Azərbaycanın maliyyə sistemi dözümlü və dinamikdir
02.02.2010 [09:59]
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda qlobal iqtisadi böhranla bağlı müzakirələrin məzmunu göstərdi ki, inkişaf etmiş ölkələrin əksəriyyəti hələ də böhran resessiyalarının təsirindən xilas ola bilməyib. İqtisadi geriləmənin müşahidə olunduğu həmin dövlətlərin həyata keçirdiyi antiböhran tədbirlərinə baxmayaraq, maliyyə sferasında problemləri aradan qaldırmaq mümkün olmayıb. Qeyd olunan dövlətlərin böyük əksəriyyətində dərin maliyyə böhranı, maliyyə sektoru və kapital bazarlarının fəaliyyətinin pozulması, iqtisadi tənəzzül və işsizliyin artması ilə bağlı tendensiyalar davam edir.
Azərbaycan hökumətinin həyata keçirdiyi mükəmməl makroiqtisadi ssenarilər nəticəsində isə respublikamızda davamlı dinamik inkişaf öz axarı ilə gedir. 2009-cu ildə ölkəmizdə həyata keçirilən makroiqtisadi siyasətin ən mühüm nəticələrindən biri dünya maliyyə böhranının təsirlərindən sığortalanmaqdan və maliyyə sabitliyinin möhkəmlənməsi fonunda iqtisadi islahatların davamlılığını təmin etməkdən ibarət olub. Kompleks makroiqtisadi tədbirlərin məntiqi nəticəsində respublikamızda maliyyə sabitliyi təmin olunub, pozitiv inkişaf həlledici mərhələyə qədəm qoyub.
Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf və modernizasiya strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilib. ölkəmizdə güclü sabitlik potensialının yaradılması şəraitində həyata keçirilmiş antiböhran siyasəti makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına imkan verib. Maliyyə strukturlarının və bankların likvid fəaliyyəti müşayiət edilib. Bütün dövlətlərdə tənəzzül meyilləri və maliyyə bazarlarındakı aparıcı indekslərin aşağı düşməsi ilə əlaqədar maliyyə qurumlarının fəaliyyətində ciddi problemlər meydana çıxıb. Amerikanın və Avropanın ən nəhəng maliyyə institutlarının və banklarının kredit ehtiyacları ilə üzləşməsi, maliyyə sıxıntısının artması, istehlak xərclərinin və investisiyaların azalması son nəticədə real sektorda iqtisadi fəallığın aşağı düşməsinə səbəb olub. Bu isə iri müəssisələrin maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini məhdudlaşdırmasına və yaxud dayandırmasına gətirib çıxarıb. Beləliklə, həmin dövlətlərdə işsizliyin səviyyəsinin artması müşahidə edilib.
Azərbaycan hökumətinin böhranqabağı hazırladığı “maliyyə immunizasiyası”nın həyata keçirilməsi sayəsində bank sistemi qlobal böhranı hazırlıqlı qarşılayıb və ölkəmizdə maliyyə sisteminin dinamikliyini təmin edib. Bütün dövlətlərdə banklar böyük həcmdə xarici borclarla “yüklənsə” də ölkəmizin maliyyə qurumları və bank vahidləri xarici borc həcminin tənzimlənməsi sisteminin tətbiq edilməsi nəticəsində öhdəliklərdən azad olunub. Bunun nəticəsində bankların kapitallaşma və maliyyə ehtiyatlanması səviyyəsi əhəmiyyətli dərəcədə artıb. ümumiyyətlə, həyata keçirilmiş antiböhran proqramı nəticəsində bank sektorunun maliyyə dözümlülüyü daha da güclənib, Azərbaycanın bank sistemi qlobal böhranı adekvat kapitallaşma səviyyəsi, yüksək maliyyə ehtiyatlanması və likvidlik göstəriciləri ilə qarşılayıb.
2009-cu ildə Azərbaycan banklarının aktivlər üzrə gəlirliyi 3 faizə yaxın artıb. Eyni zamanda, kapitalın gəlirliyi isə təxminən 18 faiz təşkil edib. Kredit qoyuluşları ötən il ərzində 12 faiz, əhalinin əmanətlərinin həcmi isə 18,5 faiz yüksəlib. Azərbaycan banklarının kifayət qədər pul bazasına malik olması, eləcə də, onların likvid fəaliyyət göstərməsi isə real sektorun inkişafını stimullaşdıracaq. Bununla yanaşı, hökumətin bankların maliyyə bazasını daha da möhkəmləndirmək üçün strateji dəstək siyasəti yürütməsi iqtisadiyyatda dinamizmi yüksəltməyə impuls verəcək. Bankların iqtisadiyyatın qan damarı olmasını nəzərə alan hökumət maliyyə vəsaitlərini də banklara verərkən məhz iqtisadi fəallığı artırmağı qarşıya əsas hədəf qoyub. ölkəmizin valyuta ehtiyatlarının artması hökumətin banklara daha güclü dəstək göstərməsi üçün əlavə imkanlar yaradır.
Valyuta gəlirlərinin bir hissəsinin real sektora yönəldilməsi isə bütün istehsal sferalarının imkanlarının yaxşılaşmasına töhfə vermiş olacaq. Prezident İlham Əliyev bəyan edib ki, respublikamızın valyuta ehtiyatlarının artması islahatların və iqtisadi proqramların daha geniş vüsət almasına imkanlar yaradır: “Bizim indi valyuta ehtiyatlarımız 20,4 milyard dollar təşkil edir. Bu, böyük məbləğdir. Bu bizə imkan verir ki, gələcəkdə də özümüzü çox rahat hiss edək. Bizim heç kimin yardımına ehtiyacımız yoxdur, öz hesabımıza yaşayırıq. Nəzərə alsaq ki, görülən tədbirlər nəticəsində 2010-cu ildə daha da böyük işlər aparılacaq, əminəm, 2010-cu ilin yekunlarına görə valyuta ehtiyatlarımız daha da artacaqdır. Bu, bizə imkan verir ki, makroiqtisadi sabitliyi qoruyaq, ölkədə gedən bütün sosial proqramları, bütün infrastruktur layihələrini vaxtında icra edək”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

