/ / Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatına üzv olan bir sıra dövlətlərin bu təşkilatdakı daimi nümayəndələrini qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatına üzv olan bir sıra dövlətlərin bu təşkilatdakı daimi nümayəndələrini qəbul edib
07.07.2011 [09:59]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Birləşmiş Millətlər Təşkilatına üzv olan bir sıra dövlətlərin bu təşkilatdakı daimi nümayəndələrini qəbul edib.
Prezident İlham Əliyev bu səfərin nümayəndə heyətinin üzvləri üçün ölkəmizi daha yaxından tanımaq və eyni zamanda, ikitərəfli əlaqələrin genişlənməsinə kömək göstərmək baxımından əhəmiyyətindən danışıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın BMT-də təmsil olunan ölkələrlə yaxşı əlaqələri var. Qonaqların təmsil etdikləri ölkələrlə Azərbaycanın siyasi əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev həmin ölkələrlə gələcəkdə iqtisadi əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın hazırda sürətlə inkişaf edən ölkə olduğunu və qarşılıqlı sərmayələrin qoyuluşunun müsbət nəticə verə biləcəyini vurğulayıb və deyib ki, Azərbaycanın güclü iqtisadi potensialı mövcuddur, müxtəlif qitələrdə nəhəng sərmayə qoymaq imkanları var və nümayəndə heyətinin səfəri zamanı bu imkanların nəzərdən keçirilməsi mümkündür. Prezident İlham Əliyev Azərbaycanın bölgələrindən birinə də səfər etmələrinin nümayəndə heyətində ölkəmiz haqqında yaxşı təəssürat yaratmağa kömək edəcəyinə əminliyini ifadə edib.
Nümayəndə heyəti adından danışan Qambiyanın BMT yanında daimi nümayəndəsi xanım Süzan Vaffa-Oqu bildirib ki, ölkəmizə səfərlərindən məmnundurlar. Qəbula görə Prezident İlham Əliyevə təşəkkür edən qonaq Azərabaycanın BMT-dəki daimi nümayəndəliyinin fəaliyyətini də yüksək qiymətləndirib. “Azərbaycan haqqında kənardan məlumat almaq mümkündür. Lakin səfər zamanı biz Azərbaycan haqqında birbaşa daha dolğun məlumat əldə edə biləcəyik”, - deyən BMT təmsilçisi səfərlərinin müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Prezident İlham Əliyev bildirib ki, ikitərəfli əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılmalıdır. “Bunun üçün bizim siyasi əlaqələrimiz var”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, ikitərəfli əlaqələr iqtisadi sahədə də genişlənməlidir. Azərbaycanın bu sahədə çox işlər görə biləcəyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, ölkəmiz daim sərmayə qoymaq imkanlarından daha səmərəli istifadə etmək axtarışındadır. Prezident İlham Əliyev əlaqələrin beynəlxalq formatda genişləndirilməsi zərurətindən də danışıb. Dövlətimizin başçısı nümayəndə heyətinin üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. Qeyd edib ki, erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları barədə BMT Təhlükəsizlik Şurası, Baş Məclisi və digər beynəlxalq təşkilatların qətnamə və qərarları var. Bu sənədlərin kağız üzərində qalmasından təəssüf hissi keçirdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, birgə çalışaraq elə bir mexanizm yaradılmalıdır ki, bu cür qərarlar icra edilsin. Dövlətimizin başçısı deyib ki, ölkələr bir-birinin problemlərinə həssas yanaşmalı və kömək etməlidir. Azərbaycanın açıq ölkə olduğunu deyən Prezident İlham Əliyev BMT-dəki nümayəndəliyimizin xalqlar və ölkələr arasında əlaqələrin daha yaxşı qurulması üçün fəal iş gördüyünü söyləyib.
Azərbaycan Prezidenti nümayəndə heyətinin üzvlərinə təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına salamlarını çatdırmağı xahiş edib və onları münasib bildikləri vaxtda Azərbaycana səfərə dəvət edib.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

