Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Vyetnamın Baş nazirinin müavini Hoang Çunng Hayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Vyetnamın Baş nazirinin müavini Hoang Çunng Hayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

09.04.2010 [10:27]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Vyetnam Sosialist Respublikası Baş nazirinin müavini Hoang çunng Hayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Baş nazirin müavini Hoang çunng Hay Vyetnam Sosialist Respublikası Prezidentinin dövlətimizin başçısının Vyetnama səfəri ilə bağlı dəvətini çatdırıb. O, 1983-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Vyetnama səfərinin bu günədək vyetnamlıların xatirəsində qaldığını söyləyib. Baş nazirin müavini vaxtilə Azərbaycanda təhsil almış vyetnamlı tələbələrin hazırda ölkəsinin inkişaf proseslərinə öz töhfələrini verdiklərini bildirib. ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyən Hoang çunng Hay ikitərəfli münasibətlərimizin genişləndirilməsi üçün qanunvericilik bazasının yaradılmasının vacibliyini vurğulayıb.
Dövlətimizin başçısı Vyetnamın bu cür yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin genişlənməsi baxımından əhəmiyyətini qeyd edib və səfərin məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib. Əlaqələrimizin genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu deyən dövlətimizin başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının, qarşılıqlı investisiyalar və konkret layihələr üzərində işlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Paylaş:
Baxılıb: 1031 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31