Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / NYT: ABŞ Yaxın Şərqə əlavə qırıcı təyyarələr göndərir

NYT: ABŞ Yaxın Şərqə əlavə qırıcı təyyarələr göndərir

20.07.2026 [09:17]

ABŞ Avropadan Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcı təyyarələri yerləşdirir.

AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti amerikalı rəsmilərə istinadla məlumat yayıb.

Məlumata görə, Almaniyadan F-16, Böyük Britaniyadan isə F-35 qırıcıları regiona göndərilib. Bundan əlavə, Yaxın Şərqə əlavə yanacaqdaşıyan (tanker) hərbi təyyarələrin də yerləşdirildiyi bildirilir.

Nəşr qeyd edir ki, bu addım ABŞ administrasiyasının İrana qarşı mümkün hərbi əməliyyatları genişləndirə biləcəyinə dair növbəti siqnal kimi qiymətləndirilir. Təyyarələrin dəqiq hansı bazalarda yerləşdiriləcəyi isə hələ açıqlanmayıb.

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31