İran 3+3 platformasına qayıdır...
22.02.2023 [10:42]
Dəyişən nədir?
İranın öz siyasətində ardıcıl olmadığı hər kəsə bəllidir. Bu ölkənin mollakratiya rejimi daim ziddiyyətli bəyanatlar verir. Bu bəyanatlar bir qayda olaraq qonşu dövlətlərin maraqlarına və regional layihələrə qarşı yönəlir. Açıq-aydın görünür ki, Tehran rejimi öz imkanlarını və geosiyasi reallıqları düzgün dəyərləndirmədən regional proseslərdə diktə edən tərəf kimi üstün rol almağa çalışır. İranın belə ziddiyyətli yanaşması, həmçinin 3+3 patformasına münasibətdə də özünü qabarıq şəkildə büruzə verir. Bu günlərdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib ki, İran Tehranda Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan xarici işlər nazirləri ilə 3+3 (altılıq) formatında görüş keçirməyə hazırdır. Qeyd edək ki, İran rəsmisinin ifadə etdiyi fikirlər bu ölkənin indiyə qədər tutduğu siyasi kursdan kəskin şəkildə fərqlidir.
Altılıq platformasının mahiyyəti
Altılıq platforması özündə regional inteqrasiyanı və əməkdaşlığı ehtiva edir. Heç bir region dövləti bu platformadan kənarda qalmır. Söhbət Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan arasında əməkdaşlığın qurulmasından gedir. İlk dəfə belə bir ideya ilə Azərbaycan və Türkiyə prezidentləri çıxış ediblər.
3+3 formatında əməkdaşlıq imkanları isə Azərbaycanın 44 günlük müharibədə qazandığı parlaq Qələbə sayəsində mümkün olub. Respublikamız Ermənistanın 30 il ərzində regional əməkdaşlığa təhdidlər yaradan işğalçılıq siyasətinə son qoydu və yeni reallıqlar yaratdı. Bu reallıqlar şəraitində regionun potensialını inkişafa və əməkdaşlığa istiqamətləndirməkdən ötrü yeni fürsətlər yaranıb. Bu fürsətlərin dəyərləndirilməsi platformada yer alacaq dövlətlərin qarşısında geniş perspektivlər açır. Altılıq platforması geostrateji önəmi ilə yanaşı, həm də mühüm iqtisadi-ticari əhəmiyyətə malikdir. Verilən məlumatlara əsasən, altılıq formatında ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır. Bu, ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Platformanın funksionallığının təmin edilməsi ilə qarşılıqlı sərmayə qoyuluşu, idxal-ixrac, müxtəlif sahələrdə birgə layihələrin reallaşdırılması, tranzit daşımaları, yeni satış bazarlarına çıxmaq üçün imkanlar artacaq.
Qeyd edək ki, artıq region dövlətləri üçün cəlbedici olan təşəbbüsün irəli aparılması istiqamətində ilk addımlar atılıb. İndiyədək ayrı-ayrı ölkələr özlərinin siyasi iradələrini ifadə ediblər. 2021-ci il dekabrın 10-da Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən iclasda altılıq platformasının inkişaf perspektivləri müzakirə edilib. Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirləri daxildir. Oxşar müzakirələr həmçinin qardaş Türkiyədə və Azərbaycanda da aparılıb. Gürcüstün bir sıra səbəblərdən platformada təmsil olunmayacağını bildirib.
İran gah “hə”, gah da “yox” deyir...
İranın 3+3 formatına da münasibəti birmənalı deyil. Burada da mollakratiya rejimi hansısa konyuktur maraqlar axtarır. Başlanğıcda İran rəsmiləri ölkənin altılıq platformasında məmnuniyyətlə yer alacağını bildirsələr də, sonradan valı dəyişdilər və əslində, platformanın yaranmasını əngəlləyən davranışlar sərgiləməyə başladılar. Analitiklərin qənaətinə görə, İranın tərəddüdləri altılıq platformasının ideyadan reallığa çevrilməsi istiqamətində atılan addımlar oldu. Əslində, mollakratiya kimi rejimlər öz qonşuluqlarında yerləşən ölkələr arasında davamlı siyasi və iqtisadi inteqrasiyanın yaranmasını arzulamırlar və daim bunu pozmağa çalışırlar. Burada mühafizəkar rejimlərin maraqları önə çəkilir. Altılıq platformasına İranın neqativ yanaşması da məhz rejimin mahiyyətindən, regional inkişafa qısqanc yanaşmasından qaynaqlanır. Burada bir sıra amillər sadalaya bilərik:
- İran qonşuluqda Azərbaycan kimi güclü dövlətin olmasını istəmir. Müharibədə qalib gələn, ərazi bütövlüyünü təmin edən Azərbaycan mollakratiya rejiminin qorxulu röyasına çevrilib.
- Zəngəzur dəhlizinin açılması altılıq platformasında ən mühüm element kimi dəyərləndirilir. Bu dəhlizin yardılması da İranı əndişələndirir. Bunu şərtləndirən amillər də çoxdur. Əvvəla, Zəngəzur dəhlizinin yaradılması böyük Türk coğrafiyasının bərpası anlamına gəlir. Müəyyən güc mərkəzləri zamanında bu coğrafiyanı məqsədli şəkildə parçalamışdılar. Zəngəzur dəhlizi isə Azərbaycandan keçməklə Mərkəzi Asiyadakı türkdilli ölkələrlə Türkiyə arasında bağlantını təmin edəcək.
