Azərbaycanımız qüdrətlənib, qaz idxalçısından ixracatçıya çevrilib
06.01.2010 [08:52]
AzərTAc: Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” Fərman imzalayıb. Sənədə əsasən, istehlak edilmiş təbii qaza görə əhalinin 2009-cu il oktyabrın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinib. Fərmanı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəsinə bayram töhfəsi hesab etmək olar.
Bu addımın məhz indi atılması da təsadüfi deyil. Fərmanda deyildiyi kimi, son illər əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində vacib tədbirlər həyata keçirilib, qaz infrastrukturunun yenidən qurulmasında xeyli irəliləyişlər baş verib. Nəticədə, əvvəllər təbii qazla təchiz olunmayan şəhər və rayonlara qaz kəmərləri çəkilib.
Başlıca amil isə, əlbəttə, xalqının sosial rifahının yüksəldilməsini qarşısına məqsəd qoymuş dövlətimizin başçısının siyasi iradəsidir. Vaxtilə hər bir azərbaycanlının prezidenti olacağını vəd etmiş İlham Əliyev Prezident seçiləndən - 2003-cü ildən bəri yeritdiyi siyasətlə bu vədinə sadiq qaldığını sübut edib.
Doğrudur, ölkəmizdə son illər qaz hasilatında böyük uğurlar qazanılıb. Belə ki, 2000-2006-cı illərdə 25,8 milyard kubmetr idxal qazı qəbul edən Azərbaycan indi Avropaya mavi yanacaq ixrac edir. Bu, Ulu öndər Heydər Əliyevin ölkənin yanacaq-enerji kompleksinin inkişafı istiqamətində yaratdığı etibarlı strategiyanın uğurlu davamı nəticəsində mümkün olub. ötən beş ildə əhalinin qazla təminatının təkmilləşməsində 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, 2005-2015-ci illər üçün yanacaq-enerji kompleksinin inkişafı Dövlət Proqramı müstəsna rol oynayıb. 2003-cü ildən başlayaraq ölkədə təbii qaz hasilatının kəskin şəkildə artması 2007-ci ildə Azərbaycanın idxal qazından imtina etməsi və tələbatın yerli ehtiyat hesabına ödənilməsi ilə nəticələnib.
Təbii qaz hasilatının artımı və təzyiqlərin güclənməsi qaznəqletmə infrastrukturunun daha da təkmilləşdirilməsi zərurətini ortaya qoyub, 2004-2008-ci illərdə “Azəri-çıraq-Günəşli “ və “Şahdəniz” yataqlarından hasil edilən təbii qazın ölkənin nəqletmə sisteminə qəbulu üçün uzunluğu 103,4 kilometr olan 5 qaz kəməri çəkilib. Yeraltı qaz anbarları əsaslı təmir edilib, yenidən qurulub, onların tutumu artırılıb. Yeri gəlmişkən, əvvəllər iki dəfə baha başa gələn mazutun qazla əvəz edilməsi elektrik stansiyalarının rentabelliyini xeyli artırıb.
ötən beş ildə regionların qaz təminatını yaxşılaşdırmaq məqsədi ilə görülən işlər Prezident İlham Əliyevin imzaladığı 10 Fərman və Sərəncamla tənzimlənib. Həmin sənədlərdə respublikanın bütün bölgələrinin mavi yanacaqla təmin olunmasının vacibliyi əksini tapıb. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası 2005-ci ildə 14 illik fasilədən sonra mavi yanacaqla təmin olunub. Hətta sovet dövründə belə qaz xətləri çəkilməsi mümkün olmayan Lerik və Yardımlı kimi yüksək dağ rayonlarının əhalisi 2006-cı ildən başlayaraq, mavi yanacaqdan istifadə edir. 13 illik fasilədən sonra Naxçıvan MR qazla təmin olunub. Dövlətimizin başçısının imzaladığı sənədlərin icrasının davamı olaraq İmişli, cəbhəyanı bölgədə yerləşən Ağcabədi və Beyləqan rayonlarının əhalisi də iki ilə yaxındır ki, təbii qazın istisinə qızınırlar. Cəbhəyanı regionlarda görülən tədbirlər bununla məhdudlaşmayıb, Prezidentin tapşırığı ilə “Azəriqaz” İB 2008 -ci ilin oktyabrında ərazilərinin bir hissəsi işğal altında olan Füzuli və Ağdam rayonlarına yeni qaz xəttinin çəkilişini başa çatdırıb. Bu rayonlara qaz verilməsini bildirən məşəli də dövlətimizin başçısı özü alovlandırıb. Növbəti illərdə qarşıda duran əsas məqsədlərdən biri ölkənin bütün yaşayış məntəqələrini mavi yanacaqla təmin etməkdən ibarətdir. Bunun üçün tədbirlər ardıcıllıqla davam etdirilir.
