Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır
05.02.2022 [09:47]
Mübariz ABDULLAYEV
Hər il Bakıda ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasları keçirilir. Dünən Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı baş tutub. Budəfəki toplantı hazırda dünya qaz bazarında baş verən qiymət dəyişmələri və digər tendensiyalar şəraitinə təsadüf eir. Rusiya ilə Ukrayna arasında yaşanan gərginliklər fonunda Avropanın “mavi yanacaq” təhdidi ilə üzləşmək ehtimalı kifayət qədər böyükdür.
Avropa “mavi yanacaq” təhdidi ilə üz-üzə
Məsələ burasındadır ki, Avropa Ukraynanın tərəfində olduğunu bildirir və Rusiyaya qarşı yeni sanksiyalar tələbi ilə çıxış edir. Lakin belə görünür ki, Avropa öz istəyinə asanlıqla nail ola bilməyəcək. Bu gün “qoca qitə”nin “mavi yanacaq”a tələbatının təxminən 40 faizi Rusiyadan idxal hesabına qarşılanır. Bu, o anlama gəlir ki, Rusiyanın Avropaya təzyiq imkanları kifayət qədər böyükdür. Bu ölkə ona qarşı sanksiyalar tələbi ilə çıxış edən Avropanı soyuq qış aylarında qazsız qoymaqla cəzalandıra bilər. Müharibə riskləri artdıqca ehtimallar da böyüyür. Təsadüfi deyildir ki, son günlərdə dünya qaz bazarında heç bir proqnoza sığmayan hadisələr baş veir. Elə bu günlərdə Bakıda bəhs olunan toplantının baş tutduğu ərəfədə Avropada qazın qiymətində yenidən bahalaşma qeydə alınıb. Verilən məlumatlara görə Avropada qazın 1 000 kubmetrinin qiyməti 950 ABŞ dollarına çatıb. Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) mart fyuçerslərinin qiyməti 948 dollar təşkil edib ki, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 4% çoxdur.
Göründüyü kimi, hazırda “qoca qitə” enerji təhlükəsizliyi baxımından özünün ən çətin dövrünü yaşayır. Alternativ mənbələr axtarışı gözlənilən nəticələri vermir. Təchizatçılarla istehlakçılar arasında müqavilələr artıq bağlanıb. Bu səbəbdən də istehsalçı ölkələrin Avropaya böyük həcmlərdə qaz tədarükünə başlamaq ehtimalı çox azdır. Məsələn, idiki ziddiyyətli vəziyyətdə ehtiyac yaranacağı təqdirdə Rusiyadan kəsilən qazın Qətərdən alınan “mavi yanacaq”la kompensasiya ediləcəyinə ümid bəslənilirdi. Lakin bu ümidlər özünü doğrultmur. Bəlli olur ki, Qətərdən ən azından cari qış üçün tələbat duyulan qədər “mavi yanacaq” almaq mümkün olmayacaq. Qətər qazı bağlanılan müqavilələrin şərtlərinə uyğun olaraq əsasən Asiya üçün tədarük olunur. Digər tərəfdən, ixrac infrastrukturunun ötürmə imkanları da hüdudsuz deyil. Beləliklə, aydın görünür ki, ehtiyac yaranacağı təqdirdə Avropanın “mavi yanacağa” artan tələbatının bütünlüklə Qətərin sıxılmış qaz ixracı hesabına qarşılanması mümkün olmayacaq.
Azərbaycan etibarlı mənbə rolunda
Belə çətin dönəmdə Avropanın nəzərləri Azərbaycana dikilib. Azərbaycanla Avropa ölkələri arasında enerji əməkdaşlığı uzun tarixi əhatə edir. Əvvəllər neft və neft məhsullarının təchizatı ilə məhdudlaşan bu əməkdaşlığa son illərdə “qoca qitə”yə “mavi yanacaq” tədarükü də əlavə olunub. Beləliklə, Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığı çoxvektorlu səciyyə daşıyır. Prezident İlham Əliyev Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair birgə bəyanatın imzalanmasından 10 ildən artıq müddətin keçdiyini bildirib. Avropa İttifaqı ilə Azərbaycan arasında bu sahədə həyata keçirilən əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu və bunun Cənub Qaz Dəhlizi çərçivəsində də davam etdirildiyini deyib. Bu layihənin birgə əməkdaşlıq və əlaqələndirmə şəraitində uğurla başa çatdırıldığını vurğulayıb.
