Avropanın ehtiyacını qarşılamağa hazır və qadir ölkə
06.04.2023 [10:16]
Respublikamızdan mavi yanacaq alacaq növbəti ölkə Macarıstan olacaq
Mübariz ABDULLAYEV
Avropada Azərbaycanla enerji dialoqu qurmaq istəyən daha bir ölkənin adı bəlli olub. Bu, Macarıstandır. Bu ölkə cari ildə respublikamızdan 1 milyard kubmetr təbii qaz almaq üçün aprelin sonunda Bolqarıstan, Rumıniya, Yunanıstan və Türkiyə ilə müqavilə imzalayacaq. Bunu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirilən LNG sammitində bildirib. Nazirin sözlərinə görə, Macarıstan bu il 1 milyard kubmetr qaz almaq üçün Azərbaycanla siyasi razılaşma əldə etdikdən sonra ölkələr yaxın aylarda birgə bazar sınaqları keçirəcək. Peter Siyarto əlavə edib ki, bu ayın sonunda birgə saziş imzalanacaq: “Macarıstan Cənub-Şərqi Avropanın nəqliyyat infrastrukturu vasitəsilə Azərbaycandan təbii qaz əldə etmək üçün texniki imkanları araşdırmaq üçün Bolqarıstan, Rumıniya, Yunanıstan və Türkiyə ilə səylərini birləşdirir”.
Azərbaycanın artan rolu
Azərbaycanın mərhələlərlə reallaşdırılan enerji siyasətində yaxın və uzaq məqsədlər məharətlə uzlaşdırılıb. Enerji siyasətimizin birinci mərhələsi sırf neft seqmentini əhatə edirdisə, artıq respublikamızla qoca qitə arasında mavi yanacaq tədarükü üzrə də dialoqun intensivləşdiyinin şahidi oluruq. Perspektivdə isə “yaşıl enerji” dialoqu başlayacaq.
Hazırda qlobal miqyasda, o cümlədən də Avropa İttifaqı (Aİ) məkanında enerji resusrslarına, xüsusən də mavi yanacağa tələbatın artması ölkəmizin enerji siyasətinin necə məharətlə və uzaq perspektivə hesablanaraq hazırlandığını bir daha təsdiqləyir. Zamanında dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ancaq Azərbaycan uğurlu siyasət sayəsində ölkənin mavi yanacaq ehtiyatlarının işlənməsinə də investisiyalar cəlb etməyə nail oldu. Beləliklə, respublikamızla tərəfdaş ölkələr və şirkətlər arasında 1996-cı ildə “Əsrin müqaviləsi”ndən sonra ikinci böyük kontrakt məhz “Şahdəniz” qaz yatağı üzrə imzalandı.
Bugünkü geosiyasi reallıqlar fonunda qoca qitə yeni mənbələrdən mavi yanacaq tədarükünü artırmağa çalışır. Azərbaycan Aİ-nin artan tələbatını qarşılamağa hazır və qadir ölkədir. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Əslində isə ölkəmizin qaz ehtiyatları bundan xeyli çoxdur. Əlbəttə ki, “Şahdəniz” Azərbaycanın əsas qaz yatağıdır. Eyni zamanda, yaxın perspektivdə “Abşeron” yatağından yaxşı nəticələr əldə edəcəyi gözlənilir. Böyük qaz ehtiyatına malik “Ümid”, “Babək” və digər yataqlar da çox ümidvericidir.
Enerji təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaşayan Avropanın diqqətini Azərbaycana yönəltməsi heç də təsadüfi deyildir. Bunu şərtləndirən əsas amillər aşağıdakılardır:
-Ölkənin zəngin resurslara malik olması,
-Ədalətli enerji siyasəti həyata keçirməsi,
-Müqavilə öhdəliklərinə daim sadiq qalması,
-Müasir və diversifikasiya edilmiş nəql marşrutları qurması.
Azərbaycan ilkin mərhələdə hasil olunan mavi yanacağı yalnız Bakı-Tbilisi-Ərzurum marşrutu ilə ixrac etmək imkanına malik idi. Sonradan ölkəmiz liderlik keyfiyyətləri nümayiş etdirməklə güclü komanda formalaşdırmağa və yeni nəql marşrutunu - Cənub Qaz Dəhlizini reallığa çevirməyə nail oldu. Bakıdan Cənubi Avropaya gedən və 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizinin tikintisi 2020-ci ilin sonlarında tamamlandı. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir. Bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını - Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb bir layihədir. Dünyanın beş aparıcı maliyyə institutunun hamısı buna öz töhfəsini verib.