ölkədə qaz hasilatının artmasının builki qış mövsümündə əhalinin qaz təminatının yaxşılaşdırılmasına da müsbət təsiri olacaq. ARDNŞ-in rəsmi açıqlamasına görə, son günlər havaların soyuması ilə əlaqədar əhalinin təbii qaza tələbatının ödənilməsi məqsədi ilə “Azəriqaz” İB tərəfindən nəql olunan qazın həcmi artırılıb, əhaliyə verilən qazın həcmi 9 milyon kubmetrə çatdırılıb. ARDNŞ-dən onu da bildiriblər ki, tələbat yaranacağı təqdirdə qazın həcmi daha da artırıla bilər. Anbarlarda da kifayət qədər qaz ehtiyatı olduğundan əhalinin təminatında hər hansı çətinliklərin ortaya çıxması gözlənilmir.
Əhalinin qaz təminatının yaxşılaşdırılması ilə bağlı bu ilin sentyabr-oktyabr aylarında respublikanın 9 yaşayış məntəqəsində 1500-dən artıq abonent təbii qazla təmin olunub. Bu günlərdə uzun illərdən bəri qaz təminatı olmayan İsmayıllı rayonunun Qalıncaq, Qəbələnin Zalan, Tovuzun Yanıxlı kəndlərinə qaz xətləri çəkilib. Kənd və qəsəbələrə qaz çəkilməsi prosesi davam edir.
Azərbaycanımız qüdrətlənib, qaz idxalçısından ixracatçıya çevrilib. Lakin bu qüdrəti, bolluğu xalqın rifahına yönəltmək üçün siyasi iradə lazımdır.
Azərbaycanı iqtisadi cəhətdən regionda lider dövlətə çevirən, dünyada söz sahibi edən, əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün səyini əsirgəməyən Prezidentimizdə bu iradə var. Məhz bu iradə sayəsində ölkəmizdə sosial siyasət uğurla həyata keçirilir. Sosial problemlərin həlli ilə bağlı müxtəlif dövlət proqramları hazırlanıb reallaşdırılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən iqtisadi inkişaf nəticəsində vətəndaşlarımızın rifah halının yüksəldilməsinə xidmət edən sosial siyasət daha geniş vüsət almaqdadır. Bu gün ölkəmizdə yoxsulluğun azaldılması məqsədilə ünvanlı sosial yardım sistemi yaradılıb. Hazırda ölkəmizdə 163 min 409 ailə ünvanlı sosial yardım alır. Yardım alanların 43 faizi çoxuşaqlı ailələrdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 280 minə yaxın vətəndaşa hər ay sosial müavinət ödənilir. Son beş ildə əlillərin tibbi sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilib, ölkənin bütün bölgələrində əlil və şəhid ailələri üçün evlər tikilib istifadəyə verilib. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramına uyğun olaraq, bölgələrdə əlillərin regional bərpa mərkəzləri yaradılıb. 2006-2015-ci illəri əhatə edən “Məşğulluq Strategiyası”nın müəyyənləşdirilməsi və 2007-ci ildə bu strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramının təsdiq edilməsindən sonra ölkədə işsizliyin tam aradan qaldırılmasında və əhalinin layiqli iş yerləri ilə təminatında mühüm işlər görülüb və bu siyasət uğurla davam etdirilir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb. Birinci Dövlət Proqramı ilə əlaqədar həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılıb, 547,5 min daimi yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalıb, əhalinin gəlirləri 4 dəfə artıb.
