Serial oxucusu
25.04.2026 [08:50]
Həm film çəkir, həm də özünə baxır...
Əslində “bu ayinədə” özünə, ətrafında baş verənlərə bir daha nəzər yetirməklə başını qatır. Axı industrial sistemin daxilində başqa necə yaşasın? Serial həm özünü, həm qonum-qonşunu, həm də gündəlik sosial varlığın müxtəlif tor-torbalarında ilişib qalmaqlığı əlçatan edir, az qala bir addımlığına, evinin içinə, əlinin altına gətirib çatdırır. Buyur, seriala baxıb dolaşıqları çözə bilirsənsə, çöz. Üstəlik, tarixin, mədəniyyətin, hətta elmin haradasa uzaqlarda itib qalmış uydurmalarına qərq ol. Müasir dünyanı yönləndirən təmayüllərin kökündə manipulyasiya var, serial isə bizim üçün hazırlanmış, üstü bəzəkli Hollivud qutusudur. İçindən bomba da çıxa bilər, əxlaq və davranış öyrədiciliyi də...
Axır vaxtlar kitab, ədəbi tərcümə nəşrlərində usta redaktor və tərcüməçilərin işlətdiyi bənzər tezislər maraq doğurur. Onlar axıcı dilə, sadə ibarələrə, “mürəkkəb problem”lərin “sadə” həllini “tapan” mətnlərə göydəndüşmüş alma kimi sevinirlər. Bəzən lap uşaq təki. Əlbəttə, bu qədər informasiya torunun içərisində sadə həqiqətlərin ədəbiyyatını tapanda necə sevinməyəsən? O da ola, kütləvi mədəniyyətin, müasir folklorun təkrar “istehsalı” ilə məşğul olan hər kəsin özünü “uzman” hesab etdiyi bir çoğrafi ərazidə.
Əslində seriallar da rus demişkən, ekrandan “çtivo”dur (oxu materialı), dedektiv, fantastika və sair janrlar kimi. Sadəcə bu “baxış materialı” evdəki ekran, planşet, smart qurğu qədər yaxınlaşdırılıb. Buna uyğun da indi oxu və baxış materialları ilə formalaşan rejissor, müəllif kütlələri əmələ gəlir Görüntü, asılılıq yaradan priyomlar, hətta estetik zövqvericilik də öz yerində...
Seriallarımızın ədəbiyyatın adından faydalanmaqla məhsul yaratmasından azca narahat olmağa dəyər. Serial olsun, sadəcə, “Mədəniyyət -2040” konsepsiyasında ədəbiyyatla birləşmiş ssenarilərin intiqama, qəddarlığa və narkotikə yönləndiriciliyinə diqqət yetirilməlidir. Ədəbiyyat heç bir halda xidmət sahəsinə, istirahət zonasına çevrilə bilməyəcək. Buna cəhd etmək belə, risklidir...
Cəmiyyət də bir arı pətəyidir, burada kommunikasiya bütöv şəbəkənin varlığı deməkdir. Həyatın axarı, səliqə-səhmanı pozulan kimi pətək çalxalanır. Köç başlayır. Fiziki köç bir yana, hal-hazırdakı zehni köçün bir qismi həm də seriallarda yaşayır. Onu Ədəbiyyata daraşdırmağa nə hacət?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

