Nəqliyyat sektorunda optimallaşdırma
21.04.2023 [10:21]
Mübariz FEYİZLİ
Son illərdə Azərbaycanda davamlı olaraq diqqət mərkəzində saxlanılan istiqamətlərdən biri nəqliyyat-logistika sahəsidir. Aparılan islahatların davamı olaraq Prezident İlham Əliyev 19 aprel 2023-cü il tarixində Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam imzalayıb. Sənədə əsasən şuranın sədri və üzvləri təyin edilib. Sərəncamla Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib. Nazirlər Kabineti bir ay müddətində Şuranın Əsasnamə layihəsi ilə bağlı təkliflərini, Şuranın yaradılması ilə bağlı nəqliyyat sahəsində tənzimləmənin təkmilləşdirilməsi ilə əlaqədar normativ hüquqi aktların layihələrini hazırlayıb ölkə Prezidentinə təqdim edəcək.
Regional və qlobal miqyasda yaranan çağırışlar
İslahatların indiki mərhələsində Azərbaycanın nəqliyyat sektorunun prioritetliyinin önə çəkilməsi və bu sahədə strukturun daha da optimallaşdırılmasına siyasi iradə ortaya qoyulması meydana çıxan yeni çağırışlarla bağlıdır. Azərbaycan istəyir ki, digər istiqamətlərdə olduğu kimi, nəqliyyat-logistika sahəsində də yeni çağırışları önləsin və daha çox dvidentlər qazansın.
İndiki şəraitdə nəqliyyat sektoru ilə bağlı meydana çıxan çağırışların böyük bir qismi regional və qlobal miqyasda müşahidə edilən dinamik proseslərlə şərtlənir. Artıq bir ildən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsi geniş Avrasiya coğrafiyasının nəqliyyat xəritəsinin yenilənməsi zərurətini yaradıb. Dağıdıcı müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlar əslində funksionallığını itirib. Eyni zamanda, təhlükəsizlik və siyasi səbəblərə görə ayrı-ayrı ölkələr və daşıma şirkətləri Rusiyadan kənar keçən marşrutların xidmətlərindən bəhrələnməyə çalışırlar. Belə bir şəraitdə nəzərlər Azərbaycana yönəlir ki, bu da müxtəlif amillərlə şərtlənir. Bu amillər sırasında
-Azərbaycan dövlətinin ölkədə nəqliyyat sektorunun inkişafını hədəfləyən qətiyyətli siyasi iradəsini,
-Ölkə daxilindəki davamlı sabitliyi və təhlükəsizlik mühitini,
-Respublikamızın tranzit xətlərinin üzərində yerləşən bütün ölkələrlə xoş niyyətə əsaslanan əməkdaşlıq əlaqələrinə malik olmasını,
-Böyük iqtisadiyyata malik Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü davamlı olaraq dəstəkləməsini,
-Xidmət səviyyəsinin yüksək, tariflərin optimal səviyyədə olmasını,
-Digər tərəfdaşlarla koordinasiyalı fəaliyyətin təmin edilməsi,
-Ölkədəki tolerantlıq mühiti.
Bu siyahıya daha iki mühüm faktoru da əlavə edə bilərik. Bunlardan biri ölkəmizin Orta Dəhliz üzərində ən mühüm məntəqə, açar ölkə olması ilə bağlıdır. Azərbaycan Gürcüstan və Qazaxıstanla birlikdə 2014-cü ilin fevral ayında əsası qoyulan bu dəhlizin təşəbbüskarları sırasında yer alır. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Əsas məqamlardan biri ondan ibarətdir ki, ölkəmizin ərazisində Orta Dəhliz optimal marşrutlarla digər dəhlizlərə inteqrasiya edilməklə şaxələnir. Eyni zamanda, Azərbaycanda Orta Dəhlizin inkişaf perspektiv kifayət qədər böyükdür. Hazırda Azərbaycan Orta Dəhlizin yeni bir istiqamətinin - Zəngəzur dəhlizinin yaradılmasına böyük səy göstərir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Avrasiyada keyfiyyətcə yeni bir nəqliyyat xəritəsi formalaşacaq. Hazırda ölkəmizin ərazisində Zəngəzur dəhlizinin yaradılması ilə bağlı layihələr intensiv şəkildə icra edilir.
Nəqliyyat-logistika sahəsində Azərbaycanın cəlbediciliyini artıran digər bir mühüm amil isə heç şübhəsiz ki, son iyirimi ildə bütün ölkə boyunca yaradılan müasir infrastrukturdur. Respublikamızın ərazisində bütün magistrallar yüksək səviyyədə yenidən qurulub, həmin yolların üzərində logistik mərkəzlər yaradılıb. Ölkəmiz liderlik keyfiyyətləri nümayiş etdirərək Xəzər sahilində ən böyük limanın inşasına nail olub. Hazırda həm limanın ötürücülük imkanlarının ildə 15 milyon tondan 25 milyon tana yüksəldilməsi məqsədilə layihələr icra olunur, həm də yaxınlıqda - Ələt qəsəbəsində azad iqtisadi zona yaradılır. Eyni zamanda, Azərbaycan Xəzərdə ən böyük dəniz donanmasına, Cənubi Qafqazda ən güclü hava nəqliyyatı parkına malikdir.
