Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir
23.06.2011 [09:47]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Belçika Krallığına işgüzar səfərə gəlib.
Prezident İlham Əliyev və Xose Manuel Barrozu Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqları önündə xatirə şəkli çəkdiriblər.
Xose Manuel Barrozu və Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış ediblər.
“Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir”, - deyən Avropa Komissiyasının sədri Xose Manuel Barrozu Prezident İlham Əliyev ilə görüşdə “Şərq tərəfdaşlığı” Proqramı, Avropa Qonşuluq siyasəti və Azərbaycanda demokratiyanın inkişafı prosesləri ilə bağlı müzakirələrin aparıldığını bildirib. Azərbaycana sonuncu səfərində ölkəmizdə iqtisadi inkişafın şahidi olduğunu deyən Avropa Komissiyasının sədri Bakıda “Cənub” dəhlizi ilə bağlı imzalanmış Bəyannamənin əhəmiyyətini vurğulayıb.
Xose Manuel Barrozu qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb. Sədr “Eurovision-2011” mahnı müsabiqəsində azərbaycanlı gənc müğənnilərin birinci yeri tutmaları ilə bağlı təbriklərini çatdırıb.
“Avropa İttifaqı ilə Azərbaycan arasında fəal dialoq mövcuddur”, - deyən Prezident İlham Əliyev ikitərəfli gündəliyin geniş olduğunu və budəfəki görüşdə bir çox məsələlərin müzakirə edildiyini bildirib.
“Biz ölkəmizdə hüquqi və siyasi islahatları davam etdiririk. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir”, - deyən dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, qaçqın və məcburi köçkünlər tezliklə evlərinə qayıtmalıdırlar. Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev görüşdə enerji siyasəti məsələlərinə də geniş yer ayrıldığını bildirib.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02
Dünya
08 İyun 19:50
Dünya
08 İyun 19:23
Hadisə
08 İyun 19:05
Dünya
08 İyun 18:35
Dünya
08 İyun 17:19
Maraqlı
08 İyun 16:30
YAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19

