Azərbaycan - Fransa əlaqələrində yeni mərhələ başlayır
12.12.2009 [11:12]
Fransa ilə Azərbaycan arasında siyasi-iqtisadi, mədəni-humanitar və digər sahələrdə münasibətlər müstəqillikdən sonrakı dövrdə möhkəmlənsə də, əlaqələrin tarixi uzaq keçmişə təsadüf edir. Hələ XVIII-XIX əsrlərdə və ötən əsrin əvvəllərində fransızların ölkəmizə səfərləri, mədənçıxarma və sənaye bölmələrində iş birliyinin yaradılması, eləcə də, diplomatik münasibətlərin qurulması hər iki dövlətin yaxın təmaslara malik olmasından xəbər verir. Azərbaycan-Fransa münasibətləri respublikamızın müstəqillik əldə etməsindən sonra tamamilə yeni mərhələyə keçid alıb və əlaqələrin dinamizminə ümumilli lider Heydər Əliyevin Fransaya səfəri zamanı prezident Jak Jirakla apardığı səmərəli danışıqlar təkan verib.
ötən 15 il ərzində hər iki ölkə ikitərəfli əlaqələrin inkişafına impuls verməklə bərabər, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinə nail olub. Prezident İlham Əliyevin Fransaya səfərləri isə dövlətlərarası əlaqələrin inkişafına stimul verməklə yanaşı, əməkdaşlıq üçün yeni üfüqlər açıb. Prezident İlham Əliyevin həmkarı Nikola Sarkozi ilə siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafına töhfə verən səmərəli müzakirələr aparması fransız iş adamlarının respublikamıza marağının güclənməsinə səbəb olub.
Fransa həmişə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və ərazilərin güc yolu ilə dəyişdirilməsinin mümkünsüzlüyünü bəyan edib. Minsk qrupunun həmsədrlərindən biri kimi Fransa, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunacağına əminliyini ifadə edib.
Azərbaycan-Fransa siyasi-iqtisadi əlaqələrinin inkişafında ölkələr arasında yaradılmış hökumətlərarası komissiyanın fəaliyyəti mühüm rol oynamaqdadır. 1997-ci ildə yaradılan komissiyanın indiyədək keçirilmiş iclasları iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın əlaqələndirilməsinə, təşviqinə və yeni sahələr üzrə əməkdaşlığa baza yaradıb. Azərbaycan və Fransa arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması, ikiqat vergiqoymanın aradan qaldırılması ilə bağlı sazişlər imzalanıb ki, bu da sərmayədarların axını üçün geniş imkanlar yaradıb. ümumilikdə, həm hökumətlərarası komissiyanın, həm də iş adamları arasında birbaşa təmasların nəticəsi olaraq ölkələr arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda ölkələr arasında mal mübadiləsinin həcmi 700 milyon dollara çatıb. Fransa Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Avropa Birliyi ölkələri sırasında ikinci yeri tutur. Hazırda Azərbaycanda müxtəlif sahələrdə Fransa kapitalı olan 45 şirkət fəaliyyət göstərir.
Fransanın respublikamızda fəaliyyətini kifayət qədər geniş hesab etmək olar, ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 30-a yaxın şirkəti fəaliyyət göstərir. Onların sırasında “Total”, “Alcatel”, “Societe Generale”, “BNP Paribas” və digər nəhəng şirkətlərin fəaliyyəti daha böyük miqyası əhatə edir. Azərbaycanla uzun illərdir ki, uğurlu əməkdaşlıq münasibətlərini davam etdirən (“TotalFinaElf”) indiyədək imzalanmış neft kontraktlarının üçündə pay sahibidir və şirkət Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrində səhmdarlar qrupunda yer alıb. “Total” “Şahdəniz” layihəsində də böyük paya malikdir. 10 faizlik paya sahib olan şirkət bununla kifayətlənməyərək yeni karbohidrogen yataqlarının geoloji kəşfiyyatı və hasilatı ilə bağlı işləri davam etdirir. Fransız şirkətlərinin respublikamızda fəaliyyəti neft sektoru ilə yanaşı, qeyri-neft sektorunda da əhatəli şəkildə təmin olunub.
İqtisadi əməkdaşlığın intensiv xarakter almasına Fransanın ən nəhəng təşkilatı- Fransa Sahibkarlar Təşkilatının (MEDEF) apardığı siyasət böyük təsir göstərib. Hazırda sərmayə axınlarının artmasında MEDEF regionda ən iri layihələrin həyata keçirilməsində lokomotiv rolunu oynayır. 700 mindən artıq fransız şirkətinin cəmləşdiyi bu qurumun Qafqaz və Orta Asiya Komitəsinin nümayəndələri bir neçə dəfə respublikamızda olub və hökumət nümayəndələri, biznes strukturları ilə aparılan səmərəli danışıqlar ticarət əlaqələrinin möhkəmlənməsinə təkan verib. MEDEF-in təşkilatçılığı nəticəsində fransız şirkətlərinin ölkəmizdə fəallığı bir qədər də yüksəlib. Dövlət Neft Şirkəti ilə “BNP Paribas” sindikatı arasında 750 milyon dollar məbləğində kredit sazişi imzalanıb. Bankın digər böyük layihəsi Sumqayıtdakı yeni inşa olunan İstilik Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsini nəzərdə tutur. Fransanın “BNV Paribas” bankı bu gün istər neft, istərsə də nəqliyyat-infrastruktur layihələrinin maliyyələşdirilməsində ən fəal iştirak edən qurumdur.
Fransanın digər maliyyə institutu olan “Societe Generale” bankı da Azərbaycanda investisiya imkanlarını genişləndirmək niyyətindədir. Bank neft sektoru ilə bərabər enerji, maliyyə və qeyri-neft sektoruna kredit qoyuluşunu artırmaq barədə qərara gəlib. “Societe Generale” Dövlət Neft Şirkətinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindəki payını da maliyyələşdirib. Bank bu məqsədlə 65 milyon dollar kredit ayırıb. Bundan əlavə, Sumqayıtdakı buxar-qaz qurğusunun tikintisinə 30 milyon dollardan çox vəsait yönəldilib. Hazırda fransız bankının maliyyələşdirmək istədiyi iki layihə özəl sektorda istehsal və xidmət sahələrini əhatə edir.
Prezident İlham Əliyevin Fransaya səfəri zamanı həmkarı Nikola Sarkozi ilə keçirdiyi səmərəli görüşlər, eyni zamanda işgüzar dairələrlə, xüsusilə də, Fransa Sahibkarlar Təşkilatının üzvləri ilə apardığı faydalı müzakirələr ölkələr arasında siyasi və iqtisadi əməkdaşlığın ən yüksək səviyyəyə çatmasına dərin zəmin yaratmış olur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45