Bu gün qaz təhdidləri ilə üzləşən Avropanın öz nəzərlərini Azərbaycana dikməsi heç də təsadüfi deyildir. Respublikamız ehtiyatları 1,2 trilyon kubmetr “mavi yanacaq” həcmində dəyərləndirilən “Şahdəniz” yatağının və 2020-ci ilin son günlərində bütünlüklə istismara verilən Cənub Qaz Dəhlizinin sayəsində Avropa üçün həm yeni mənbə, həm də diversifikasiya edilmiş marşrut qismində çxış edir. Çox haqlı olaraq Azərbaycanın təşəbbüsü və liderliyi ilə yaradılan Cənub Qaz Dəhlizi “qoca qitə”nin “mavi yanacaq” təchizatında keyfiyyətcə yeni bir mərhələnin başlanması kimi dəyərləndirilir. Təxminən 3500 kilometr uzunluğa malik olan və 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizi çox mürəkkəb relyefə malik coğrafi ərazilərdən, o cümlədən hündürlüyü 2500 metr olan dağlardan keçir. Yeni enerji dəhlizinin 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibində quraşdırılıb. 2021-ci ildə Avropadan Azərbaycana cəmi 5 milyard kubmetr qazın alınması ilə bağlı sifariş verilmişdi. İlin yekununda respublikamız Avropaya qaz tədarükünü 8 milyard 150 milyon kubmetrə çatdırmağa nail oldu.
Azərbaycan özünü proqnozlaşdırılan və etibar edilən tərəfdaş kimi təsdiqləyib. Avropa ilə enerji əməkdaşlığı tarixində müqavilə öhdəliklərinin respublikamız tərəfindən bir dəfə də olsun pozulması halı baş verməyib. Biz yuxarıda dünya qaz bazarında yeni qiymət artımı barədə bəhs etdik. Qiymət dəyişikliklərinin bir səbəbi də təchizatçıların, necə deyərlər, şıltaqlığı ilə bağlıdır. Onlar bir sıra hallarda enerji amilini açıq-aşkar siyasi təzyiq vasitəsinə çevirirlər. Azərbaycan isə bütün bu kimi yanaşmalardan uzaqdır. Əgər digər təchizatçılar da öz öhdəliklərinə Azərbaycan kimi dürüst əməl etsə idilər, qiymətlərin tez-tez dəyişməsi də baş verməzdi.
Avropaya qaz tədarükü artacaq
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında perspektivdə Azərbaycandan “qoca qitə”yə qaz tədarükünün artırlması məsələsinə də diqqət çəkilib. Azərbaycan Avropanın daha çox həcmdə qaz istəyini qarşılamağa hazırdır. Buna həm mənbələr, həm də ixrac infrstrukturu imkan verir. Ölkəmiz 2022-ci ildə Avropaya əvvəlcədən razılaşdırılan sifarişlərə uyğun olaraq 9 milyard, 2023-cü ildə isə 11 milyard kubmetr qaz tədarük etməyi planlaşdırır. Növbəti mərhələlərdə bu həcm daha da arırılacaq. Bütövlükdə, Cənub Qaz Dəhlizi vasitəsilə 31,5 milyard kubmetr “mavi yanacaq” ötürmək imkanları realdır.
Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz”lə məhdudlaşmır. Respublikamız Xəzərdəki digər yataqlarda da zəngin resurslara malikdir. Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. “Babək” yatağı 400 milyard kubmetr həcmdə təsdiqlənmiş qaz ehtiyatına malikdir. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var. Yaxın perspektivdə “Abşeron” yatağı üzrə hasilata başlanılması gözlənilir. Digər bir yataq isə “Ümid” adlanır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Xəzərdəki rəmzi “Dostluq” adı verilən yatağın da ehtiyatları kifayət qədər böyükdür. Bu yatağın istismarını Azərbaycan dost Türkmənistanla birlikdə həyata keçirəcək.
Yeri gəlmişkən, Türkmənistanın və digər mənbə ölkələrinin qazının da Azərbaycanın moderatorluğu ilə yaradılan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması perspektivi də tam realdır. Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı müzakirələrin başlaması da bununla bağlıdır. Beləliklə, perspektivdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın həm yeni mənbə, həm də tranzit ölkə kimi rolu daha da artacaq. Başqa bir məsələyə də diqqət çəkək. Ötən il Türkmənistan, İran və Azərbaycan arasında qaz alqı-satqısı və nəqlinə dair imzalanan müqaviləyə əsasən zəruri infrastrukturun yaradılması üçün borular respublikamızda istehsal olunacaq. Bu isə o deməkdir ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi həm də respublikamızda qeyri-neft sənayesinin inkişafına öz müsbət təsirini göstərəcək.
Bütün bunlara istinad edən Azərbaycan böyük qaz ixracı ilə bağlı yeni təşəbbüslər irəli sürür. Məsələn, TAP üzrə işlərin yekunlaşması ilə İonik-Adriatik boru kəmərinin inşası layihəsi gündəmə gəlib. Bütün bunlar isə Azərbaycanla tərəfdaş ölkələr arasında enerji sektorunda yeni əməkdaşlıq platformalarının yaranması deməkdir.
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

