/ / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Bakıda möhtəşəm Gül bayramı təşkil edilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Bakıda möhtəşəm Gül bayramı təşkil edilib
11.05.2011 [10:06]
Dünən Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Bakıda, Ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilib.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olublar.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına məlumat verib ki, səhər tezdən başlayaraq paytaxt sakinləri dünyanın 50-dək ölkəsindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parka gəlirlər.
Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olub, postament ağ güllərlə hörülüb.
Prezident İlham Əliyev və ailə üzvləri Ulu öndərin abidəsini ziyarət ediblər, başdan-başa bahar ətirli güllərə qərq olmuş parkın gözəlliyini seyr ediblər.
Müxtəlif güllərdən yığılmış “xalça”lar və türk dünyasının böyük oğlu Heydər Əliyevin tər çiçəklərdən “toxunmuş” portret xalçası orijinallığı ilə göz oxşayırdı. Cürbəcür çiçəklərdən yığılmış “88” rəqəminin təsvir olunduğu kompozisiya da diqqəti cəlb edirdi.
Bu gün xüsusi görkəm almış parkda diqqəti çəkən kompozisiyalardan biri də tarixi abidələrimizin təsviridir. Bu baxımdan Qız qalasının güllərdən hazırlanmış maketi xüsusi fərqlənir. Park həm də nağıllar aləmini xatırladırdı. Burada əlvan güllərdən hazırlanmış “Tıq-tıq xanım”, “Göyçək Fatma” və digər nağıl qəhrəmanları var.
Rəngarəng kompozisiyalardan, pannolardan ibarət sərgilər gül bayramına gələnləri biri digərindən cəlbedici olan bu gözəlliyin önündə dönə-dönə ayaq saxlamağa vadar edirdi.
Fəvvarələrin ətrafından tutmuş hər tərəf bir-birindən gözəl, bahar təravətli gül-çiçək içində idi. Bir-birini əvəz edən musiqi nömrələri bayram ovqatını daha da yüksəldirdi.
Mehriban xanım Əliyevaya və ailə üzvlərinə xüsusi növdən olan ağ zambaqlardan buketlər təqdim edilib. Məlumat verilib ki, bu ağ zambaqlar Holland-Azərbaycan Dostluq Cəmiyyəti ilə Hollandiya Zambaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası tərəfindən dünyada ilk dəfə olaraq Mehriban xanımın adına yetişdirilib və bundan sonra onun ismini daşıyacaq.
Dövlətimizin başçısı, Mehriban xanım Əliyeva və ailə üzvləri Holland-Azərbaycan Dostluq Cəmiyyətinin direktoru Marion van der Vegtlə xatirə şəkli çəkdiriblər.
Marion van der Vegt Hollandiya Zambaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyasının yeni zanbaq növünə verdiyi sertifikatı imzalamaq üçün Mehriban xanım Əliyevaya təqdim edib.
Azərbaycanın birinci xanımı yeni zanbaq növünün yetişdirilməsi münasibətilə cəmiyyətin direktorunu təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, əsası 1860-cı ildən qoyulmuş Hollandiya Zambaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası dünyada müxtəlif növ zanbaqların yetişdirilməsi ilə məşhurdur. İki il əvvəl belə zanbaq növlərindən birinə ümummilli lider Heydər Əliyevin adı verilib. Bu zanbaq növünün adı digərləri kimi dünyanın məşhur gül kataloqlarına düşüb. Ulu öndər Heydər Əliyevin adına yetişdirilmiş bənövşəyi rəngli zanbaq növü öz gözəlliyi ilə göz oxşayır. Hər il bayram ərəfəsində istirahət parklarında, meydanlarda əkilən bu zanbaqlar şəhərimizin görkəminə xüsusi yaraşıq verir.
Prezident İlham Əliyev və ailə üzvləri gül kompozisiyalarına maraqla tamaşa ediblər. Güllərdən hazırlanmış müxtəlif mənzərələr, orijinal lövhələrdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərinə aid fotoşəkillər böyük maraq doğurub.
üzərində Ulu öndərin portreti, müxtəlif çiçəklər əks olunmuş 30 metr hündürlüyündə iki hava şarı da maraqla qarşılanıb. Bildirilib ki, onlar axşam havaya buraxılacaq.
Gül bayramı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunduğu üçün nümayiş etdirilən hər bir gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə məhəbbət hissi diqqəti cəlb edir.
Gül və müxtəlif nağıl qəhrəmanları kimi bəzənmiş, bayramı daha da gözəlləşdirən uşaqlar Prezident İlham Əliyevi və ailə üzvlərini özlərinə xas səmimiyyətlə salamlayıblar.
Dövlətimizin başçısı və ailə üzvləri uşaqlarla söhbət ediblər, Ulu öndər Heydər Əliyevin gül-çiçəyə qərq olmuş abidəsi önündə fidan balalarla xatirə şəkli çəkdiriblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59

