/ / Dövlət başçısı İlham Əliyev "Birlik" kubokunu qazanmış Bakının "İnter" klubunun futbolçularını qəbul edib
Dövlət başçısı İlham Əliyev "Birlik" kubokunu qazanmış Bakının "İnter" klubunun futbolçularını qəbul edib
15.02.2011 [09:40]
Dünən Prezident İlham Əliyev “Birlik” kubokunu qazanmış Bakının “İnter” klubunun futbolçularını və məşqçilərini qəbul edib. Prezident İlham Əliyev “Birlik” kuboku yarışlarında qazanılmış qələbə münasibətilə futbolçuları, məşqçiləri və mütəxəssisləri təbrik edərək deyib: “İnter” komandasının bütün nümayəndələrini, bütün üzvlərini MDB-nin “Birlik” kuboku yarışlarında qazanılmış inamlı qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bütün Azərbaycan xalqını sevindirdi. Bu, artıq gözəl ənənədir. Bizim komandalarımız “Birlik” kuboku yarışlarında üçüncü dəfədir ki, birinciliyi əldə edirlər. 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “Xəzər-Lənkəran”, indi isə “İnter” komandası bu mötəbər yarışda qalib gəlmişdir. Bu, çox böyük qələbədir, çox böyük hadisədir. Bir daha sizi - futbolçuları, məşqçiləri, bütün idman mütəxəssislərini bu qələbə münasibətilə təbrik edirəm.
Yarışlar çox gərgin keçmişdir. Bizim komandamız altı oyunda qələbə qazanmışdır. Mənə verilən məlumata görə, 16 top vurmuş, öz qapısından isə bir top da buraxmamışdır. Bu, özlüyündə böyük bir göstəricidir.
Hər bir oyun çox vacib idi, amma sirr deyil ki, Azərbaycan azarkeşlərinin ən çox marağını cəlb edən Ermənistan komandası ilə olan oyun idi. Siz bu inamlı qələbə ilə bütün Azərbaycan xalqını sevindirmisiniz. Böyük üstünlüklə qalib gəlmiş, rəqib komandanı darmadağın etmisiniz.
Bir sözlə, bu qələbə onu göstərir ki, Azərbaycanda artıq futbolda böyük və inamlı addımlar atılır. Futbol inkişaf edir, həm milli komandamız rəsmi oyunlarda artıq qələbələrə qədəm qoyubdur, həm də klublarımız. Deyə bilərəm və siz də yaxşı bilirsiniz ki, klublarımız daha böyük qələbələr əldə edirlər.
Azərbaycan çempionatı da maraqlı keçir və ildən-ilə oyunlara maraq artır, komandalar güclənir. ümid edirəm ki, yaxın gələcəkdə bizim komandalarımız daha böyük nailiyyətlərə çatacaqlar.
Azərbaycan azarkeşləri, əslində, idmançılarımızın qələbələrinə bir növ öyrəşmişlər. Müxtəlif idman növlərində bizim böyük nəticələrimiz var. Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə ki, futbolda əldə edilmiş qələbə xüsusi məna daşıyır.
Mən bu böyük qələbə münasibətilə sizin hamınızı bir daha təbrik edirəm. Komandaya yeni uğurlar arzulayıram. Əminəm ki, siz növbəti illərdə də Azərbaycan azarkeşlərini sevindirəcəksiniz”.
Daha sonra Prezident İlham Əliyev Azərbaycan futbolunu dünya standartlarına çatdırmaq üçün hələ çox işlər görməyin vacibliyini vurğulayıb, hazırda federasiyanın fəaliyyətinin gücləndiyini, klub və uşaq futboluna, futbol infrastrukturunun yaradılmasına diqqətin artırıldığını bildirib.
Azərbaycanda qeyri-ənənəvi idman növlərinin də inkişaf etdirildiyini deyən Prezident İlham Əliyev futbolun ölkəmizdə həmişə sevildiyini vurğulayıb. Azərbaycan komandasının hələ keçmiş SSRİ dövründə ölkə çempionatında bürünc medal qazandığını xatırladan dövlətimizin başçısı müstəqillik illərində respublikamızın futbol klublarının bir çox yarışlarda iştirak etdiyini, qazanılan hər bir qələbənin hamımızı sevindirdiyini bildirib.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, dövlətin dəstəyi və federasiyanın məqsədyönlü işi Azərbaycanda futbolun inkişafını daha da sürətləndirəcək. Hazırda bir çox mütəxəssislərin Azərbaycan çempionatının səviyyəsinin yüksəldiyini vurğuladığını deyən Prezident İlham Əliyev komandalarımızın beynəlmiləl tərkibinin inkişafa xidmət etdiyini söyləyib.
Dövlətimizin başçısı deyib ki, Azərbaycanda bütün xalqların nümayəndələri həmişə dostluq şəraitində yaşayıb və ölkəmizin inkişafına çalışıblar.
“İnter” komandasının böyük gələcəyinin olduğunu deyən Prezident İlham Əliyev bir daha bildirib ki, Azərbaycan dövləti gələcəkdə də futbolun inkişafına böyük diqqət yetirəcək.
Dövlətimizin başçısı bu sahədə infrastrukturun inkişafı, stadionların tikintisi ilə bağlı böyük planların olduğunu, bu il Azərbaycanda yeni futbol stadionunun inşasına başlanılacağını xatırladıb.
“İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadze Prezident İlham Əliyevi komandamızın “Birlik” kuboku yarışlarında qazanılmış qələbə münasibətilə təbrik edərək idmana, o cümlədən futbola göstərdiyi qayğıya görə minnətdarlığını bildirib. O, deyib ki, belə mötəbər yarışdakı qələbə “İnter”i daha da ruhlandırıb.
K.Tsxadadze son illərdə futbolun inkişafında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Peşəkar Futbol Liqasının rolunu vurğulayıb və futbolçularımızın bundan sonra da mötəbər beynəlxalq turnirlərdə daha böyük uğurlar qazanmağa səy göstərəcəklərini bildirib.
Komandanın oyunçusu Rövşən Əmiraslanov Azərbaycanda futbolun inkişafına hərtərəfli qayğısı və dəstəyinə görə Prezident İlham Əliyevə futbolçular, “İnter” klubu və futbol ictimaiyyəti adından minnətdarlığını bildirib. “İnter” klubunun prezidenti Georgi Nikolov “Birlik” kubokunu və medalını, üzərində “İnter” futbolçularının imzası olan topu, habelə komandanın futbol geyimini dövlətimizin başçısına hədiyyə edib.
Hədiyyələrə görə təşəkkür edən Prezident İlham Əliyev futbolçuların fiziki hazırlıq səviyyəsini saxlamalarının vacibliyini, onların gələcəkdə də uğurlar qazanacağına əminliyini söyləyib, “İnter” komandasını bir daha təbrik edib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev idmançılar və futbol ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45

