Azərbaycan parlament seçkilərinə tam hazırdır
14.07.2010 [08:13]
Məlum olduğu kimi, bu ilin noyabr ayında Azərbaycanda növbəti-sayca 4-cü parlament seçkiləri keçiriləcək. Həmin tarixə 4 aydan da artıq vaxt qalmasına baxmayaraq, seçkilər mövzusu hazırda ictimaiyyətin ən çox müzakirə etdiyi məsələlərdən biridir ki, bunu da başadüşülən hesab etmək olar. Ən azından bu seçkilər ölkəmizin siyasi-ictimai həyatında kifayət qədər böyük əhəmiyyət daşıyır. ümumiyyətlə, demokratik seçkilər sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi inkişafının əsasını təşkil edir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası bu sahədə əsas prioritetləri və ölkəmizin hədəflərini müəyyən edib. Onları rəhbər tutaraq Azərbaycanda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılıb. Belə ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən Azərbaycan hakimiyyətinə qayıdışının ardından ölkəmizdə hüquqi dövlətin əsası qoyuldu. Bütün istiqamətlərdə geniş vüsət almış mütərəqqi islahatlar hüquqi sferada da yeni dəyişiklikləri labüd edirdi. Bu zərurət nəzərə alınaraq, əvvəlcə qanunvericilik fəaliyyətinin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyası qəbul olundu, sonra isə çoxsaylı qanunlar qəbul edilməyə başlandı. O cümlədən, ölkəmizin həyatında çox mühüm hadisə olan seçkilərin keçirilməsi qaydalarını özündə ehtiva edən yeni qanunvericilik bazası formalaşdırıldı. Beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən Azərbaycanın seçki qanunvericiliyi bu gün ölkəmizdə tam ədalətli və şəffaf seçkilərin keçirilməsinə imkan verir. Prezident İlham Əliyev də iki gün öncə Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının açılış mərasimində çıxış edərkən qeyd edib ki, Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və vətəndaşlarımız tam azad və sərbəst şəkildə öz iradələrini ifadə edirlər: “Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər”.
Beynəlxalq standartlara tam cavab verən müvafiq hüquqi baza formalaşdırılıb
Qeyd etmək lazımdır ki, 1997-ci ildən başlayaraq, Azərbaycan rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq, müasir standartlara cavab verən seçki qanunvericiliyinin təsis edilməsi məqsədi ilə Azərbaycan hökuməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə yaxından əməkdaşlıq edir. Avropa Şurasının üzvü olduqdan sonra Azərbaycanın bu əməkdaşlıq çərçivəsi daha da genişləndirilib və bu prosesə Avropa Şurasının Venesiya Komissiyası da cəlb edilib. Azərbaycanda seçki qanunvericiliyi haqqında danışarkən, ən çox diqqətçəkən məqam ondan ibarətdir ki, ölkəmizdə seçki qanunları zamanın tələblərinə uyğun yeniləşdirilir, qarşıya çıxan bütün çağırışlara cavab verir. Təsadüfi deyil ki, ölkəmiz inkişaf etdikcə, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası sürətləndikcə qanunvericilikdə də daha təkmil dəyişikliklər aparılır. ümumiyyətlə, ölkəmizdə bütün seçki hərəkətlərinin tənzimləndiyi Seçki Məcəlləsi 2003-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hazırlanaraq qəbul olunub. Amma ötən müddət ərzində sənəd üzərində müəyyən dəyişikliklər edilib ki, bunlar da yalnız seçkilərin daha ədalətli və demokratik keçirilməsi məqsədinə xidmət edir.
Ən əhatəli dəyişikliklər isə 2008-ci ilin prezident seçkiləri ərəfəsində edilib. Qeyd edək ki, Azərbaycan hökuməti ilə Venesiya Komissiyasının birgə fəaliyyəti və qarşılıqlı dialoqu əsasında ərsəyə gəlmiş dəyişikliklər kifayət qədər ciddi dəstək gördü. Bu dəyişikliklərə Venesiya Komissiyasının və ATƏT-in tövsiyəsinə əsasən, Seçki Məcəlləsinə seçkilərin gedişinə qanunsuz müdaxilənin qadağan edilməsini nəzərdə tutan bənd əlavə edilib. Məcəllədə bu cür qanunsuzluğa yol verən dövlət məmurlarının, bələdiyyə işçilərinin alacağı konkret cəzalar da əksini tapıb. Beynəlxalq təşkilatların digər tövsiyəsinə əsasən, Mərkəzi Seçki Komissiyasına “exit-poll” keçirmək istəyən təşkilatları akkreditasiyaya almaq səlahiyyəti verilib. Bundan başqa, xüsusi rejimli hərbi hissələrdə seçki məntəqələri yalnız Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi hallarda yaradıla bilər. Bundan əvvəlki məcəllədə isə qanunvericiliyə görə isə hərbi hissələrdə seçki məntəqələrinin yaradılması Müdafiə Nazirliyinə həvalə edilirdi.
