/ / Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskaytenin Azərbaycana rəsmi səfəri başa çatıb
Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskaytenin Azərbaycana rəsmi səfəri başa çatıb
04.05.2011 [11:03]
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub.
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər Xiyabanını da ziyarət edib.
Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva dünən dünya mədəni irs abidələrindən olan İçərişəhəri gəziblər.
Gəzinti zamanı Litva Prezidentinə YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır. Ali qonaq qoruq ərazisində yerləşən Miniatür Kitab Muzeyinə baxıb. Bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin tapşırığı ilə yaradılan muzeydə 68 ölkədən gətirilən 5100 miniatür kitab saxlanılır. Prezident Dalya Qribauskayte muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Sonra xanım Dalya Qribauskayte milli mədəni irsimizin incisi sayılan “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanış olub. Ali qonağa saray kompleksi barədə ətraflı məlumat verilib. Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Litva Prezidenti təndir çörəyinə qonaq edilib. Sonra Buxara karvansarasına gələn ali qonağa orta əsrlərdə Azərbaycanın Hindistan və Orta Asiya ilə ticarət əlaqələri barədə məlumat verilib. Litva Prezidenti “Bazar meydanı”ndakı əzəmətli Qız qalasını seyr edib. Bu abidənin yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri ali qonağın marağına səbəb olub. Sonra Cümə məscidi və burada aparılmış təmir-bərpa işləri barədə ətraflı məlumat verilib.
Daha sonra xanım Dalya Qribauskayte və Mehriban xanım Əliyeva “Kiçik Karvansara” abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - “İncəsənət Bağı”nda olublar. Litva Prezidenti və Azərbaycanın birinci xanımı burada çay süfrəsi arxasında söhbət ediblər. Ali qonaq paytaxtımızın qədim guşəsindən xoş təəssüratlarla ayrılıb.
Azərbaycanda rəsmi səfərdə olan Litva Prezidenti xanım Dalya Qribauskayte dünən “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehirli ilmələr” qalereyasında da olub.
Dünən, həmçinin, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte birgə işçi nahar ediblər. Səmimi söhbət zamanı Azərbaycan ilə Litva arasında münasibətlərin, o cümlədən, iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Bununla da, Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskaytenin Azərbaycana rəsmi səfəri başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44