Proqramın qəbulundan sonra dövlətimizin başçısı regionların inkişafı ilə bağlı 17 Sərəncam imzalayıb, 127 dəfə regionlara, o cümlədən 6 dəfə Naxçıvan Muxtar Respublikasına səfər edərək proqramın icrası vəziyyəti ilə şəxsən maraqlanıb, 500-ə qədər istehsal müəssisəsinin, sosial obyektin təməlqoyma, açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısının 2009-cu il 14 aprel tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib. Yeni Dövlət Proqramı iqtisadi və sosial prinsipləri özündə əks etdirməklə iqtisadiyyatın lokomotivinə çevrilən qeyri-neft sektorunun sıçrayışlı inkişafını təmin edən fundamental sənəddir. Burada nəzərdə tutulan layihələrin əsasını qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər təşkil edir. Qeyri-neft sektoru 2009-2013-cü illərdə iqtisadiyyatın lokomotivinə çevriləcək. ümumiyyətlə, yeni Dövlət Proqramının əsas hədəfi qeyri-neft sektorunda istehsal olunan məhsulun iqtisadiyyatda və ümumi daxili məhsulda bir neçə dəfə artımına nail olmaqdan ibarətdir. Dövlət Proqramı çərçivəsində bütün rayon və ucqar yaşayış məntəqələrində infrastruktur-kommunal sektorun davamlılığının təmin edilməsi, ən ucqar kəndlərdə bütün sosial və kommunal xidmət növlərinin yaradılmasının başa çatdırılması, rayonlarda iqtisadi fəallığı artırmaq üçün kompleks islahatların həyata keçirilməsi nəzərdə tutulur.
Regionların inkişafı ilə bağlı kompleks tədbirlər nəqliyyat infrastrukturu sisteminin dinamik inkişafını da təmin edəcək və əhalinin nəqliyyat xidmətlərinə artan tələbini ödəməklə həyat səviyyəsinin yüksəldilməsinə və dayanıqlı iqtisadi artıma imkan yaradacaq. Ən ucqar kəndlərin də infrastruktur təminatı yaxşılaşdırılacaq. İnfrastruktur layihələri sırasında elektrik enerjisi, qaz və su təchizatı, nəqliyyat və rabitə bölmələrinin yenidən qurulması və əhalinin bu kommunal xidmət növləri ilə fasiləsiz və ən yüksək səviyyədə təmin olunması nəzərdə tutulur. ölkədə elektrik enerjisi istehsalının artırılması məqsədi ilə yeni elektrik stansiyalarının tikintisi, magistral qaz kəmərlərinin yenidən qurulması və inşası, regionların və yeni salınmış yaşayış məntəqələrinin qaz təminatının yaxşılaşdırılması başlıca məsələlər sırasındadır.