Azərbaycan 2021-ci ildə Cənub Qaz Dəhlizi ilə Avropaya 8 milyard kubmetr qaz nəql edib. Avropanın və Azərbaycanın enerji əməkdaşlığı gələcəkdə daha da genişlənəcək. 2022-ci ilin yayında Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Belə bir sənədin imzalanması ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Yeni Memorandum Xəzər sahillərindən “qoca qitə”yə qaz ixracı həcmlərinin artırılmasına hüquqi əsaslar yaradır. 2023-cü ildə Cənub Qaz Dəhlizi ilə qoca qitəyə mavi yanacaq ixracının 12 milyard kubmetrə çatdırıması, perspektivdə isə bu həcmin iki dəfə artırılması nəzərdə tutulub.
Nəql marşrutlarının şaxələndirilməsi zərurəti
Digər Avropa ölkələri kimi, Macarıstan da Azərbaycanla enerji əməkdaşlığını gələcəkdə daha da genişləndirməyi nəzərdə tutur. P. Siyarto bildirib ki, ölkəsi Azərbaycandan illik 2 milyard kubmetr təbii qaz almaq üçün uzunmüddətli müqavilə imzalamağı nəzərdən keçirir: “Bu tədarüklərin tranzitinin əsasında isə Cənub-Şərqi Avropanın boru kəmərləri durur. Buna görə də, biz bu regionda infrastrukturun inkişafına təkan veririk. Çünki bu, yeganə həll yoludur. Bu məsələ bu cür layihələrin maliyyələşdirilməsinin təmin edilməsindən ibarət olacaq. Çünki Avropa İttifaqı boru kəmərinin tikintisi üçün əlavə vəsait yatırmaq istəmədiyini bildirib”.
P. Siyartonun sözlərinə görə, Macarıstan Xorvatiyanın Krk adasındakı idxal terminalı vasitəsilə mayeləşdirilmiş təbii qaz (LNG) tədarüklərini qəbul etməyə hazır olan zəruri milli infrastruktura malikdir. Bununla belə, Xorvatiya-Macarıstan İnterkonnektoru Macarıstana 1,75 milyard kubmetr qaz nəql etməyə qadirdir. Bu isə o deməkdir ki, Xorvatiya ötürmə imkanlarını artırmasa, ölkə Krk terminalının planlaşdırılan tutumunun 6 milyard kubmetrə qədər artırılmasından yararlana bilməyəcək.
Bundan əlavə, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) qarşılıqlı əlaqə xəttinin tutumunun 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər planlaşdırılmış genişləndirilməsi də Macarıstan və Mərkəzi Avropada enerjinin şaxələndirilməsi üçün vacibdir. P. Siyarto əlavə edib ki, IGB Macarıstana Yunanıstan və Türkiyədəki LNG terminallarından idxal etməyə imkan verəcək.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilib. Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən mavi yanacağın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 kub metr ödəyə biləcək. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Azərbaycan təbii qazının Macarıstana göndərməkdə əsas rolu BRUA kəməri oynayacaq. BRUA Macarıstana ildə 4,4 milyard kubmetr, Bolqarıstana 1,5 milyard kubmetr qaz nəql etməyə imkan verəcək. Kəmərin uzunluğu 1 318 km təşkil edir.
TANAP və TAP-ın genişləndirilməsi gündəmdə
Avropada nəql marşrutlarının şaxələndirilməsi, ölkələri əlaqələndirən yeni xətlərin inşası ilə yanaşı Cənub Qaz Dəhlizinin ayrı-ayrı seqmentlərinin genişləndirlməsi də gündəmdədir. Avropaya 2030-cu ilədək daha böyük həcmlərdə ixracın nəzərdə tutulması TANAP və TAP-ın ötürücülük imkanlarının artırılmasını zərurətə çevirib. Hazırda TANAP-ın ötürücülük imkanları ildə 16 milyard kubmetr, TAP-ın ötürücülük imkanları isə 10 milyard kubmetr təşkil edir. Genişləndirmə layihəsi çərçivəsində bu göstəricilərin müvafiq olaraq 32 və 20 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdə tutulub. Genişləndirmə layihələrinə, təbii ki, əlavə maliyyələşdirmə tələb olunacaq. Mənbə ölkə olan Azərbaycan buna hazırdır. Eyni zamanda, Avropa Komissiyası Cənub Qaz Dəhlizinin seqmentlərinin genişləndiorilməsi planlarını dəstəkləyir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22
Gündəm
28 Oktyabr 11:21
Gündəm
28 Oktyabr 11:19
Siyasət
28 Oktyabr 11:13
Analitik
28 Oktyabr 10:56
Siyasət
28 Oktyabr 10:46
MEDİA
28 Oktyabr 10:34
Analitik
28 Oktyabr 10:17
Dünya
28 Oktyabr 10:14
Siyasət
28 Oktyabr 10:13
Analitik
28 Oktyabr 09:49
Analitik
28 Oktyabr 09:34
Analitik
28 Oktyabr 09:15
Mədəniyyət
28 Oktyabr 08:51
Ədəbiyyat
28 Oktyabr 08:25
İdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10