Sonuncu dəyişiklik isə ötən ay parlamentin növbədənkənar iclasında qəbul olundu. Bu dəyişikliklərdə məqsəd seçki prosesinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, seçki praktikasının beynəlxalq təcrübəyə yaxınlaşdırılması və bu prosesdə sui-istifadə halların qarşısının alınmasıdır. Dəyişikliklərə əsasən seçki müddəti 75 gündən 60 günə qədər endirildi, seçkidə namizədlərə dövlət tərəfindən vəsait ayrılması məcəllədən çıxarıldı. Yeri gəlmişkən, xatırladaq ki, hələ 2003-cü ildə məcəllə qəbul olunarkən seçki müddəti 4 ay nəzərdə tutulurdu. O zaman seçkini keçirən orqanların təcrübəsi zəif olduğu üçün belə uzun müddət nəzərdə tutulmuşdu. Amma hazırda isə bütün seçki komissiyalarının işi kifayət qədər təkmilləşib, seçki orqanlarının maddi-texniki bazaları da xeyli güclənib. Bu isə onu deməyə əsas verir ki, hazırda seçki komissiyaları seçkiləri 60 gün ərzində keçirmək iqtidarındadır. Eyni zamanda, bu dəyişiklik beynəlxalq tələblərə də tam cavab verir. Belə ki, hazırda dünyanın ən inkişaf etmiş ölkələrində belə seçki prosesinin müddəti 60 gündən xeyli azdır. Təbii ki, məcəllənin 8.1-ci maddəsində seçki müddətinin azaldılması ilə bağlı edilən təklif paralel olaraq digər maddələrdə də dəyişiklik zərurəti yaradır. Belə ki, seçki müddəti 75 gündən 60 günə qədər azaldıldığından, təbliğat müddəti də 28 gündən 23 günədək azaldılır.
Qanuna edilən dəyişiliklərdən savayı, dövlət başçısının Fərmanına əsasən də ümumi prosesin təşkili qaydalarında mütərəqqi yeniliklər edilib. Bütün bu addımlar isə yalnız bir məqsədə xidmət edir - Azərbaycanda demokratik, azad və ədalətli seçkilərin keçirilməsinə imkan verən qanunvericilik bazasının yaradılması.
Demokratik və azad seçkilərin keçirilməsi üçün siyasi iradə var
Seçkilərin azad və ədalətli keçirilməsini şərtləndirən başqa bir amil isə şübhəsiz ki, siyasi hakimiyyətin ortaya qoyduğu iradədir. Bu mənada da ölkəmizdə mövcud olan şəraiti kifayət qədər yüksək qiymətləndirmək olar. Azərbaycan Prezidenti İlham Əliyevin bu mövzuda ortaya qoyduğu mövqe qarşıdan gələn parlament seçkilərinin tam ədalətli keçəcəyinə təminat verir. ölkə Prezidenti İlham Əliyev hər zaman seçki prosesinin şəffaf və demokratik şəraitdə keçirilməsinin zəruriliyini vurğulayıb, bütün seçki hərəkətlərinin xalqın iradəsinə söykənməsinin əsas şərt olduğunu bildirib. Dövlət başçısı məhz bu səbəbdən də, seçki prosesinin kənar müdaxilələrdən qorunması istiqamətində olduqca effektiv addımlar atıb. 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin seçkidə yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə imzaladığı Sərəncamda seçkilərə hazırlıq və seçki dövründə baş verə biləcək qanun pozuntularının qarşısını almaq, seçkilərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına tam uyğun keçirmək, bu sahədə İcra Hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələrin lazımınca yerinə yetirilməsini təmin etmək məqsədi tam şəkildə öz əksini tapıb. Seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncamda mərkəzi və yerli İcra Hakimiyyəti orqanlarının rəhbərlərinin, digər dövlət məmurlarının seçki prosesinə qanuna zidd olaraq müdaxilə edəcəyi təqdirdə ölkə qanunvericiliyinə uyğun məsuliyyətə cəlb ediləcəyi göstərilib. Bu fakt özü Azərbaycan hakimiyyətinin, Prezidentinin ölkədə şəffaf azad seçki keçirilməsində ortaya qoyduğu mövqeni ifadə etməyə imkan verir. Dövlət başçısı ilin sonunda keçiriləcək parlament seçkilərinin də tam ədalətli və demokratik mühitdə baş tutacağına əminliyini ifadə edərək deyib ki, bu seçkilərin yüksək səviyyədə keçirilməsi ilə Azərbaycanda demokratiyanın inkişafı prosesində yeni önəmli addım atılacaq: “Əminəm ki, Azərbaycanda qarşıdan gələn parlament seçkiləri də ədalətli keçiriləcək, xalqın iradəsi tam şəkildə öz əksini tapacaq və beləliklə, Azərbaycanda demokratiyanın inkişafı prosesində yeni önəmli addım atılacaqdır”.
