Bakıda Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu işə başlayıb
23.01.2010 [04:57]
Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları dünən Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Qonaqlar Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçək dəstələri düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra Beynəlxalq Muğam Mərkəzində Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu işə başlayıb. Forumda iştirak etmək üçün Azərbaycana gəlmiş nüfuzlu Rusiya nümayəndə heyətinin tərkibinə RF mədəniyyət naziri Aleksandr Avdeyev, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov, Rusiya Federasiyasının MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Farit Muxametşin, Dövlət Dumasının deputatları və Federasiya Şurasının üzvləri, alimlər, mədəniyyət və incəsənət xadimləri, Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri daxildir.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Forumun açılışında qonaqları salamlayaraq deyib: “Hörmətli xanımlar və cənablar! Dostlar! Mən Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Forumunun bütün iştirakçılarını Azərbaycanın paytaxtı Bakı şəhərində ürəkdən salamlamaq istərdim. Bu cür gündəliyi olan forum ilk dəfədir ki, keçirilir. Əminəm ki, onun uğurlu işi xalqlarımız və dövlətlərimiz arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə sanballı töhfə verəcəkdir. Forumun keçirilməsi faktının özü ölkələrimizin ali rəhbərlərinin - İlham Heydər oğlu Əliyevin və Dmitri Anatolyeviç Medvedevin müdrikliyinin və uzaqgörənliyinin təzahürüdür. Bu forumun hazırlanmasında fəal iştirak etmiş bütün təşkilatlara və strukturlara dərin minnətdarlığımı bildirmək istərdim. Mən Rusiya Federasiyası Prezidentinin Administrasiyasının ünvanına xüsusi təşəkkürümü çatdırmaq istərdim. Administrasiyanın rəhbəri Sergey Yevgenyeviç Narışkin bu gün Bakıya gəlir və bizim forumun işinə qoşulacaqdır. Nə gizlədim, çox xoşagələn və yaxşı haldır ki, forumun işində Rusiyada tanınmış insanlar, ölkənin ictimai-siyasi ab-havasını formalaşdıran, bu gün Rusiyada elmi, ədəbiyyatı, incəsənəti, kütləvi informasiya vasitələrini, idman hərəkatını təmsil edən insanlar iştirak edir. Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun açılışında bu cür nüfuzlu, deyərdim ki, mötəbər nümayəndə heyətinin iştirak etməsi çox rəmzi haldır. Forumda həm Dövlət Dumasından, həm də Federasiya Şurasından olan rusiyalı qanunvericilərin böyük bir qrupu təmsil olunmuşdur. Biz ölkələrimizin parlament üzvləri arasında təcrübə mübadiləsi sahəsində yaxşı ənənəyə malikik. ümidvaram ki, onların Azərbaycan Parlamentində indiki görüşləri, seksiyalar çərçivəsində diskussiyalar, Azərbaycan torpağında müxtəlif görüşlər dövlətlərimizin qanunvericiləri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Bu gün bu zalda Rusiyanın mədəniyyət naziri cənab Aleksandr Alekseyeviç Avdeyev başda olmaqla mədəniyyət xadimlərinin böyük bir qrupu iştirak edir. Sevindirici haldır, bu qrupa adlı-sanlı Böyük Teatrın direktoru başda olmaqla bu teatrın artistləri, Rusiyanın tanınmış mədəniyyət xadimləri daxildir. Forumun işində elm və təhsil nümayəndələrinin iştirak etməsi faktını biz çox yüksək qiymətləndiririk. Əminəm ki, elm və təhsil sahəsində XX əsrdə formalaşmış çoxşaxəli əlaqələr, bizim Milli Elmlər Akademiyasının və Rusiya alimlərinin əlaqələri dövlətlərimizin möhkəmlənməsində və inkişafında elmin rolunun daha da güclənməsi üçün yeni impuls alacaqdır.
Mən Bakıya gəlmiş Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Vasilyeviç Torkunovu və Rusiya Dövlət Xidməti Akademiyasının rektoru Vladimir Konstantinoviç Yeqorovu salamlamaq istərdim.
