Azərbaycanın bütün bölgələri, o cümlədən Lənkəran böyük sürətlə inkişaf edir
26.06.2010 [09:49]
Azərbaycan Prezidenti İlham Əliyev dünən Lənkəran rayonuna gəlib. Respublikamızın digər rayonlarında olduğu kimi, Lənkəranda da regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq geniş abadlıq və quruculuq işləri aparılır. Bunun nəticəsidir ki, rayonda ümumi daxili məhsul istehsalının həcmi 2003-cü illə müqayisədə 2009-cu ildə 2,9 dəfə artaraq 175 milyon manatdan çox olub. Kənd təsərrüfatı məhsulunun həcmi 2,5 dəfə artaraq 77,1 milyon manata çatıb, sənaye məhsulunun həcmi 2 dəfə artıb, əsas kapitala yönəldilən investisiyalar 3,1 dəfə çoxalıb. Tikinti-quraşdırma işlərinin həcmi 3,7 dəfə artaraq 22,7 milyon manat təşkil edib. Rayonda 2003-cü ildən 2010-cu ilin iyununa qədər 14 min 451-i daimi olmaqla, 25 min 790 yeni iş yeri açılıb.
Dövlətimizin başçısı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub.
Lənkəranlıların sevimli istirahət guşələrindən olan parkda orijinal fəvvarələr yaradılıb, dekorativ gül kolları və ağaclar əkilib, çəmənlik salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Burada uşaqların əylənməsi üçün də gözəl şərait var.
Dünən Azərbaycan Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində Sütəmurdov kəndində konserv zavodunun açılışında iştirak edib. Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb. Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış olub. Məlumat verilib ki, son illərdə Lənkəranda da yeni müəssisələrin istifadəyə verilməsi davamlı xarakter alıb. Bu müəssisələrin istehsal etdiyi məhsulların rəqabətədavamlı və keyfiyyətli olması isə, ilk növbədə, ölkəmizin ixrac potensialının gücləndirilməsinə xidmət edir. Zavodun ümumi sahəsi 10 hektar, tikinti sahəsi 1 hektardır. 2008-ci ilin mayında başlanılmış inşaat işləri bu ilin martında başa çatdırılıb. Müəssisə üç əsas binadan - inzibati korpus, istehsalat və soyuducu anbar sexlərindən ibarətdir. Zavod saatda 30 ton məhsul qəbul etmək gücünə malikdir. Müəssisədə şüşə qablar xətti, bütün növ cem və bal qablaşdırmaq üçün doldurucu xətt, turşu və meyvə şirəsi xətti var. Ən müasir xarici avadanlığın quraşdırıldığı zavodun ərazisində tutumu 2 min ton olan 9 kameralı soyuducu anbar da inşa edilib.
Müəssisə tam gücü ilə işləyəndə burada 350 nəfər çalışacaq. Prezident İlham Əliyev zavodun işə düşməsini bildirən düyməni sıxıb, istehsal sahələrində prosesi izləyib. Soyuducu anbarı da gəzən Prezident İlham Əliyev burada qablaşdırma prosesini izləyib. Dövlətimizin başçısı müəssisənin kollektivini təbrik edib, onlara uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində konserv zavodunun açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev rayon sakinlərini təbrik edərək deyib: “Sizi ürəkdən salamlayıram. Bu, Lənkəranda əlamətdar hadisədir. Yeni, gözəl konserv zavodu açılır. Bu, çox gözəl bir hadisə onu göstərir ki, Azərbaycanın bütün bölgələri, o cümlədən Lənkəran rayonu inkişaf edir. Belə müasir zavodun tikilməsi, şübhəsiz, rayonun iqtisadiyyatına yeni təkan verəcəkdir. Burada ən qabaqcıl texnologiyalar tətbiq olunub, fermerlərə ən gözəl xidmət göstəriləcəkdir. Həm istehsalın artırılması, həm də keyfiyyətli məhsulun istehsalı üçün burada bütün şərait vardır. Zavod əlbəttə ki, Lənkəranda sənayenin inkişafına böyük xidmət göstərəcəkdir və nəinki bu rayonda, eyni zamanda, bölgədə, bütün cənub zonasında kənd təsərrüfatının inkişafına təkan verəcəkdir. çünki fermerlər artıq öz məhsullarını bu zavoda gətirib təhvil verəcəklər, pulunu alacaqlar və beləliklə, kənd təsərrüfatının inkişafı daha da sürətlə gedəcəkdir. Belə zavodların Azərbaycanda yaradılması çox əlamətdar hadisədir, aparılan iqtisadi siyasətin nəticəsidir. Bütün bölgələrdə, bütün