Azərbaycanda iqtisadi artım sürətlənib
18.12.2010 [09:45]
Azərbaycanda həyata keçirilən mükəmməl makroiqtisadi siyasət respublikamızda davam edən inkişaf dinamikasının sürətlənməsinə səbəb olub. Prezident İlham Əliyev tərəfindən respublikamızda dərin makroiqtisadi təməllərin yaradılması, maliyyə sabitliyinin möhkəmlənməsi istiqamətində çevik iqtisadi addımların atılması, sosial siyasətin dərinləşməsi Azərbaycan iqtisadiyyatında pozitiv meyilləri dərinləşdirib. 2010-cu ilin ötən 11 ayı ərzində iqtisadi islahatların keyfiyyət və kəmiyyət baxımından daha da genişlənməsi iqtisadiyyatın real sektorunda dinamizmi və iqtisadi artımı sürətləndirib. Bununla yanaşı, ölkəmizin iqtisadiyyatının bütün sferalarında rəqabət qabiliyyətlilik və davamlılıq güclənib. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanın inkişaf etmiş dövlət kimi mövqeyini möhkəmləndirib.
2010-cu ilin ötən 11 ayı ərzində iqtisadi və sosial tərəqqinin əsas göstəricisi olan ümumi daxili məhsul (üDM) istehsalı 4,5 faiz və ya müqayisəli qiymətlərlə 1,4 milyard manat artaraq 36,6 milyard manata çatıb. Bu dövrdə adambaşına düşən üDM 4096,4 manat (5101,4 dollar) təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artım deməkdir. üDM-in strukturunda qeyri-neft bölməsi yenə əsas aparıcı sahə kimi üstünlük təşkil edir. Bu müddət ərzində qeyri-neft sektorunda 5,9 faiz, neft sektorunda isə 2,6 faiz artım qeydə alınıb. Yəni, qeyri-neft sektorundakı inkişaf və artım tempi neft bölməsi ilə müqayisədə 2,5 dəfə çox olub. Bu tendensiya qeyri-neft sektorunun bütün bölmələrinin iqtisadiyyatda dominant olmasını şərtləndirir.
ümumiyyətlə, 2010-cu ilin əvvəllərindən başlayaraq, qeyri-neft sektorunun yüksək artımı müşahidə olunur ki, bu da Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirdiyi strateji inkişaf konsepsiyasının öz mühüm bəhrələrini göstərdiyini təsdiq edir. İqtisadi islahatları keyfiyyət və kəmiyyət baxımından daha da dərinləşdirərək ən son texnologiyaların tətbiqinə əsaslanan innovativ iqtisadiyyatı təmin etməyi qarşıya məqsəd qoyan hökumət neftdən kənar sahələrin dinamik inkişafına əlverişli zəmin yaradıb. Azərbaycanın hazırladığı uzunmüddətli inkişaf strategiyasının əsas prioritetləri iqtisadiyyatın diversifikasiyasının əhatəli şəkildə həyata keçirilməsindən ibarətdir. Bu tendensiya, bir daha respublikamızda yüksək inkişaf mərhələsinə qədəm qoyan neft sənayesi ilə yanaşı, neftdən kənar sahələrin davamlı sıçrayışının nəticəsi kimi dəyərləndirilə bilər.
2010-cu ilin ötən 11 ayı ərzində iqtisadiyyatda xüsusi çəkiyə malik olan sənaye sektorunda da dinamizm meyilləri müşayiət olunub. Belə ki, sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,1 faiz artıb. Bununla yanaşı, sənayenin qeyri-neft bölməsində də yüksək dinamika qeydə alınıb. Belə ki, sənaye məhsulu istehsalının 2,5 faizi neft sektorunda, 6 faizi isə qeyri-neft sektorunda istehsal olunub.
ölkəmizdə həyata keçirilən kompleks islahatlar və iqtisadiyyatın diversifikasiyası ilə bağlı siyasətin dərinləşməsi aqrar bölmənin də inkişafını sürətləndirib. Kənd təsərrüfatında artım tempi təxminən 4,5 faiz təşkil edib. Onu da qeyd edək ki, ötən dövr ərzində taxıl və meyvə məhsullarını çıxmaq şərtilə əksər kənd təsərrüfatı mallarının istehsalı artıb. Məsələn, dekabrın 1-nə kimi ölkə üzrə 953,7 min ton kartof, 1178,9 min ton tərəvəz, 35,3 min ton pambıq, 711,0 min ton meyvə və giləmeyvə, 433,2 min ton bostan məhsulları, 123,4 min ton üzüm, 218,0 min ton şəkər çuğunduru, 3,2 min ton tütün, 530,5 ton yaşıl çay yarpağı, diri çəkidə 303,2 min ton ət, 1400,9 min ton süd, 1081,8 milyon ədəd yumurta və 15,4 min ton yun istehsal olunub. Yəni, taxıl və kartof istisna olmaqla, qalan bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artıb. Heyvandarlıq məhsullarının istehsalında artım 7,1 faiz, bitkiçilik məhsullarının istehsalında isə 9 faiz olub.
ölkəmizdə yaradılmış əlverişli investisiya mühiti iqtisadiyyatın bir çox sahələrinə yatırılan sərmayələrin həcminin də yüksəlməsinə səbəb olub. ötən dövrdə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7,7 milyard manat həcmində vəsait yönəldilib. ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 15,2 faiz yüksəlib. Onu da qeyd edək ki, investisiyaların 76,2 faizini və ya 5,9 milyard manatını daxili investisiyalar təşkil edib. Sərmayələrin 5,1 milyard manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Bunula yanaşı, tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsaitin həcmi 9,6 faiz artıb.
Azərbaycanda sürətli inkişaf dinamikası yeni müəssisələrin yaradılması ilə bağlı tədbirlərin də genişləndiyini göstərir. Bu tədbirlərin geniş miqyas almasına regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət öz mühüm təsirlərini göstərməkdədir. Bütün bölgələrdə dinamik inkişafın sürətlənməsinə səbəb olan layihələrin miqyası daha da genişlənib və ötən 11 ayda hər bir rayonun sosial-iqtisadi həyatında daha mühüm dəyişikliklər, böyük canlanma müşahidə olunmaqdadır. Bütün bölgələrdə həm iqtisadi inkişaf, həm sosial infrastruktur, həm də yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətli dərəcədə yeni dinamizm elementləri hiss olunur. Xüsusilə də yeni müəssisələrin və iş yerlərinin yaradılması ilə bağlı həyata keçirilən tədbirlər davamlı xarakter alıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizdə yeni iş yerlərinin yaradılması strategiyasının davamlılığını şərtləndirir, eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin hər ay yüksəlməsini təsdiq etmiş olur. Bu strategiya, eyni zamanda, insanların sosial vəziyyətinin yaxşılaşmasına və onların gəlirlərinin yüksəlməsinə impuls verir. Bunun nəticəsidir ki, 2010-cu ilin ötən 11 ayı ərzində əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artaraq 22,7 milyard manata çatıb. Bu müddətdə adambaşına düşən pul gəlirləri 10,7 faiz çoxalaraq 2539,9 manata çatıb. Eyni zamanda, əhalinin orta aylıq əməkhaqqı 7,7 faiz artaraq 322 manata bərabər olub.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