Demokratik təsisatlar və Qərb institutları Azərbaycandakı şəffaf seçki mühitini təqdir edirlər
Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının seçki qanunvericiliyi beynəlxalq ictimaiyyət, demokratik təsisatlarla səmərəli əməkdaşlıq nəticəsində ərsəyə gəlib. Bu isə ona dəlalət edir ki, ölkəmizdə həyata keçirilən seçki islahatları, o cümlədən, qanunvericilikdə aparılan təkmilləşdirmələr beynəlxalq qurumların da hər zaman diqqət mərkəzində olur. Təbii ki, beynəlxalq təşkilatların yüksək diqqəti və Azərbaycanla əməkdaşlığa maraq göstərməsi ölkəmiz tərəfindən müsbət qarşılanır. Elə beynəlxalq qurumların da ölkəmizə mövcud olan seçki qanunvericiliyi, seçki mühiti ilə bağlı münasibəti müsbətdir. Bu isə onların yazılı və şifahi bəyanatlarında öz əksini tapıb. Məsələn, Venesiya Komissiyasının və ATƏT-in DTİHB-nin Seçki Məcəlləsi ilə bağlı yekun rəyində qeyd olunur ki, Seçki Məcəlləsi seçkilərin və referendumun keçirilməsi üçün əksər məsələlərdə beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun olan hərtərəfli çərçivələr nəzərdə tutur. Həmçinin, istər 2003-2008-ci illərdə keçirilən prezident seçkiləri, istərsə də 2005-ci ilin parlament seçkilərinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi, bunların gələcəyə doğru atılmış addım kimi qiymətləndirilməsi də xoş bir niyyətin ifadəsidir. Sevindirici haldır ki, tərəflər arasında səmərəli əməkdaşlıq bu gün də davam etməkdədir. Bir neçə ay öncə Avropa Şurası, Avropa Birliyi və ATƏT kimi nüfuzlu beyləxlaq qurumlar ölkəmizdə keçiriləcək parlament seçkilərinə yardım planlarını təqdim ediblər. Bu, proqrama əsasən hər üç qurum Azərbaycan hökumətinin bu günə qədər seçki prosesinin yüksək standart və normalara uyğun keçirilməsi baxımından atdığı addımları dəstəklədiyini bildirib. Hər üç qurum keçiriləcək seçki proseslərində həm QHT-lərlə, həm seçicilərlə, həm də seçkidə namizəd olacaq şəxslərlə yaxından işləməyi nəzərdə tutur. Bütün bunlar isə yekun olaraq, yalnız müsbət perspektivlərə xidmət edir.
Texniki təminat məsələlərinə də ciddi diqqət ayrılır
Seçkilərin yüksək səviyyədə təşkili, demkoratik prinsiplərə söykənməsi, sonda da yüksək qiymət alması birmənalı olaraq, Azərbaycan hakimiyyətinin ortaya qoyduğu iradənin təzahürü kimi qiymətləndirilməlidir. çünki məhz hakimiyyət bütün seçkilərin yüksək səviyyədə keçirilməsi üçün lazımi olan bütün işləri görüb və bu gün də görməkdədir. Bu məqsədlə texniki təminat məsələlərinə də xüsusi diqqət ayrılır, daha çox texniki xarakter daşıyan müşahidəçilərin qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, seçki siyahılarının dəqiqləşdirilməsi, dairə və məntəqə seçki komissiyalarının işinin təkmilləşdirilməsi istiqamətində də xeyli işlər görülüb. Hətta ən ucqar kəndlərimizdə belə yüksək texnoloji imkanlara malik sistemlər quraşdırılıb, məntəqə və dairə seçki komissiyaları daha keyfiyyətli fəaliyyət göstərmək üçün inzibati binalarla təmin olunub, onların operativ fəaliyyətini təmin etmək məqsədilə sürətli internetə çıxışı yaradılıb. Həmçinin, seçki günündə prosesin şəffaflığını təmin etmək üçün bir sıra məntəqələrə veb-kameralar quraşdırılıb ki, bu da prosesin gedişini izləməyə imkan verir. Seçici siyahılarının dəqiqləşdirilməsi işində əvvəllər mövcud olan problemlər artıq tamamilə aradan qaldırılıb və qarşıdan gələn parlament seçkilərində səs verəcək seçicilərin siyahısı artıq tam dəqiqləşdirilib.
Bir sözlə, Azərbaycan artıq parlament seçkilərinə tam hazırdır. Qarşıdan gələn seçkilərin azad və ədalətli, demokratik və bərabər rəqabət şəraitində baş tutması üçün bütün zəruri tədbirlər görülüb. Əminliklə söyləyə bilərik ki, 2010-cu ilin parlament seçkiləri Azərbaycan demokratik inkişafı istiqamətində irəliyə atılmış növbəti addım olacaq.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Dünya
28 Oktyabr 19:10
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58