rayonlarda quruculuq, abadlıq işləri aparılır, yeni müəssisələr yaradılır. İndi dünyada hökm sürən maliyyə böhranı iqtisadi inkişafa böyük dərəcədə maneçilik törədir. Ancaq bu böhranlı illərdə Azərbaycanda yeni, müasir zavodların istifadəyə verilməsi özlüyündə bir göstəricidir. Biz iqtisadi gücümüzü artırmalıyıq. Xüsusilə qeyri-neft sektorunun, kənd təsərrüfatının, sahibkarlığın və Azərbaycanın gələcək inkişafı bu istiqamətdə davam etməlidir. çünki bizim artıq güclü maliyyə bazamız, iqtisadi potensialımız vardır. Elə etməliyik ki, bütün bölgələrdə yeni, müasir zavodlar yaransın. İstehsal sahələri hər bir ölkənin inkişafında aparıcı rol oynayan bir sahədir. İstehsal sahələri həm yerli istehsal, həm də iş yerləri, məşğulluq, ərzaq təhlükəsizliyi deməkdir. Bu zavodda istehsal olunacaq məhsullar Azərbaycan bazarında, xaricdə satılacaqdır. Həm sahibkarlar, fermerlər bundan fayda götürəcək və həm də bütün ölkəmiz. Böyük məbləğlərdə, milyonlarla ölçülən investisiyalar qoyulur. Yəni sahibkarlarda inam var ki, Azərbaycanda bütün iqtisadi məsələlər, investisiyaların qorunması məsələləri gələcəkdə də lazımi səviyyədə qorunacaqdır.
Ona görə mən gəldim ki, sizinlə görüşüm, bir də, bu zavodun açılışında şəxsən iştirak edim. Sizə, lənkəranlılara yeni uğurlar arzulayıram. Lənkəran rayonu çox uğurla inkişaf edir. Rayonda çox böyük işlər görülür. Həm sənaye infrastrukturu, həm sosial infrastruktur yaradılır, tibb məntəqələri, məktəblər, idman qurğuları, sənaye müəssisələri, turizm obyektləri - yəni, bütün sahələrdə inkişaf vardır. İndi Bakı-Astara avtomobil yolunun tikintisi davam edir. Yolun tikintisi imkan verəcək ki, bütün cənub bölgəsinin Bakı ilə çox gözəl əlaqəsi yaransın. Rahat, dünya səviyyəli bir yol olacaqdır. Lənkəran aeroportu fəaliyyət göstərir, artıq Lənkəran-Moskva beynəlxalq reysləri yerinə yetirilir. Bu da çox gözəl hadisədir. Aeroportun yenidən qurulması artıq konkret nəticələrə gətirib çıxarıb. İnsanlar birbaşa Lənkərandan, cənub zonasından Moskvaya uçurlar, daha Bakıya gəlmirlər. ümumiyyətlə, iqtisadi və sosial siyasətimiz bütün sahələrdə və hər bir bölgədə, hər rayonda öz nəticəsini verir. Lənkəranın inkişafı göz qabağındadır. Lənkəranlılar da bunu yaxşı bilirlər və Lənkərana qonaq gələn insanlar bunu görürlər. Mən çox şadam ki, burada bütün işlər çox uğurla və yüksək keyfiyyətlə aparılır. Sizi bütün bu uğurlar münasibətilə, zavodun açılması münasibətilə təbrik edirəm və lənkəranlılara yeni uğurlar arzulayıram”.
Lənkəran sakini Fərman Quliyev dövlətimizin başçısına təşəkkür edərək deyib ki, rayon indi cənub bölgəsinin iqtisadi, mədəni və elmi cəhətdən inkişaf etmiş bir rayonudur.
Prezident İlham Əliyev Lənkəranın Sütəmurdov kəndində çay fabrikinin açılışında iştirak edib. Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb. Prezident İlham Əliyev əvvəlcə fabrikin maketi ilə tanış olub. Məlumat verilib ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı üzrə hazırlanan tədbirlərə əsasən inşa edilmiş fabrikdə tikinti işləri bir ilə başa çatdırılıb. ümumi sahəsi 1 hektar, tikinti sahəsi isə 2 min kvadratmet olan fabrik inzibati bina və istehsalat sexindən ibarətdir. üç korpusdan ibarət istehsal sexində ilkin emal, çeşidləyici və bükücü sexlər fəaliyyət göstərir. Burada xammalın qəbulu, təmizlənməsi, qurudulması, çeşidlənməsi və nəhayət qablaşdırılması prosesi aparılır. Məhsulun keyfiyyətli və rəqabətədavamlı olmasından ötrü xaricdən ən yeni avadanlıq gətirilib. Fabrik saatda 2,5 ton yaşıl çay yarpağı qəbul etmək gücünə malikdir. Bu, ildə 100 ton yaşıl çay yarpağının emalı deməkdir. Müəssisədə 60 nəfər daimi işlə təmin olunacaq. Fabrikin tikintisi ilə yanaşı, yeni çay plantasiyalarının salınması da mühüm bir vəzifə kimi qarşıya qoyulub.
Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni sıxıb, qurutma, təmizləmə və qablaşdırma sahələrində istehsal prosesini izləyib. Qeyd olunub ki, burada gündə 250-300 kiloqram yaşıl çay yarpağı emal etmək mümkün olacaq. İlkin mərhələdə çay iki adda - “İmperial” və “Lənkəran” adı ilə bazara çıxarılacaq. Fabrikdə hazırlanan məhsulların nümunələrinə baxan Prezident İlham Əliyev çay içib.
Prezident İlham Əliyev Lənkəran rayonuna səfəri çərçivəsində Liman şəhəri ərazisində əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilən Regional Boks Təlim Mərkəzinin açılışında da iştirak edib. Mərkəzin kollektivi, idman ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. ümumi sahəsi 3 hektar olan mərkəzdə yaradılmış şəraitlə yaxından tanışlıq zamanı məlumat verilib ki, 1986-cı ildə istifadəyə verilmiş Sağlamlıq Kompleksində idmanın 6 növü - boks, ağır atletika, karate, cüdo, güləş və sambo tədris olunub. ötən müddətdə burada beynəlxalq arenalarda yüksək nəticələr əldə edən idmançılar nəsli yetişib. Lakin son illər istifadəyə yararsız hala düşən idman kompleksi 2008-ci ildən başlayaraq yenidən bərpa olunub. Burada idmançıların fiziki, taktiki və texniki hazırlıqları üçün hər cür şərait yaradılıb, lazımi avadanlıq quraşdırılıb. Eyni vaxtda 60 idmançının məşq edə biləcəyi mərkəzdə 2 boks rinqi, məşqçi müəllimlər, soyunub-geyinmə otaqları, duşxana, trenajor zalı var.
Qeyd olunub ki, uşaq, gənc və yeniyetmələrlə yanaşı, boks üzrə yığma komandamız da burada təlim-məşq toplanışı keçirəcək. Eyni zamanda, bu mərkəzin xidmətindən cənub bölgəsindəki rayonların idmançıları da yararlana biləcəklər. Bu ilin aprelində Beynəlxalq Boks Assosiasiyasının üzvləri mərkəzlə tanış olub, burada yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Kompleksdə ümummilli lider Heydər Əliyevin idmana qayğısını əks etdirən guşə yaradılıb.
Mərkəzin ərazisində basketbol, qaçış və mini futbol meydançaları da var.
Prezident İlham Əliyev boks rinqlərində, basketbol və futbol meydançalarında gənc idmançıların məşq prosesini izləyib.
Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində “Palmali Holdinq” şirkətlər qrupuna daxil olan “Palfood” MMC-nin dondurma fabrikinin açılışında iştirak edib. Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb. Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış olub. Məlumat verilib ki, “Palfood” MMC dondurma fabrikinin tikintisinə 2008-ci ildə başlayıb, ötən ilin sonlarında isə “Paldad” markası ilə dondurma istehsalına başlanılıb. Lənkəran şəhərinin Ləvəngi dairəsində yerləşən fabrikin ümumi sahəsi 20 min kvadratmetrdir. Müəssisədə 120 nəfər işlə təmin olunub. Burada keyfiyyətli süddən istifadə edilməklə “Türk üsulu”, “Palegriya”, “Buz qələm” və digər adlarda 28 çeşiddə dondurma istehsal olunur. Beynəlxalq İSO 22000 qida təhlükəsizliyi idarə sistemi çərçivəsində xam məhsulun emalından son qablaşdırmayadək dondurma ən yüksək səviyyədə əl vurulmadan hazırlanır. Fabrik ayda 500 min litr dondurma istehsal etmək gücünə malikdir.
Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basıb. Məlumat verilib ki, hazır məhsul mənfi 30 dərəcədə olan soyuducu anbara göndərilir. 720 kvadratmetr sahədə tikilən soyuducu anbarda 250 ton qablaşdırılmış dondurma saxlanılır. Dondurma sexinin investisiya dəyəri 15 milyon manatdır. Ən son texnologiya ilə qurulan zavoda avadanlıq Danimarkadan gətirilib. Dondurmanın qabları isə Türkiyə istehsalıdır. Hazırda Azərbaycan bazarı ilə yanaşı, “Paldad” dondurmalarının Türkiyə, Gürcüstan, özbəkistan və digər dövlətlərə ixracı istiqamətində danışıqlar aparılır.
Prezident İlham Əliyev müəssisənin məhsullarının nümunələrinə və dadına baxıb, kollektivi təbrik edib.
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