- İran onun ərazisindən keçən Şimal-Cənub dəhlizinə alternativ marşrutun formalaşmasını istəmir. Hazırda İran qonşu Rusiya və bəzi başqa ölkələr üçün, necə deyərlər, bu marşrut üzrə monopolist mövqeyə sahibdir. Zəngəzur dəhlizinin açılması ilə İranın bu üstünlüyü zəifləyəcək.
- Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantını təmin edəcək. Bu da İranın mövqeyinə zərbə olacaq. Çünki indiyədək Azərbaycanla blokada şəraitində yaşayan Naxçıvan arasında quru yolu ilə bağlantı bu ölkə üzərindən həyata keçirilirdi.
- Zəngəzur dəhlizi Avropanın maraq dairəsindədir. Avropa İttifaqı ilə problemlər yaşayan İran Avrasiyada yeni bir bağlantı formalaşmasını özünün küncə sıxışdırılması anlamında qəbul edir.
Bu kimi amillərə görə də mollakratiya rejimi 3+3 formatından geri çəkilmək qərarına gəlmişdi. Yaxın vaxtlaradək İran rəsmilərindən altılıq platformasının əsas elementi sayılan Zəngəzur dəhlizinə qarşı ardıcıl bəyanatlar eşidilirdi. Bu xüsusda bir qədər bundan əvvəl İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri danışmışdı: “Bir az hiylə var, qondarma dəhlizlərdən, hansısa hərəkətlərdən danışılır, amma İran və Ermənistan Zəngəzur dəhlizinin yaradılmasına imkan verməyəcək”.
Fikirlərinə davam edən səfir daha sərt ifadələr işlətməkdən də çəkinməyib. O, Ermənistan və İranın təşəbbüslərlə çıxış edərək bu istiqamətdə işləməsinin “vacibliyini” qeyd edib: “Təşəbbüsün qarşı tərəfdən gəlməsinə imkan verməməliyik və sadəcə ona cavab verməməliyik. Əksinə, təşəbbüsü özümüz ələ almalıyıq. Biz baxmalıyıq ki, hansı addımlar atılmalıdır, hansısa dəhlizin açılması üçün təşəbbüs gözləmək lazım deyil, sonra düşünməməliyik ki, hansı mövqedən çıxış edək və bunu ifadə edək. Biz buna imkan verməməliyik”, - deyə səfir bildirib.
Beləliklə, İran regional işbirliyini yalnız Ermənistanla əməkdaşlıqda görür. Ermənistan da Zəngəzur dəhlizinin yaradılmasında İranın yanaşmasından çıxış edir. Halbuki, altılıq platformasında əməkdaşlıq, o cümlədən də Zəngəzur dəhlizinin açılması həm İran, həm də Ermənistan üçün geniş dünyaya açılan qapı olardı.
Bütün bu reallıqlar fonunda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın yuxarıda bəhs olunan açıqlaması suallar doğurur. Mollakratiya rejiminin bu açıqlamada səmimi olduğuna böyük şübhələr var. Düşünmək olarmı ki, İran, nəhayət, haqq yoluna gəlir? Görəsən, nə dəyişib?
Terror aktına görə məsuliyyət daşıyan İran rejimi
Bu arada, İrandan sual yardan daha bir açıqlama gəlib. Belə ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kənaani Bakını “qərəzli münasibətdən çəkinməyə və diplomatik missiyaya hücumla bağlı siyasiləşdirilmiş bəyanatlar səsləndirməməyə” çağırıb. İran rəsmisi əlavə edib ki, “bu acı insidentin bütün aspektlərinə baxılır və o xüsusiləşdirilmiş qaydada diqqətlə öyrənilir”. Kənaani bildirib ki, İran bu təhqiqatın nəticələrini Azərbaycan tərəfi ilə bölüşməyə hazırdır.
Mollakratiya bu açıqlama ilə Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktına məsuliyyətsiz yanaşmasını növbəti dəfə ortaya qoyub. Hadisə yerindən təqdim olunan foto və video materiallar terror aktının əvvəlcədən hazırlanan ssenari əsasında həyata keçirildiyi qənaətini formalaşdırır. Baş verən hadisəyə görə İran tərəfi birbaşa məsuliyyət daşıyır. Ancaq mollakratiya rejimi qanlı cinayətdə əli olanların dairəsini müəyyənləşdirərək istintaqa cəlb olunmaları və onlara layiqli cəza verilməsini təmin etmək əvəzinə, riyakarlığa əl ataraq boğazdanyuxarı açıqlamalar verir. Prezident İlham Əliyev fevralın 18-də Münhendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına verdiyi müsahibəsində Tehranda törədilən qanlı cinayəti Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı kimi səciyyələndirib. Nə qədər qəribə görünsə də, terrorçu 30-40 dəqiqə ərzində tərk-silah edilməyib. Təqdim olunan videodan açıq şəkildə görünür ki, polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri əraziyə gəlib-gediblər, ancaq onlar cinayətkarın iki dəfə səfirliyin binasına daxil olmasına, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməsinə, ikisini isə yaralamasına mane olmayıblar. Yalnız terrorçunu əliyalın tərk-silah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımzın ailələri, o cümlədən uşaqları həmin binada yaşayırdılar. “Biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edirik. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49

