Prezident İlham Əliyev Dövlət bayrağı meydanında inşaat işlərinin gedişi ilə tanış olub
14.01.2010 [16:28]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Dövlət bayrağı meydanına gələrək, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olub. Dövlətimizin başçısına Dövlət bayrağı meydanında görülən işlər barədə ətraflı məlumat verilib.
Xatırladaq ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət bayrağı meydanının yaradılması barədə Sərəncam imzalayıb. 2009-cu il noyabrın 17-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi barədə Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunacaq.
2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin Bazası yaxınlığında Dövlət bayrağı meydanının təməli qoyulub. Tikinti işlərinin gedişi ilə müntəzəm maraqlanan dövlətimizin başçısı bir neçə dəfə Dövlət bayrağı meydanında olub, inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçirirlər.
Prezident İlham Əliyevə inşaat işlərinin hazırkı vəziyyəti və burada görüləcək növbəti tədbirlər barədə geniş məlumat verilib. Qeyd olunub ki, 20 min kvadratmetr ərazisi olacaq meydanda bütün lazımi infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir. Dayağının hündürlüyü 162 metr olan Dövlət bayrağının uzunluğu 70 metr, eni 35 metr, çəkisi 350 kiloqram olacaq.
Prezident İlham Əliyev inşaat işləri ilə bağlı növbəti dəfə tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05

