Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
24.06.2021 [09:42]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Migel Anxel Moratinos deyib: Siz mənim nə qədər şad olduğumu, yenidən burada olmaqdan necə məmnun olduğumu və Sizin ən böyük uğurlarınızdan birini dünən görməkdən nə dərəcədə şad olduğumu təsəvvürünüzə belə gətirə bilməzsiniz. Düşünürəm ki, günüm çox təsirli keçdi.
Prezident İlham Əliyev: Bəli, siz hər şeyin şahidi oldunuz.
Migel Anxel Moratinos: Ağdamda bəyanatımda, yekun bəyanatımda dedim ki, mən bir növ qarışıq hisslər keçirirəm. Birincisi, siyasi və peşəkar həyatımda heç vaxt görmədiklərimin şahidi oldum. Heç nə yoxdur, tamamilə dağıntıdır. İnsan kədərlənir ki, XXI əsrdə belə bir halın necə şahidi olmaq olar? İkincisi, düşünürəm ki, Ağdama səfərim yaxşı keçdi, çünki Sizin xüsusi nümayəndəniz mənə gələcək üçün planı göstərdi. Bu, böyük baxışdır, cənab Prezident. Yolları, insanların məşğul olduğunu, dinamikanı görmək imkanı böyük qürur hissi verir.
Azərbaycan hər zaman inkişaf edib və bu inkişaf daha da güclənəcək. Mən özümü hər zaman Azərbaycanın dostu hesab etmişəm, bu dəfə də Sizinlə olmaqdan və BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi qismində yeni missiyamda Sizin səylərinizi, Xarici İşlər Nazirliyini və Mədəniyyət Nazirliyinizi dəstəkləməyə çalışmaqdan qürur duyuram.
Məni qəbul etdiyinizə və birlikdə görə biləcəyimiz işləri nəzərdən keçirmək imkanına görə təşəkkür edirəm.
Prezident İlham Əliyev deyib: Ölkəmizə, həmçinin işğaldan azad edilmiş ərazilərə səfər etdiyinizə görə təşəkkür edirəm. Siz öz hissləriniz barədə danışdınız. Düşünürəm ki, hər kəs eyni hissləri keçirir. Mən müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə qəmginlik hissi, kədər hissi, eyni zamanda, şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirirdim. Yəqin sizə məlumat verilib ki, bir aydan da az vaxtda biz artıq yenidənqurma prosesinə başladıq. Siz gördünüz, hər şey dağılıb. Eyni zamanda, təkcə Ağdam rayonunda 97 min mina basdırılıb. Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var. Onlar xəritələri bizə verməkdən imtina edirlər və bizdə artıq 100-dən çox ölən və yaralanan oldu. Müharibə başa çatandan sonra minalardan, piyada əleyhinə və tank əleyhinə minalardan 30-a yaxın adam həlak oldu, 100-dən çox mülki şəxs yaralandı, o cümlədən bu ayın əvvəlində 2 jurnalist həlak oldu.
Bilirsiniz ki, onlar şəhərləri müharibə zamanı, Birinci Qarabağ müharibəsi zamanı deyiI, ondan sonra dağıdıblar. Onlar bunu Birinci Qarabağ müharibəsi dayanandan sonra demək olar ki, 30 il ərzində sistematik şəkildə bir neçə səbəbdən dağıdıblar. Birincisi, bütün tikinti materiallarını götürmək üçün. Çünki evlər sökülmüş, daşlar aparılmışdır. Bu, oğurluq idi. İkinci səbəb azərbaycanlılara geri qayıtmağa imkan verməmək idi. Çünki onlar düşünürdülər ki, total dağıntıdan sonra heç kim qayıtmayacaq. Təkcə şəhərlərdə deyil, kəndlərdə də, - siz digər istiqamətlərə gedəndə, məsələn Cəbrayıla, siz Füzulidə də olmusunuz, - Zəngilanda, Qubadlıda vəziyyət eynidir. Bütün kəndlər, bütün şəhərlər dağıdılıb. İndi biz onları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq. Biz artıq bütün səylərimizi toplamışıq, bütün resurslarımızı səfərbər etmişik. Böyük infrastruktur layihələrinə artıq başlanıb. Sizə bəlkə də bununla bağlı məlumat verilib. Biz onları yenidən quracağıq və düşünürəm ki, bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik.
Həmin ərazilərə səfər etdiyinizə görə təşəkkür edirəm. Bu, həqiqətən də sizin müharibədən, uzun müddət davam edən işğaldan əziyyət çəkmiş insanlara rəğbətinizin, dəstəyin göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