Forumda Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim İosifoviç Pivovar başda olmaqla “Rusiya-Azərbaycan” Dostluq cəmiyyətinin üzvləri də geniş təmsil olunmuşdur. Fürsətdən istifadə edərək, mən onların hamısına xalqlarımız arasında dostluğun möhkəmlənməsinə verdikləri töhfəyə görə təşəkkürümüzü bildirmək istəyirəm. Forumun işində ümumrusiya Azərbaycanlılar Konqresinin sədri, Rusiya Tibb Elmləri Akademiyasının üzvü Məmməd Cavadoviç Əliyev başda olmaqla üAK üzvləri də iştirak edirlər. Konqresin bioqrafiyası o qədər də geniş deyil, lakin o, necə deyərlər, formalaşmışdır və Rusiya Prezidenti Administrasiyası ilə əlaqəli fəaliyyət göstərərək ümumi işimizin xeyrinə xidmət edir. Mən Forumun işində səhiyyə xadimlərinin böyük bir qrupunun iştirak etməsini xüsusi vurğulamaq və onları salamlamaq istərdim. Bunu qeyd etmək xoşdur ki, bu gün bu salonda bizimlə bərabər Azərbaycanda yaxşı tanınan və ehtiram göstərilən akademik Renat Süleymanoviç Akçurin də vardır. Bizim Forumun iştirakçılarının ən çoxsaylı qrupu postsovet məkanında tanınmış kütləvi informasiya vasitələrinin rəhbərləridir. Sağlam ictimai fikrin, insanların xoş ovqatının formalaşması onlardan asılıdır. Zənnimcə, belə desəm səhv etmərəm ki, məhz onlar insanları obyektiv informasiya və doğru sözlə təmin etməklə xalqlarımız arasında dostluğun inkişafına və möhkəmlənməsinə xidmət etməlidirlər. Mən Rusiyanın kütləvi informasiya vasitələrinin Forumumuzda iştirak edən bütün rəhbərlərini ürəkdən salamlayıram. ümid etmək olar ki, bu cür nüfuzlu jurnalist korpusunun Azərbaycana səfəri izsiz qalmayacaq, ölkəmiz haqqında həqiqət televiziya və radio kanallarında, qəzet və jurnal səhifələrində daha geniş işıqlandırılacaqdır. Bu xadimlər qrupunda İTAR-TASS Agentliyinin Baş direktoru, bizim Forumun təşkilatçılarından biri olan Vitali Nikitiç İqnatenkonun adını xüsusi qeyd etmək istərdim. 2003-cü ildə biz Bakıda rus mətbuatı qurultayını birlikdə keçirəndə əməkdaşlığımızın bu cür miqyas alacağını və belə formalar kəsb edəcəyini təsəvvür etmək çətin idi.
Bu gün mən bu salondakı qonaqlarımız arasında xeyli tanış şəxsləri görürəm. Onlarla bizi çoxillik səmərəli əməkdaşlıq münasibətləri bağlayır. Mən məhz şəxsi təcrübəyə əsaslanaraq demək istəyirəm ki, bu Forum, əlbəttə, rəsmi görüşlər çərçivəsi ilə məhdudlaşmır. Əlbəttə, bu Forum parlamentlər səviyyəsində, mədəni və elmi sahələrdə mübadilələrin, şəxsi əlaqələrin hərtərəfli genişlənməsinə və dərinləşməsinə xidmət etməlidir. Lakin mənə belə gəlir ki, bizim əməkdaşlığın bugünkü səviyyəsini nəzərə alsaq, bunlar azdır. Bizə yeni üfüqlər, birgə işimizin perspektivlərinə yeni baxış lazımdır. Əminəm ki, bu Forum XXI əsrdə bizim əməkdaşlığın vektorunu təyin edəcək bir sıra perspektivli layihələrə start verəcəkdir.
