Oğurlanmış həyatlar...
06.05.2026 [08:51]
İnsan alveri qlobal bəlalardan biridir
Müasir dünyanın ən ağır problemlərindən olan insan alveri minlərlə şəxsin həyatını məhv edən cinayət növüdür. Bu problem sanki görünməz zəncirlər vasitəsilə minlərlə insanın həyatını məhdudlaşdıran, onların azadlığını, hüquqlarını və gələcəyini əlindən alan qlobal bir bəla olaraq cəmiyyətlərin qarşısında dayanır. İnsan alveri yalnız müəyyən regionlara aid olmayıb, demək olar ki, bütün dünyanı əhatə edən təhlükəli bir cinayət şəbəkəsinin nəticəsi kimi getdikcə daha mürəkkəb və gizli formalar alır.
Bu amansız sistemin qurbanları çox vaxt aldadılaraq daha yaxşı həyat, yüksək maaşlı iş və təhlükəsiz gələcək vədləri ilə öz ölkələrindən uzaqlaşdırılır. Sonra isə məcburi əmək, cinsi istismar, dilənçilik və digər qeyri-insani şəraitdə işləməyə məcbur edilərək şəxsiyyətləri və ləyaqətləri kobud şəkildə tapdalanır. Bütün bunlar isə insan hüquqlarının ən kobud pozuntularından biri hesab olunur.
Dünyanın əksər ölkələrində insan alverinə qarşı mübarizə aparılır. Həmin cinayətə qarşı mübarizə üçün beynəlxalq səviyyədə anlaşma, protokol, dövlətlərarası qarşılıqlı yardım sənədləri, konvensiyalar imzalanır. Həmin sənədlərdə vurğulanır ki, bu cinayətə qarşı mübarizə aparmaq üçün dövlətlərin qarşılıqlı yardımlaşması vacibdir.
Azərbaycanda da insan alverinə qarşı mübarizə geniş vüsət alıb. Bununla bağlı respublikamızda hüquqi-normativ baza müəyyən edilib. Yeri gəlmişkən, bu gün İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd edilir. Prezidentin 2004-cü il 6 may tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” hazırlanıb. Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə hər il mayın 6-sı “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.
İnsan alveri hesab olunan hallar
Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” 16 may 2005-ci il tarixli Varşava Konvensiyasında “insan alveri” anlayışı belə təsbit olunub: İnsan alveri dedikdə, hədə-qorxu və ya zor tətbiq etməklə, yaxud başqa cür məcbur etməklə qaçırma, dələduzluq və ya aldatma yolu ilə, vəzifədən və ya şəxsin köməksiz vəziyyətindən sui-istifadə etməklə şəxslərin istismar məqsədləri üçün cəlb edilməsi, daşınması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi başa düşülür.
Yeri gəlmişkən, Azərbaycan da bu Konvensiyaya qoşulub və sənəd 11 may 2010-cu ildə təsdiq edilib.
Kimlər insan alverinin qurbanı olur?
BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin hesabatında deyilir ki, insan alveri qurbanlarının 72 faizini qadınlar və qızlar təşkil edir. Lakin, eyni zamanda, müdafiəsiz oğlan uşaqları da cinayətkar şəbəkələrin toruna düşürlər.
Dilənçiliklə məşğul olanlar, səfil həyat tərzi sürənlər, kimsəsiz, baxımsız, təhsildən qərəzli şəkildə yayınan uşaqlar, narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığı olan şəxslər insan alverinin potensial qurbanlarıdır.
Qurbanın normal həyata qayıtması üçün...
İnsan alverinin qurbanına çevrilmiş şəxslərin müdafiəsi insan və vətəndaş hüquq və azadlıqlarına dair qanunvericiliyimizin və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələlərin tələbləri rəhbər tutulmaqla təmin edilir. İnsan alveri qurbanlarının normal həyat tərzinə qaytarılması - reinteqrasiyası sosial reabilitasiya proqramları çərçivəsində həyata keçirilir. Sosial reabilitasiya insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi, onların təhsillərinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə olunmasını nəzərdə tutur.
İnsan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə qanunvericiliyə müvafiq olaraq dövlət büdcəsi və digər mənbələr hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə müavinət ödənilir.
Necə mübarizə aparmalıyıq?
Hər şeydən əvvəl maarifləndirmə tədbirlərinin artırılmasına ehtiyac var. Bu cinayətlə mübarizənin yollarından biri də qadın və uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsi, insan alverinə şərait yaradan sosial problemlərin həllinə yönəldilmiş proqramların hazırlanması və həyata keçirilməsidir. İnsan alverinin potensial qurbanlarının ictimai faydalı əməyə cəlb edilməsi, onların məşğulluğunun təmin edilməsi vacib şərtdir.
Təkcə cəmiyyətdə deyil, potensial qurbanlar arasında da maarifləndirmə və təbliğat işinin təşkili mütləqdir. Qurbanlar onları gözləyən təhlükə, müdafiə tədbirləri, hüquqi baza barədə məlumatlı olmalıdırlar. Və ən əsası, təhsildən yayınan uşaqların aşkar edilməsi, onların təlim və tərbiyəsinə diqqət edilməsi çox vacibdir. Cəmiyyətin qazandığı hər bir yeniyetmə bir qurbanın azalması deməkdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39

