Qaradağ rayonunda Akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi qeyd edilib
24.04.2026 [17:04]
24 aprel 2026-cı il tarixdə Qaradağ rayonu Qızıldaş Mədəniyyət Evində Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə YAP Qaradağ rayon təşkilatı və 41 saylı Şəhər Poliklinikasının ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Elm, mərhəmət və fədakarlıq simvolu - Zərifə Əliyeva” mövzusunda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra akademik Zərifə Əliyevanın həyatından və elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov bildirib ki, Azərbaycan tibb elminin parlaq siması, görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın əziz xatirəsi hər il xalqımız tərəfindən dərin ehtiramla yad olunur. Bu gün biz də fədakarlığı ilə bütün Azərbaycan qadınlarına nümunə olan Zərifə xanımın işığına toplaşmışıq. Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinə həsr etdiyi ömür yolu onu yalnız böyük alim kimi deyil, həm də yüksək mənəvi dəyərlərə malik kamil insan kimi yaddaşlara həkk edib. Onun həyatı Azərbaycan ziyalısının ən mükəmməl obrazlarından biridir. Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım, eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin formalaşması prosesində dahi rəhbərin ən sadiq silahdaşlarından biri olub.
Tədbirdə çıxış edən Lökbatan Tibb Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Elçin Hüseynov akademik Zərifə xanım Əliyevanı hələ tələbəlik illərindən tanıdığını, onun öz zəhmətsevərliyi ilə atası, görkəmli dövlət xadimi Əziz Əliyevə bənzədiyini, Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyətin məhəbbətini qazandığını xatırladıb. Professor vurğulayıb ki, hər bir ananın əsas vəzifəsi xalqı və vətəni üçün dəyərli övladlar böyüdüb tərbiyə etməsidir və Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi görkəmli siyasətçini yetişdirməsi Zərifə xanımın Azərbaycan üçün ən böyük xidmətidir.
Tədbirdə çıxış edən Zərifə xanım Əliyevanın həmkarı, oftalmoloq-həkim Hicran Həşimova elm, mərhəmət və fədakarlıq simvolu olan akademik haqqında xatirələrini bölüşüb. Vurğulayıb ki, həm tələbəlik, həm də birgə fəaliyyət dövründə o, Zərifə xanımı bütün həyatını elmə və insanlara nur bəxş edən görkəmli şəxsiyyət kimi tanıyıb. Qeyd edib ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınının müdrikliyini, zəkasını, fədakarlığını və yüksək əxlaqını özündə cəmləşdirən nadir bir sima idi. O, sübut etdi ki, bir qadın eyni zamanda həm yaxşı alim, həm mehriban ana, həm sədaqətli həyat yoldaşı və həm də cəmiyyət üçün dəyərli bir şəxsiyyət ola bilər.
Zərifə xanım Əliyevanın həyatından bəhs edən Hicran Həşimova xatırladıb ki, o, 1923-cü ildə görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub, 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olaraq 1947-ci ildə bu təhsil müəssisəsini əla qiymətlərlə bitirib. 1949-cu ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan Zərifə xanım 1950-ci ildə aspiranturaya daxil olub, 1960–1967-ci illərdə Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq həkim və alim kimi tibbin inkişafına dəyərli töhfələr verib. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası zəngin elmi araşdırmalarına görə ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verib.
Hicran Həşimova vurğulayıb ki, Azərbaycan səhiyyəsinə böyük töhfələr bəxş etmiş görkəmli akademik Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafında xidmətləri misilsizdir.
Uğurlu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil edib. Bu sahə üzrə ixtisaslaşan Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilib və ölkəmiz bu xəstəlikdən xilas olub.
Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş, özündən sonra nurlu xatirələr qoyub gedən Zərifə xanım Əliyeva nəcib keyfiyyətləri ilə Azərbaycan xalqı tərəfindən sevilir, gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, on minlərin qəlbində, gözlərinin nurunda yaşayır.
Tədbirdə çıxış edən 41 saylı Şəhər Poliklinikasının baş həkimi Səlvinaz Tarverdiyeva bildirib ki, Azərbaycan tibb elminin inkişafında silinməz iz qoymuş görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın doğum günü onun zəngin və çoxşaxəli fəaliyyətinə bir daha nəzər salmaq, bu böyük şəxsiyyətin Azərbaycan səhiyyəsinə verdiyi misilsiz töhfələri dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində böyüyən Zərifə xanım həkimlik peşəsini dərin məsuliyyət və humanizm prinsipləri əsasında həyata keçirərək minlərlə insana şəfa bəxş edib. Onun müəllifi olduğu monoqrafiyalar və elmi əsərlər Azərbaycan oftalmologiya elminin inkişafında mühüm rol oynamış və bu gün də aktuallığını qorumaqdadır.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva bildirib ki, cəmiyyətdə tutduğu yüksək mövqeyə baxmayaraq, Zərifə xanım Əliyeva ilk növbədə ailəsinin qayğıları ilə yaşayırdı. Ulu Öndər Heydər Əliyev qazandığı nailiyyətlərdə vəfalı ömür-gün yoldaşı Zərifə xanımın böyük töhfələrinin olduğunu daim vurğulayırdı. Hər bir kəsə örnək olası bir ailə quran bu böyük şəxsiyyətlər yüksək mənəviyyat, ali mərhəmət, misilsiz insanpərvərlik, dəyərli vətəndaşlıq xüsusiyyətləri ilə bir-birlərini tamamlayırdılar.
O vurğulayıb ki, Zərifə xanımın həyatını mənalandıran nə varsa — onun elmi, ailəsi, xeyirxahlığı, səmimiyyəti, insanlara doğma münasibəti — hamısı ruhundan, nurundan şölələnmişdi. Yaxından tanıyan həmkarları həmişə böyük rəğbətlə qeyd edirlər ki, görkəmli alim övladlarına çox bağlı, onların tərbiyəsi üçün bütün enerjisini sərf edən ana idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi dünya miqyasında tanınan və qəbul olunan bir şəxsiyyətin qazandığı nailiyyətlərdə, şübhəsiz ki, valideynlərinin – həm görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin, həm də tanınmış alim, insanlara nur bəxş edən akademik Zərifə xanım Əliyevanın düzgün tərbiyəsi, övladı müdrikliklə formalaşdırmaq ənənəsi mühüm rol oynayıb.
Tədbirdə səhiyyə sahəsində və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən tibb işçilərinə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Fəxri fərmanları təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19