2009-2013-cü illəri əhatə edən proqramın spesifik xüsusiyyətlərindən biri hər bir kənd və qəsəbə üzrə ayrıca tədbirlər planını reallaşdırmaqdan ibarət olacaq. Yəni hər kəndin özünün spesifik xüsusiyyətindən asılı olaraq həmin yaşayış məntəqəsinin, hər bir kəndin təklifləri əsasında ayrıca texniki-iqtisadi layihəsi hazırlanacaq. Yeni Dövlət Proqramı respublikanın bütün yaşayış məntəqələrinin içməli su ilə təminatının yaxşılaşdırılmasına və kanalizasiya sistemlərinin təkmilləşdirilməsinə səbəb olacaq. Artıq bu istiqamətdə aparılan davamlı tədbirlər həlledici mərhələyə qədəm qoyub. Dövlət investisiya xərcləri və beynəlxalq maliyyə təşkilatlarının kreditləri hesabına bir sıra layihələr reallaşmaqdadır. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Gəncə, Şəki, Ağdaş və Göyçay şəhərlərinin, habelə, ölkədəki kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər davam etdirilməkdədir. Eləcə də Taxtakörpü su anbarının və su elektrik stansiyasının inşası Bakı, Sumqayıt şəhərlərinin, ümumən Abşeron yarımadasının içməli su, suvarma suyu və texniki su ilə təminatının 2 dəfə yaxşılaşmasına səbəb olacaq. Qeyd olunan infrastruktur obyektlərinin istifadəyə verilməsi nəticəsində ildə 15 milyon manatlıq elektrik enerjisinə qənaət olunacaq. 2009-2013-cü illərdə sosial məsələlərə diqqət daha da gücləndiriləcək, sosial siyasətin başlıca məqsədi əhalinin, o cümlədən regionlarda yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasını təmin etməkdən ibarət olacaq. Əhalinin sosial müdafiəsi sahəsində görüləcək işlər aztəminatlı əhali qrupları üzrə sosial müavinətlərin artırılması, sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılması və ümumilikdə ölkədə yoxsulluq səviyyəsinin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı olacaq. Sosial müavinətlərin ünvanlılığının təmin edilməsi, əlillərə, müharibə veteranlarına, gənc ailələrə, əhalinin ən aztəminatlı hissəsinə xüsusi diqqətin yetirilməsi gücləndiriləcək. Dövlət Proqramı çərçivəsində sosial təminat sahəsində əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcək. Davamlı xarakter daşıyacaq bu tədbirlər çərçivəsində bütün regionlarda əlillər və şəhid ailələri üçün yaşayış binalarının və bərpa mərkəzlərinin inşa edilməsi, ana və uşaqların sosial müdafiəsinin və mühafizəsinin gücləndirilməsi, xüsusi istirahət müəssisələrinin və uşaqlar üçün ixtisaslaşmış xidmət müəssisələrinin yaradılması, əhalinin sağlamlığının və reproduktiv sağlamlığının yaxşılaşdırılması, həmçinin, digər tədbirlər nəzərdə tutulur.
Yeni Dövlət Proqramı ilə bərabər, Dövlət büdcəsi də sosialyönümlüdür. Gələn ilin büdcə zərfində xərclərin strukturuna diqqət yetirsək, burada sosial müdafiə, təhsil və hərbi xərclərin böyük üstünlük təşkil etdiyini görmək olar. Büdcə zərfində xərclərin strukturunda sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faizə çatdırılıb. 2010-cu ilin büdcə xərclərində sosial müdafiə və müdafiə qüvvələri üçün ümumilikdə 2 milyard 325 milyon manatdan çox vəsait nəzərdə tutulub ki, bu da kifayət qədər böyük məbləğdir. Sosial müdafiə və sosial təminat xərcləri ümumi büdcə vəsaitlərinin təxminən 21 faizini təşkil edir ki, bu da 2 milyard 368 milyon manatdan çox maliyyə vəsaiti deməkdir.
Qeyd edək ki, neft və qazla zəngin ölkələrdə bir çox hallarda təbəqələşmə prosesi gedir. Azərbaycanda bunun tam əksi baş verir. Dövlətin apardığı siyasət göstərir ki, maliyyə imkanlarımızdan səmərəli istifadə edilir, əldə olunan gəlirlər təhsil, səhiyyə, digər sahələrə qoyulur. ölkədə neftdən əldə olunan gəlirlər ədalətli bölünür, bu sahədə şəffaflıq tam təmin olunur. Son illər Azərbaycan tam şəkildə özünü təmin edən ölkəyə çevrilib. Artıq kreditlərin verilməsi üçün digər ölkələrdən bizə təkliflər gəlir. Energetika sahəsində genişmiqyaslı işlər görülmüş, 9 elektrik stansiyasının 7-i regionlarda tikilib.
Bəli, Azərbaycanımız qüdrətlənir və qüdrət artdıqca xalqın rifah halı yüksəlir, dövlət daha səxavətli olur. Azərbaycan Prezidentinin 2009-cu il 29 dekabr tarixli Fərmanı buna əyani sübutdur.
Xəbər lenti
Hamısına baxHadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05

