Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tramp İspaniya ilə bütün ticari əlaqələri kəsdiyini bildirib

Tramp İspaniya ilə bütün ticari əlaqələri kəsdiyini bildirib

08.07.2026 [20:42]

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü İspaniya ilə ticarət etmək istəmədiyini bildirib və bu ölkəni NATO-da “dəhşətli tərəfdaş” adlandırıb.

AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, NATO-nun Ankara sammitində iştirak edən Tramp deyib: “Artıq İspaniya ilə heç bir ticarət biznesi istəmirik. İspaniya NATO-da dəhşətli tərəfdaşdır. Onlar əməkdaşlıqda iştirak etmirlər, pul ödəmirlər. Mən İspaniya ilə hər hansı əlaqənin olmasını istəmirəm”.

Tramp, həmçinin Maliyyə Naziri Skott Bessentə İspaniya ilə ticarəti dərhal dayandırmağı tapşırıb. O vurğulayıb: “Xahiş edirəm ki, İspaniya ilə bütün ticarəti, o cümlədən səfərləri dayandırın... Mən onlarla ticarət etmək istəmirəm. Bu tapşırığı dərhal yerinə yetirin”.

ABŞ Prezidenti İranla müharibə zamanı kifayət qədər dəstək almadığına görə NATO-dan “narazı” olduğunu da təkrarlayıb.

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

Hərbi

İqtisadiyyat

İqtisadiyyat

Birinci yarımildə...

08 İyul 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31