Sumqayıt Dövlət Universiteti və SOCAR Polymer əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib
20.07.2026 [20:40]
Sumqayıt Dövlət Universitetində rektor, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli ilə SOCAR Polymer MMC-nin baş direktoru Fuad Əhmədov arasında işgüzar görüş keçirilib.
Görüşdə ali təhsil və sənaye arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri, innovasiya yönümlü tərəfdaşlığın genişləndirilməsi və yeni fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər universitet–sənaye əməkdaşlığının institusional əsaslarının möhkəmləndirilməsi, korporativ təcrübənin tədris prosesinə inteqrasiyası, tələbələrin istehsalat mühitində praktiki bacarıqlarının inkişaf etdirilməsi, birgə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, sənaye mütəxəssislərinin tədris prosesinə cəlb olunması, eləcə də seminar, təlim və ekspert görüşlərinin təşkili məsələlərini müzakirə ediblər.
Rektor Nurəli Yusifbəyli yüksəkixtisaslı insan kapitalının hazırlanmasının ölkənin sosial-iqtisadi inkişafı baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirib ki, Sumqayıt Dövlət Universiteti güclü elmi-pedaqoji potensiala malik olmaqla yanaşı, sənaye mərkəzində yerləşməsi səbəbindən təhsil, elm və istehsalat inteqrasiyasının təmin olunması üçün əlverişli imkanlara malikdir. Onun sözlərinə görə, nəzəri biliklərin istehsalat mühitində praktik bacarıqlarla tamamlanması əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasının əsas şərtlərindən biridir.
Rektor yeni tədris ilindən etibarən SDU ilə SOCAR Polymer MMC arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinin məqsədəuyğun olduğunu qeyd edib. Bu çərçivədə tədris proqramlarının əmək bazarının müasir tələblərinə uyğun təkmilləşdirilməsi, birgə elmi-tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, istehsalat təcrübəsinin əhatə dairəsinin genişləndirilməsi, daha çox tələbənin istehsalat təcrübəsinə cəlb olunması, sənaye təcrübəsinə malik mütəxəssislərin tədris prosesində iştirakının təmin edilməsi, həmçinin yuxarı kurs tələbələrinin tədrisinin müəyyən hissəsinin müəssisənin istehsalat sahələrində təşkil edilməsi əməkdaşlığın prioritet istiqamətləri kimi qiymətləndirilib.
Görüş zamanı Polimer Materialları İnstitutunun elmi-tədqiqat fəaliyyətinin sənaye ilə inteqrasiyası məsələləri də müzakirə olunub. Rektor bildirib ki, elektrikkeçirici, aşağı yanma sürətinə, yüksək mexaniki möhkəmliyə və ekoloji təhlükəsizlik göstəricilərinə malik nanokompozit materialların alınmasına yönəlmiş elmi-tədqiqat layihələrinin SOCAR Polymer MMC-yə təqdim olunması nəzərdə tutulur. Qeyd edilib ki, bu layihələrin reallaşdırılması universitet–sənaye əməkdaşlığının dərinləşdirilməsinə, innovativ elmi nəticələrin istehsalata transferinə, tətbiqi tədqiqatların kommersiyalaşdırılmasına, eləcə də yüksək texnologiyalı və yüksək əlavə dəyərə malik polimer məhsullarının hazırlanmasına mühüm elmi-praktik töhfə verə bilər.
SOCAR Polymer MMC-nin baş direktoru Fuad Əhmədov rəhbərlik etdiyi müəssisə ilə Sumqayıt Dövlət Universiteti arasında əməkdaşlığın hər iki tərəf üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, sənaye müəssisələrinin yüksəkixtisaslı kadr təminatında ali təhsil müəssisələrinin rolunu yüksək qiymətləndirərək, tədris, istehsalat təcrübəsi, tətbiqi elmi-tədqiqat və innovasiya istiqamətlərində əməkdaşlığın daha da genişləndirilməsinə dəstək verməyə hazır olduqlarını bildirib.
Görüşün sonunda qeyd olunub ki, ali təhsil müəssisələri ilə sənaye sektoru arasında sistemli və davamlı əməkdaşlıq innovativ yanaşmaların tətbiqini sürətləndirir, əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, bilik və texnologiya transferinin genişlənməsinə, eləcə də uzunmüddətli strateji tərəfdaşlığın formalaşmasına mühüm töhfə verir.
Xəbər lenti
Hamısına baxSosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22