Azərbaycan-Rusiya münasibətlərinin tarixinə humanitar əməkdaşlıq baxımından nəzər salmağa cəhd göstərsək, bu münasibətlərə hətta qısa ekskurs belə çoxillik tədqiqatlar aparılmasını tələb edərdi. Burada biz Rusiya maarifçilərini, Sankt-Peterburq və Kazan universitetlərinin professoru Mirzə Kazımbəyin fəaliyyətini, Lermontovun Azərbaycan dastanının motivləri əsasında yaratdığı gözəl “Aşıq Qərib” əsərini, Yeseninin Bakı haqqında ürəkdən gələn sətirlərini və ümumi tariximizin iki əsrdən çox dövrünə aid bir çox əlamətdar hadisələri və təzahürləri xatırlaya bilərik. Dostluq ongünlükləri və həftələri mənim nəslimin yaddaşından hələ silinməmişdir. Onda Azərbaycan mədəniyyəti öz nailiyyətlərini Moskvada nümayiş etdirir, bizim isə Bakıda Moskva teatrlarının tamaşalarına baxmaq imkanımız yaranırdı. “Koroğlu” operasının Moskvadakı uğurlu nümayişi və Rusiya mədəniyyətinin Dmitri Dmitriyeviç Şostakoviç kimi korifeylərinin Bakıya gəlişi də ümumi tariximizin ayrılmaz hissəsinə çevrilmişdir. Bu gün bizi tariximizin sovet dönəmi adlandırdığımız dövründən təxminən 20 il ayırır. Əslində Azərbaycan düz 20 il əvvəl, 1990-cı il yanvarın 20-də sovet totalitarizminə qəti “yox” demişdi. O faciəli gecədə Qorbaçovun əmri ilə hökumət fövqəladə vəziyyət elan etmədən Azərbaycana qoşun yeritmişdi. Bu qoşunun tərkibində Şimali Qafqazdan ehtiyatda olan erməni hərbçiləri də var idi. Bu əməliyyat dinc əhaliyə qarşı görünməmiş qəddarlıqla müşayiət olunmuşdur. Lakin Qorbaçov 1988-1990-cı illərdə təcavüzkar əhval-ruhiyyəli ermənilərdən ibarət qruplar azərbaycanlıları əzəli torpaqlarından qovanda, evləri yandıranda və bütün bunlar çoxsaylı insanların, o cümlədən qocaların, qadınların və uşaqların qəddarcasına qətlə yetirilməsi ilə müşayiət ediləndə, vəhşiləşmiş kütlə hamilə qadınların qarnını yaranda, döşlərini kəsəndə və s. nə üçünsə Yerevana qoşun yeritmədi. Təəssüf ki, İttifaqın kütləvi informasiya vasitələri susurdu, hətta, onların bəziləri Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını açıq-aydın dəstəkləyirdi. Bu aksiya nəticəsində 147 dinc sakin, o cümlədən uşaqlar və təcili yardım həkimləri həlak olmuş, 700-dən çox adam yaralanmışdı. Bu qanlı faciə sovet ordusunun ölkəmizin dinc əhalisinə qarşı cinayəti idi. Bu insanların günahı təkcə o idi ki, onlar Mixail Qorbaçov başda olmaqla ölkənin siyasi rəhbərliyinin Dağlıq Qarabağın Azərbaycandan ayrılması planına qarşı etirazlarını bildirməyə cürət etmişdilər.