Qeyd olunan amillər ölkəmizin ərazisindən daşımaların həcminin artmasına müsbət təsir göstərir. Ötən il respublikamızın üzərindən aşırılan tranzit yüklərin həcmi 75 faiz artıb. Bütün seqmentlər üzrə artım tendensiyası 2023-cü ilin əvvəlindən də davam edir. Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-mart aylarında daşınmış yüklərin həcmi 1 milyon 824,3 min ton təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 28 faiz çoxdur. Yüklərin 56,4 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 2 milyon 640,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2 milyon 157,1 min tonunu və ya 81,7 faizini tranzit yüklər təşkil edib. İlin əvvəlindən bəri dəmir yolu ilə yük daşımalarında 16,6 faiz artım müşahidə edilib. Orta hesabla sutkada 460 vaqon yüklənib, 411 vaqon isə boşaldılıb. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə isə 28,4 mln. ton yük, 369 mln. sərnişin daşınıb. Avtomobil nəqliyyatı ilə daşımalarda da artım dinamikası yüksəkdir.
Proqnozlara əsasən ölkəmizin ərazisindən daşımalarda artımlar daha çox olacaq. Buna görə də Azərbaycan indidən önləyici tədbirlər görür. Bir tərəfdən infrastrukturun imkanları genişləndirilir, digər tərfdən isə hüquqi baza təkmilləşdirilir və strukturun çevikliyi artırılır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncam yeni çağırışları qarşılamağa hesablanıb.
Daxili faktorlar
Dövlət başçısının imzaladığı Sərəncamdan da göründüyü kimi, bir sıra daxili amillər də nəqliyyat sektorunda optimallaşdırmanı şərtləndirir. Sənəd islahatları kompleks şəkildə aparılmasına və bu sahədə daxili və xarici faktorlardan qaynaqlanan çağırışları vaxtında qarşılamağa hesablanıb. Bütövlükdə Sərəncamın imzalanmasında məqsəd nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsindən ibarətdir.
Təəssüflə bildirək ki, ölkə daxilində qeyd olunan istiqamətlərdə vəziyyət heç də Azərbaycanın müasir siması ilə adekvatlıq təşkil etmir. Məsələn, Vahid Dispetçer Xidməti bir neçə gün bundan əvvəl paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 54 müntəzəm marşrut xətti üzrə 181 avtobusun hərəkət intervalında gecikmələrin baş verdiyi barədə məlumat yayıb. Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, paytaxtda sıxlıq Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi, 3-cü mikrorayon dairəsi, 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti Azneft dairəsi, Şah İsmayıl Xətai prospekti - Təhsil Nazirliyi, Binəqədi şosesi - Binəqədi, Zabrat şosesi - Maştağa qəsəbəsi, Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti və digər istiqamətlərdə müşahidə edilib.
Təhlükəsizliklə bağlı məsələlər də hələlik arzuedilən səviyyədə deyil. Müşahidələr onu göstərir ki, yollarda qəzalar əsasən avtomobillərin texniki nasazlığı, həmçinin sürücülərin məsuliyyətsizliyi üzündən baş verir. Piyadaların iştirakı ilə qeydə alınan qəzaların da statistikası böyükdür. Eyni zamanda, bir sıra hallarda magistral və yerli əhəmiyyətli yolların üzərində tənzimləyici nişanlar zəruri yerlərdə quraşdırılmır. Bütün bunlar da son nəticədə özünü qəzaların sayında təcəssüm etdirir.
Sərəncamda diqqət çəkilən mühüm məqamlardan biri nəqliyyatın müxtəlif seqmentlərinin koordinasiyalı fəaliyyətinin təmin edilməsi ilə bağlıdır. Bu sahədə də optimallaşdırma tədbirlərinə ehtiyac var. Etiraf edək ki, bəzi hallarda marşrutlar bir-birini təkrarlayır. Eyni zamanda, elə istiqamətlər var ki, orada nəqliyyat vasitələrinin sayının artırılmasına ehtiyac var. Buna misal olaraq metronun yeni istifadəyə verilən “Xocəsən” stansiyasının imkanlarından tam istifadə edilməməsini göstərə bilərik. Bu stansiyanın ətraf qəsəbələrlə və Sumqayıtla əlaqələndirilməsi aşağı səviyyədədir. Hələ də sərnişin axını əsasən metronun “20 Yanvar” stansiyasına istiqamətlənib. Buna görə də iki yaxın stansiyalarda sərnişin sıxlığında kəskin fərq müşahidə edilir. Halbuki, “Xocəsən” stansiyasının inşasında qarşıya qoyulan əsas hədəflərdən biri “20 Yanvar” istiqamətində sıxlığı azaltmaq idi. Hələlik buna nail olunmayıb. Şübhə yoxdur ki, dövlət başçısının Sərəncamı ilə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtımızda və bütün ölkə ərazisində optimallaşdırmanı yüksək səviyyəyədə təmin edəcək.
Xəbər lenti
Hamısına baxAnalitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06

