı və açıq hovuz, idman zalı, vitamin-bar və digər məişət xidmətləri göstərən obyektlərdən ibarət olacaq.
Əsas binanın ümumi tikinti sahəsi 20 min kvadratmetr təşkil edir. Hazırda əsas korpusun 7-ci mərtəbəsi inşa edilir. Layihənin ikinci mərhələsində kotteclər kompleksi, üç və dördmərtəbəli istirahət kompleksləri, idman-sağlamlıq meydançaları, uşaq əyləncə mərkəzləri, açıq teatr, qolf klubu və digər istirahət-xidmət sahələrinin inşası nəzərdə tutulur. Prezident İlham Əliyev kompleksin maketina baxıb. Dövlətimizin başçısı tikinti işləri ilə bağlı tövsiyələrini verib, inşaatçılara uğurlar arzulayıb.
Prezident İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində İvanovka kəndində olub. Kənd sakinləri dövlətimizin başçısını və xanımını böyük mehribanlıqla, duz-çörəklə qarşılayıblar, onlara gül dəstələri təqdim ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev küçəsində Ulu öndərin abidəsini ziyarət edərək gül dəstələri qoyublar. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin İvanovkaya səfərlərini əks etdirən fotoguşə yaradılıb. Məlumat verilib ki, İvanovka kəndində 2008-ci ildən abadlıq və quruculuq işlərinə başlanıb. Nikitin adına kolxozun inzibati binası, mədəniyyət sarayının fasadı əsaslı təmir edilib, ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb. İkinci Dünya müharibəsində İvanovka kəndindən cəbhədə həlak olanların xatirəsinə yaradılmış abidə kompleksi yenidən qurulub. Abidənin ətrafında və mərkəzi küçədə işıqlandırma sistemi quraşdırılıb. Sonra dövlətimizin başçısı və xanımı kəndin mərkəzində məhsul bayramına toplaşmış sakinlərlə görüşüb söhbət ediblər. Burada İvanovka kəndində istehsal edilən məhsullar nümayiş olunurdu. Prezident İlham Əliyev Heydər Əliyev adına orta məktəbin şagirdlərinin əl işləri ilə tanış olub. Təhsil ocağı kollektivinin üzvləri yeni binaya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Bağça uşaqları və ibtidai sinif şagirdləri Azərbaycana, Vətənə, Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər, “Slavyanka” özfəaliyyət kollektivi isə rus xalq mahnılarını və Müslüm Maqomayevin “Azərbaycan” mahnısını oxuyublar. Prezident İlham Əliyevə kənd sakini Anna Radayevanın yağlı boya ilə çəkdiyi “Kusok İvanovki” rəsm əsəri hədiyyə edilib. Dövlətimizin başçısı kənd sakinlərinə uğurlar arzulayıb.
Bununla da Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfəri başa çatıb.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərini başa çatdıraraq Ağsu rayonuna gəlib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağsu şəhərinin mərkəzindəki Heydər parkında Ulu öndərin abidəsini ziyarət etmiş, parkda aparılmış yenidənqurma və abadlıq işləri ilə tanış olublar.
Dövlətimizin başçısı və xanımı Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak edib, burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Sonra Prezident İlham Əliyev Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışında, şəhər stadionunun və Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməlqoyma mərasimində iştirak edib, “Az-Qranata” MMC-nin şirələr və şərab emalı zavodunda aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Ağsuya səfəri çərçivəsində dövlətimizin başçısı və xanımı Qəhrəmanlar parkının açılışında da iştirak ediblər. Bununla da Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54