Bu il yanvarın 20-də, Yanvar hadisələrinin 20-ci ildönümü günü Azərbaycan Prezidenti İlham Əliyev bu qəhrəmanların şərəfinə ucaldılmış abidənin açılışında iştirak etmişdir. Bu abidə həm amansızcasına əzmə maşınının məhv etdiyi həmvətənlərimizə görə kədərimizin, həm də totalitarizmə qarşı çıxış etmək üçün özümüzdə qüvvə və cəsarət tapmağımıza görə iftixar hissinin təzahürüdür. SSRİ-nin süqutunu müşayiət edən sistemli böhran bütün postsovet məkanını bürümüş silsilə siyasi, iqtisadi və sosial böhranlara transformasiya etmişdi. Bu illər ərzində biz bir çox aktual məsələləri həll etməyə çalışırdıq, gələcək inkişafımızın yeni paradiqmasını qururduq. Bütün XX əsr boyu biz Sovet İttifaqında kommunist cəmiyyətinin qurulması yollarını tez-tez müzakirə etmişik. Lakin heç zaman postkommunizm dövrü necə olmalıdır və ya olacaqdır barədə düşünməmişdik. Yəqin ki, indi biz sizinlə həmişəkindən daha yaxşı anlayırıq ki, postkommunizmin demokratiyaya keçiddən daha böyük olması nəticəsinə gəlmiş alimlər nə qədər doğru düşünürlər. Mahiyyət etibarilə bu, həm siyasi, həm iqtisadi, həm də şəxsi və ictimai həyatın bütün cəhətlərini əhatə edən fundamental dəyişikliklər dövrüdür.
Totalitarizmdən demokratiyaya, komanda iqtisadiyyatından sərbəst bazar münasibətlərinə, nəhəng imperiyanın bir hissəsindən milli dövlətə tranzit bütün postsovet ölkələri üçün çox çətin olmuşdur. Azərbaycanda da bu proseslər asanlıqla cərəyan etməmişdir. Biz keçid dövrünün mürəkkəb şəraitində həm siyasi, həm iqtisadi, həm də sosial böhranları dəf etməli olmuşuq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərtərəfli düşünülmüş siyasəti sayəsində Azərbaycan XXI əsrə siyasi və iqtisadi cəhətdən sabit dövlət kimi qədəm qoymuşdur.
SSRİ dağılandan və ölkələrimiz müstəqillik əldə edəndən sonra münasibətlərimizin yeni mərhələsi Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin Azərbaycana tarixi səfərindən başlanmışdır. Bu, Rusiya Prezidentinin suveren Azərbaycana ilk səfəri idi. Məhz, o vaxt Prezident Putin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə aşağıdakı konseptual fikri söyləmişdi: “Bizim məqsədimiz - qaliblər və məğlublar olmadan sülhün bərqərar olmasına kömək etməkdir”. Bu fikir öz aktuallığını bu gün də saxlayır. Heydər Əliyevin Rusiyaya cavab səfəri, Bakı Bəyannaməsinin imzalanması, Xəzərin statusu ilə əlaqədar məsələlərin həlli bizim müxtəlif səviyyələrdə münasibətlərimizə nəzərəçarpacaq tərəqqi və dinamizm gətirmişdir.
2001-ci il oktyabrın 12-də Bakıda rus poeziyasının dahisi Aleksandr Sergeyeviç Puşkinin və 2002-ci il iyunun 9-da Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı əməkdaşlığımızın tamamilə yeni müstəviyə keçməsinin əlaməti olmuşdur. Bu, əslində Azərbaycan-Rusiya strateji əməkdaşlıq proqramının başlanğıcı idi. Heydər Əliyev bu mərhələni bizim bəyanatlardan və sazişlərdən niyyətlərimizin konkret reallaşdırılması dövrünə keçid mərhələsi adlandırmışdır. Onun Sankt-Peterburqda söylədiyi nitqində Rusiyanın Qərbin və Şərqin böyük sivilizasiyalarını özündə təcəssüm etdirən və dünya siyasətində nadir rol oynayan bir ölkə olması haqqında söylədiyi fikir bizim xarici siyasətdə Rusiyanın rolunu və yerini son dərəcə aydın müəyyən edir. Heydər Əliyev böyük rus mədəniyyətinin mənəvi qaynaqlarından danışarkən xüsusi vurğulamışdır ki, onun üçün rus ruhunun həqiqi böyüklüyünün rəmzi Leninqradın mühasirəsi dövründə Ermitajın soyuq zallarında dahi Nizaminin anadan olmasının 800 illiyinin bayram edilməsidir. Bütün XX əsr ərzində Azərbaycan rus mədəniyyətinin bir çox inciləri ilə tanış olmaq və elə bir mədəni məkan formalaşdırmaq imkanına malik olmuşdur ki, bizim Forum da müəyyən mənada həmin məkanın qorunub saxlanmasına və genişləndirilməsinə xidmət edir. Bu gün humanitar əməkdaşlığımız bir sıra istiqamətlər üzrə, o cümlədən vahid mədəni məkanın formalaşması üçün uzunmüddətli əməkdaşlıq sahəsində uğurla inkişaf edir. Bu əməkdaşlığın həcmini və sürətini səciyyələndirmək üçün Rusiya artistlərinin Bakıya qastrol səfərlərinin afişalarına nəzər salmaq kifayətdir. İTAR-TASS və RİA-Novosti kimi informasiya agentliklərinin Azərbaycanda müstəqil ofislər səviyyəsində fəaliyyəti göstərir ki, biz informasiya mübadiləsi sahəsində rus dilinə diqqəti azaltmırıq.
