Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Son 6 ildə səhiyyə sektoruna yönəldilən vəsaitlərin həcmi 5 dəfədən çox artıb

Son 6 ildə səhiyyə sektoruna yönəldilən vəsaitlərin həcmi 5 dəfədən çox artıb

01.04.2010 [08:50]

Prezident İlham Əliyev: Biz Azərbaycanda müasir səhiyyə sisteminin yaradılması işində növbəti vacib addımı atırıq
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri səhiyyə sektorunda dinamik inkişafın təmin edilməsindən ibarətdir. Dövlət başçısının bu sahəyə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə bölməsində mühüm dövlət proqramları hazırlanaraq icra olunub. ümumiyyətlə, hazırda səhiyyənin əsas istiqamətləri tibb müəssisələrinin təmir və bərpası, onların ən müasir avadanlıqlarla təmin olunması, vətəndaşların pulsuz dərman preparatları ilə təchiz edilməsi, onların effektiv müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması və digər sahələrdə islahatların həyata keçirilməsindən ibarətdir.
Dövlət başçısı bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin əsaslı şəkildə yenidən qurulması və onların maddi-texniki bazasının yaxşılaşdırılması ilə yanaşı, yeni xəstəxanaların tikintisinin vacibliyini də həmişə diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, bu məqsədlə Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında yeni xəstəxanaların tikintisi nəzərdə tutulur. Bu işlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat məbləğində vəsait ayrılıb.
ümumiyyətlə, son 6 ildə dövlət büdcəsindən səhiyyə sektoruna ayrılan vəsaitlərin həcmi 5 dəfədən çox artıb. Həmin vəsaitlər hesabına paytaxtda və regionlarda müasir tipli xəstəxana və poliklinikalar tikilib istifadəyə verilib, mövcud xəstəxanalar əsaslı şəkildə təmir olunub və yeni tibbi texnikalar alınıb. Dövlət büdcəsi ilə yanaşı, Prezidentin Ehtiyat Fondundan səhiyyə bölməsinə ayrılan vəsaitlərin həcminin ilbəil artması tibbi xidmətlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub. Prezidentin Ehtiyat Fondundan ayrılan maliyyə vəsaitləri hesabına bütün bölgələrdə tibb müəssisələrinin bərpa olunması, yenidən qurulması və ən son avadanlıqlarla təchiz edilməsi, eləcə də, yeni müalicə müəssisələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Regionlarda müalicə-diaqnostika mərkəzlərinin inşası intensiv xarakter alıb. ötən illər ərzində Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Qazax, Zaqatala və Qəbələdə fəaliyyətə başlayan müalicə-diaqnostika mərkəzlərində həm də hemodializ mərkəzləri istifadəyə verilib. Sumqayıt, Şamaxı, Bərdə, Tovuz, Quba, Cəlilabad və digər şəhərlərdə bu cür mərkəzlərin istifadəyə verilməsi nəzərdə tutulur.
Səhiyyə sektorunda inkişaf dinamikası 2009-cu ildə də davam edib və ötən il 44-ü regionlarda olmaqla, 63 səhiyyə müəssisəsi tikilib istifadəyə verilib. Bütün sahələrdə olduğu kimi, səhiyyə bölməsində də öz geniş fəaliyyəti ilə fərqlənən Heydər Əliyev Fondunun köməyi nəticəsində ötən illərdə və 2009-cu ildə bir sıra tibb ocaqları yenidən qurulub, o cümlədən, xəstə uşaqların ümid yeri olan Talassemiya Mərkəzi inşa olunub. ümumiyyətlə, son 6 il ərzində 300-dən çox tibb müəssisəsinin tikintisi və əsaslı təmiri aparılıb. Bütün bunların nəticəsidir ki, səhiyyə bölməsində son 6 ildə pozitiv meyillər daha çox nəzərə çarpır.
Səhiyyə sektorunda həyata keçirilən tədbirlərin əsas istiqamətlərindən biri təcili və təxirəsalınmaz tibbi yardım sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır. Dövlət başçısının diqqət və qayğısı sayəsində bu istiqamətdə əsaslı dönüş yaradılıb və paytaxtın təcili və təxirəsalınmaz tibbi yardım müəssisələri müasir standartlara cavab verən təcili yardım maşınları ilə təmin edilib. Hazırda bütün bölgələrdə bu xidmət sektorunun maddi-texniki bazasının və maşınlarla təchizatı ilə bağlı kompleks işlər davam etdirilir.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda son illər ərzində səhiyyə sahəsində çox uğurlu işlər görülür: “Yeni xəstəxanaların açılışı çox geniş vüsət almışdır, həm Bakıda, həm ölkəmizin müxtəlif rayonlarında. Bölgələrdə 10 müalicə-diaqnostika mərkəzi tikilib, 6-sı tikilməkdədir. Demək olar ki, bütün rayonlarda mərkəzi xəstəxanalar, uşaq xəstəxanaları təmir edilir, yeniləri tikilir. Bütün bunlar Azərbaycanın səhiyyə sisteminin müasirləşməsinə xidmət göstərir. Beləliklə, biz Azərbaycanda müasir səhiyyə sisteminin yaradılması işində növbəti vacib addımı atırıq. Əminəm ki, gələcək illərdə bizim bütün planlarımız həyata keçiriləcəkdir”.
Elbrus CƏFƏRLİ

Paylaş:
Baxılıb: 1176 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31