Çin Kommunist Partiyasının nümayəndə heyəti ölkəmizdə səfərdədir
20.07.2026 [20:47]
Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Çin Kommunist Partiyasının (ÇKP) nümayəndə heyəti ölkəmizə səfər edib.
Nümayəndə heyəti Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə əklil və gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər Xiyabanı ziyarət edilib. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Nümayəndə heyəti YAP Yasamal rayon təşkilatında partiyanın Gənclər Birliyinin üzvləri ilə görüş keçirib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov, partiyanın Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamenti direktorunun müavini, nümayəndə heyətinin rəhbəri Kanq Şuay çıxış ediblər.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin iradəsi sayəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib. Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyasının geniş əlaqələrə malik olması xüsusi vurğulanaraq qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin münasibətlərin gələcək inkişafı baxımından böyük önəm daşıdığı qeyd olunub. 2024-cü ilin noyabr ayında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılığı ilə nümayəndə heyətinin Çinə səfəri zamanı partiyalar arasında imzalanmış Əməkdaşlıq Memorandumunun əhəmiyyəti nəzərə çatdırılıb. Memorandumdan irəli gələrək müxtəlif sahələrdə, o cümlədən gənclər arasında əməkdaşlıq istiqamətində görülən işlərin partiyalar və ölkələr arasında tərəfdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığı qeyd olunub. Hər iki partiyanın gənc üzvlərinin gələcək layihə və təşəbbüslərdə fəal iştirak edərək əməkdaşlığın daha da dərinləşdirilməsinə mühüm töhfələr verəcəyinə inam ifadə olunub.
Daha sonra YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev və ÇKP Mərkəzi Komitəsinin Mərkəzi və dövlət orqanları ilə iş komitəsinin Siyasi tədqiqatlar departamentinin sektor müdiri Vu Min təqdimatlarla çıxış ediblər.
Çin Kommunist Partiyasının nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da olub.
Əvvəlcə qonaqlar Akademiyanın nəzdində fəaliyyət göstərən Çin Dili və Mədəniyyəti Mərkəzinin və Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbinin fəaliyyəti ilə tanış olublar.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, YAP Veteranlar Şurasının üzvü, akademik Urxan Ələkbərov “Dayanıqlı inkişaf və ekoloji sivilizasiya naminə innovativ dövlət idarəçiliyi texnologiyaları: Çin Xalq Respublikasının konsepsiyası və Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə, həmçinin ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin İnformatika və tədqiqatlar departamenti direktorunun müavini Kanq Şuay və Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış ediblər.
Çıxışlarda bildirilib ki, iki ölkə arasında konstruktiv siyasi dialoq şəraitində son zamanlar iqtisadi-ticari, nəqliyyat-logistika, təhsil, turizm, mədəni, humanitar və digər sahələrdə əlaqələr daha da genişlənib. Cari ilin may ayında YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Dövlət İdarəçilik Akademiyası ilə ÇKP Mərkəzi Komitəsinin Partiya Məktəbi arasında Anlaşma Memorandumunun imzalanmasının dövlət idarəçiliyi və kadr hazırlığı sahəsində təcrübə mübadiləsi baxımından önəmi vurğulanıb.
Nümayəndə heyəti Çinin Qlobal Təşəbbüslərinin, İnkişafının və Mədəniyyətinin Öyrənilməsi Mərkəzinin təşkilatçılığı ilə “Çin Kommunist Partiyasının 105 illik şanlı yolu: gənclərin baxışı ilə ÇKP-ni anlamaq” mövzusunda konfransa da qatılıb.
Qeyd edək ki, nümayəndə heyətinin İçərişəhərə, Dənizkənarı Milli Parkına, “Sea Breeze” istirahət mərkəzinə və Mərkəzi Nəbatət Bağına ziyarəti də təşkil olunub. ÇKP nümayəndələri, həmçinin Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Operetta inciləri” konsert proqramında iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45