Biz haqlı olaraq fəxr edirik ki, təhsil sistemimizdə nəinki rus dilinin öyrənilməsini, hətta rus dilində təlimi də qoruyub saxlaya bilmişik. Rus dili ölkəmizdə həm rus dilində orta və ali təhsil almaq, həm də rus dilinin xarici dil kimi öyrənilməsi səviyyəsində təmsil olunmuşdur. Cəmi bir, lakin kifayət qədər sanballı rəqəm göstərmək istəyirəm: Azərbaycanın ali məktəb sektorunda 16 mindən çox tələbə rus dilində təhsil alır. Azərbaycanda Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılması əyani şəkildə göstərir ki, bizim uğurlu əməkdaşlığımız üçün çox yaxşı imkanlar vardır. Bakıda Səməd Vurğun adına Rus Dram Teatrı uğurla fəaliyyət göstərir. Bakı Slavyan Universiteti rusdilli təhsil məkanının və mədəni məkanın formalaşmasına fəal kömək edir. Son beş ildə rus klassiklərinin - Puşkinin, Lermontovun, Tolstoyun, çexovun, Dostoyevskinin, Bulqakovun, Blokun, Yeseninin və başqalarının əsərləri Azərbaycan dilinə tərcümədə ümumi tirajı milyon yarım nüsxə olmaqla nəşr edilmişdir. Bu humanitar layihələrin həyata keçirilməsi bizim iqtisadiyyatın dinamik inkişafı sayəsində mümkün olmuşdur. Bu Beynəlxalq Muğam Mərkəzinin salonu bu gün təhsil və mədəniyyətdə həyata keçirilən dəyişikliklərin miqyasını çox gözəl nümayiş etdirir. ümumiyyətlə, son illərdə ölkəmizdə modernləşdirmə ruhlu qərarların bütöv bir kompleksi həyata keçirilmiş, bu qərarlar Azərbaycanı Cənubi Qafqazda özünün iqtisadi liderliyini təmin etməyə qabil olan, sabit siyasi sistemə malik bir dövlətə çevirməyə imkan vermişdir. Məsələ təkcə bununla bitmir. Milli tranzit sahəsində bizim təcrübəmizin iki əsas tərkib hissəsi - iqtisadi və siyasi komponentlər dünya maliyyə və iqtisadi böhranı dövründə özünün fəaliyyət qabiliyyətini xüsusilə parlaq şəkildə nümayiş etdirmişdir. 2009-cu ilin yekunları göstərir ki, başa çatmış ildə Azərbaycanda ümumi daxili məhsulun həcmi 9,3 faiz artmışdır. üstəlik, nəzərdə tutulan bütün infrastruktur layihələri və sosial proqramlar reallaşdırılmışdır. Dünya iqtisadiyyatının ürək açmayan xarakteristikaları fonunda artım göstəricisinin 9,3 faiz olması faktının özü 2009-cu ilin bizim üçün nə qədər uğurlu olmasını aydın göstərir. Azərbaycan iqtisadiyyatı hələ 2008-ci ildə bütün Cənubi Qafqaz iqtisadiyyatının üçdə iki hissəsini təşkil edirdi. Onu da vurğulamaq zəruridir ki, başa çatmış ildə inflyasiya səviyyəsi cəmi 1,5 faiz olmuş, il ərzində Azərbaycan iqtisadiyyatına 9,2 milyard dollar sərmayə qoyulmuşdur. Biz, hətta, bu mürəkkəb vaxtda belə bir sıra yeni müəssisələr, o cümlədən Sumqayıt texnoparkını istifadəyə vermişik. Bu gün ölkənin valyuta ehtiyatlarının həcmi 20,4 milyard dollar təşkil