Can dostumuz, qardaşımız, qədər ortağımız...
20.10.2022 [10:32]
Azərbaycan və Türkiyə
Mübariz FEYİZLİ
Azərbaycan - Türkiyə münasibətlərini dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi dəyərləndirə bilərik. Dünyada bir-birinə Azərbaycan və Türkiyə qədər yaxın olan hansısa digər dövlətlərin adını çəkmək mümkün deyil. İki qardaş ölkə tarixdən gələn və dil, din, mənəviyyat eyniliyinə söykənən ənənələrinə böyük önəm verirlər və bu yaxınlığı daim qoruyub saxlamağa, daha da möhkəmlətməyə çalışırlar. Bu günlərdə qardaş ölkənin Prezidenti, Türkiyədə olduğu kimi, respublikamızda da çox sevilən Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyinin bərpası günü münasibəti ilə xalqımızı təbrik edib. Əlamətdar tarix münasibətilə ölkəsi və milləti adından xalqımıza ürəkdən gələn xoş arzularını ünvanlayan hörmətli Rəcəb Tayyib Ərdoğan təbrikinə Azərbaycana xitabən “can dostumuz”, “qardaşımız” ifadələri ilə başlayıb.
Sevincini və kədərini bölüşən bir millət iki dövlət
Azərbaycanla Türkiyə arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən danışarkən bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır. Bu da ondan ibarətdir ki, hər iki ölkədə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, eyni zamanda, cəmiyyətlər də buna böyük maraq nümayiş etdirirlər. İki ölkə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarında dəqiq ifadə olunub. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata verdiyi bəyanatında qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın ölkələrdir. “Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkələrimiz arasında siyasi dialoq yüksək dinamizm ilə fərqlənir. Qarşılıqlı hörmətin və ehtiramın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir.
Dost dar gündə tanınar
Azərbaycanda tez-tez işlədilən gözəl bir zərb-məsəl var: Dost dar gündə tanınar. Azərbaycanla Türkiyənin dostluğu, qardaşlığı da zamanın sərt sınaqlarında möhkəmlənib və yenilməz olub. Bu iki ölkə və xalq sevincli günlərdə də, çətin anlarda da daim bir yerdə olurlar. Birlik onların gücünə güc qatır. Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətdir. Qardaş ölkə artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verirdi. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Türkiyə bu ölkə ilə sərhədlərini bağlayıb və bütün siyasi-iqtisadi əlaqələri dayandırıb. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycanın özünəinam hissini artırdı. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Prezident İlham Əliyev Türkiyənin Vətən müharibəsində Azərbaycana dəstəyini yüksək dəyərləndirib. “İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan da Türkiyənin problemlərinə, üzləşdiyi çətinliklərə həmişə yüksək həssaslıqla yanaşır. Bir neçə il bundan əvvəl Praqada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən iclasda Azərbaycan Prezidentinin nümayiş etdirdiyi qətiyyətli mövqe - sammitə Türkiyə təmsilçisinin qatılmamasından istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanları, qondarma “soyqırımı” sayıqlamalarını dilə gətirən Ermənistanın sabiq prezidenti Serj Sarkisyana tutarlı cavab verməsi heç vaxt yaddaşlardan silinməyəcək. Təsadüfi deyil ki, Türkiyə ictimaiyyəti tərəfindən Prezident İlham Əliyevin sammitdə qardaş ölkəni müdafiə məqsədilə etdiyi çıxışı və Onun Sarkisyana ünvanladığı “Türkiyə burada yoxdur, mən buradayam və sizin cavabınızı da mən verəcəyəm” cavabı düşmən ölkənin rəhbərinin sifətinə vurulan tərs sillə kimi dəyərləndirildi.
Qarşılıqlı dəstəyi ifadə edən belə nümunələr saysız-hesabsızdır. Azərbaycan Türkiyənin bölgədə terrorizmə qarşı apardığı ədalətli mübarizəyə dəstək nümayiş etdirir. Son olaraq respublikamız qardaş ölkədə meşə yanğınlarına qarşı aparılan mübarizəyə hərtərəfli yardım göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsi ilə ölkələrimiz arasında münasibətlər ən yüksək zirvəyə yüksəlib. Sənəddə iki ölkənin gələcək müttəfiqliyinin və işbirliyinin mühüm istiqamətləri öz əksini tapıb. Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələr əhatə olunub. Sənədin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”, - deyə vurğulayıb.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında formalaşan siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi sahədə əməkdaşlıq da davamlı olaraq genişlənir. Qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Belə ki, indiyədək Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın perspektiv inkişafını özündə ehtiva edən bir sıra sənədlər imzalanıb. Hökumətlərarası Komissiyanın iclasları müntəzəm keçirilir. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard ABŞ dollarına çatdırmaqla bağlı hədəf qoyublar və bu hədəfə çatılması tam realdır. İndiyədək Türkiyə şirkətləri Azərbaycanda 400-dən çox layihə həyata keçiriblər. Qardaş ölkənin şirkətləri, həmçinin işğaldan azad edilmiş ərazilərdə reallaşdırlan çoxsaylı layihələrə cəlb olunublar. Azərbaycanlı iş adamları da qardaş ölkədə yüksək fəallıq nümayiş etdirirlər. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir.
Enerji sektoru ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətini təşkil edir. İndiyədək iki qardaş ölkə enerji sahəsində transmilli şirkətlərin iştirakı ilə Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi regional və qlobal əhəmiyyət daşıyan enerji layihələrini böyük uğurla reallaşdırmağa nail olublar. Azərbaycan və Türkiyənin dost ölkələrlə birgə reallaşdırdıqları sonuncu enerji layihəsi Cənub Qaz Dəhlizidir. Dördüncü seqmentinin - Trans Adriatik Boru Kəmərinin (TAP) inşası 2020-ci ilin dekabrında tamamlanan yeni dəhlizlə zəngin “Şahdəniz” yatağından çıxarılan “mavi yanacaq” Türkiyədən keçməklə Avropanın mərkəzi ölkələrinə çatdırılır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12