edir. 2003-2008-ci illərdə ölkədə işsizliklə bağlı əsas problemlər həll edilmişdir. Keçən il daha 74 min yeni iş yeri açılmışdır. ölkəmizin inkişafının humanitar tərkib hissəsini səciyyələndirmək üçün xüsusi qeyd etmək istərdim ki, 2009-cu ildə Azərbaycanda 64 məktəb tikilmiş, 59 səhiyyə müəssisəsi təmir edilmiş, 5 iri olimpiya kompleksi istifadəyə verilmişdir. ölkədə ünvanlı sosial yardım proqramının həyata keçirilməsi davam etmişdir”.
Akademik Ramiz Mehdiyev, həmçinin, deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafı üçün çox vacibdir. Afinada ATƏT-ə üzv ölkələrin XİN başçılarının münaqişənin nizamlanması ilə bağlı bəyanat qəbul etdiklərini xatırladan akademik Ramiz Mehdiyev həmin sənəddə münaqişənin ərazi bütövlüyü prinsipinə əsaslanaraq həll olunmasının vacibliyinin qeyd olunduğunu, Ermənistanın ilk dəfə bunu etiraf edərək, həmin sənədə imza atdığını vurğulayıb. Akademik Ramiz Mehdiyev Rusiya mətbuatını Dağlıq Qarabağ münaqişəsindən yazarkən professional olmağa çağırıb: “Münaqişənin tarixindən yazanda rus mənbələrinə istinad edin, rusiyalı diplomat Aleksandr Qriboyedovun 19-cu əsrdə imperatora yazdığı məktubunu oxuyun. Diplomat İran və Türkiyədən Azərbaycana köçürülən ermənilərdən yazarkən qeyd edirdi ki, azərbaycanlılar ermənilərin yerləşdikləri torpaqlarda həmişəlik qalacaqlarından qorxurlar”.
Rusiya mətbuatında Dağlıq Qarabağın Stalin tərəfindən Azərbaycana hədiyyə edilməsi barədə yazılanlara toxunan akademik Ramiz Mehdiyev həqiqətin tam əksinə olduğunu diqqətə çatdırıb: “Əslində təzyiqlər altında İrəvan Ermənistana hədiyyə edilib. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları olmayacağını bildirmişdi, amma belə olmadı. Əslində Borçalı da Stalin tərəfindən Gürcüstana hədiyyə edilib”.
Akademik Ramiz Mehdiyev Dağlıq Qarabağı çıxmaqla, hazırda Azərbaycanda 20 min erməninin yaşadığını, azərbaycanlıların tarixi torpaqları olan indiki Ermənistanda isə 1 nəfər belə azərbaycanlının qalmadığını deyib. O, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bir daha vurğulayıb.
Daha sonra Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, “TEFİ” Rusiya Televiziya Akademiyasının prezidenti Mixail Şvıdkoy, Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Rusiya Federasiyasının MDB İşləri, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Farit Muxametşin, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, “Rusiya-Azərbaycan” Dostluq Cəmiyyətinin prezidenti Yefim Pivovar, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar cəmiyyətin müxtəlif təbəqələri, müxtəlif peşə adamları arasında humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

