Şimaldan Cənuba, Şərqdən Qərbə...
18.07.2023 [10:35]
Nəqliyyat sektorunun inkişafı ilə bağlı ardıcıl siyasət
Biz son illərdə regional və qlobal miqyasda Azərbaycanla bağlı davamlı müsbət prosesləri müşahidə edirik. Məlum geosiyasi gərginliklər və meydana çıxan yeni çağırışlar fonunda geniş Avrasiya coğrafiyasında respublikamızın önəmi getdikcə artır. Ölkəmiz mühüm beynəlxalq tədbirlərin keçirildiyi, dünya gündəminin aktual məsələləri ətrafında müzakirələrin aparıldığı və zəruri qərarların qəbul edildiyi bir məkana çevrilib. Prezident İlham Əliyevin Avropada, Asiyada, ərəb dünyasında hətta ölkəmizin üzv olmadığı platformaların tədbirlərinə fəxri qonaq qismində dəvət olunması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasının, mövqeyinin möhkəmlənməsinin əyani təzahürüdür. Burada müxtəlif faktorların rolunu sadalaya bilərik. Əlbəttə ki, Azərbaycan dövlətinin siyasi iradəsi, regional və qlobal əməkdaşlığın dərinləşməsinə, təhlükəsizliyin möhkəmlənməsinə güclü səy göstərməsi, yaratdığı yeni reallıqlar ölkəmizin müsbət imicinin formalaşmasını şərtləndirən əsas amillər qismində çıxış edir. Azərbaycanın özünün ardıcıl və qətiyyətli siyasi iradəsini proseslərə praktiki müstəvidə sanballı töhfələr verməklə tamamlaması tərəfdaşların ölkəmizə etimadını gücləndirir.
Geniş imkanlar
Artan geosiyasi gərginliklər fonunda dünyada Azərbaycanın cəlbediciliyini artıran digər mühüm amil isə ölkəmizin coğrafi mövqeyi və təqdim etdiyi nəqliyyat imkanları ilə bağlıdır. İyulun 11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında dövlətimizin başçısı nəqliyyat sektorunun ölkəmiz üçün prioritet sahələrdən biri olduğunu vurğulayaraq deyib: “Bizim digər sahələrdəki vəzifələrlə bağlı deyə bilərəm ki, xüsusilə son vaxtlar nəqliyyat sektorunun əhəmiyyəti daha da artır. Çünki bəzi məhdudlaşdırıcı tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın əlverişli coğrafi vəziyyəti, əlbəttə ki, bizim üçün əlavə imkanlar yaradır. Bildiyiniz kimi, biz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparırıq və öz ərazimizdə infrastrukturu demək olar ki, əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirmişik. Amma bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir. Eyni zamanda, bu sahə bizim üçün prioritet sahələrdən biridir”.
Hazırda məlum səbəblərə görə Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Rusiyadan keçən marşrutlara da təhlükəsizlik nöqteyi-nəzərindən və bir sıra başqa səbəblərdən diqqət azalıb. Belə heç də adi olmayan bir şəraitdə ayrı-ayrı ölkələr və daşıma şirkətləri Azərbaycanın imkanlarından yararlanmağa üstünlük verirlər. Azərbaycan isə öz növbəsində son 20 il ərzində böyük həcmlərdə investisiyalar yönəltməklə yaratdığı müasir infrastruktur sayəsində Avrasiya coğrafiyasında nəqliyyat sektoru ilə bağlı yeni çağırışları qarşılamaq üçün geniş imkanlara malikdir. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Eyni zamanda respublikamız son vaxtlarda aktuallığı artan Transxəzər (Orta Dəhliz) marşrutunun də çox mühüm həlqələrindən birini təşkil edir. Respublikamız, həmçinin perspektivdə Zəngəzur dəhlizinin yaradılmasını hədəfləyib. Son illərdə həm bütün respublika üzrə, həm də funksional dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Prezident İlham Əliyev müxtəlif auditoriyalardakı çıxışlarında yol təsərrüfatına yönəldilən investisiyaları ölkənin gələcəyinə qoyulan sərmayələr kimi səciyyələndirib. Beləliklə, ölkə ərazisindən keçən dəhlizlər üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Hazırda respublikamızdan Rusiya, Gürcüstan, İran sərhədinə, necə deyərlər, şüşə kimi hamar yollar uzanır. Bu yollar üzərində yüksək səviyyəli logistika xidmətləri təşkil olunub.
Avtomobil yolları ilə yanaşı, müxtəlif istiqamətlərə uzanan dəmir yolu xətlərində də əsaslı yenidənqurma işləri görülüb, maddi-texniki baza möhkəmləndirilib, işarəvermə xidməti yenilənib. Paralel şəkildə, su nəqliyyatının potensialının artırılması qayğısına qalınıb. Bu gün respublikamız Xəzərdə ən böyük daşıma donanmasına sahibdir. Eyni zamanda respublikamızda bütün növ sərnişin və ağır yük təyyarələrini qəbul etmək imkanlarına malik beynəlxalq səviyyəli hava limanlarının sayı getdikcə artır. Artıq regionlarda da belə hava limanları fəaliyyət göstərirlər. O cümlədən Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə Füzulidə və Zəngilanda olmaqla iki beynəlxalq səviyyəli hava limanı inşa edilərək istifadəyə verilib, üçüncü hava limanı isə Laçında yaradılır.
İki mühüm nəqliyyat infrastrukturu
Azərbaycanın nəqliyyat imkanlarının genişlənməsindən bəhs edərkən ölkəmizin böyük həcmlərdə investisiyalar yönəltdiyi iki mühüm layihənin önəmini xüsusi qeyd edə bilərik. Bunlardan biri 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttidir. BTQ-ın uzunluğu təxminən 850 kilometrdir ki, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Avropa ilə Asiya arasında ən qısa bağlantı olan Bakı-Tbilisi-Qars dəmir yolunun siyasi və iqtisadi önəmi kifayət qədər böyükdür. Çox haqlı olaraq yeni dəmir yolu bağlantısını iqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə edirlər. Yeni dəmir yolu xəttinin, həmçinin Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edir. Azərbaycanın təşəbbüsü və moderatorluğu ilə ərsəyə gələn yeni nəqliyyat marşrutu region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına yeni imkanlar yaradıb. BTC-nin fəaliyyəti yol boyunca yerləşən ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə müsbət təsir göstərir. İndiki mərhələdə Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə ildə təqribən 6-8 milyon ton yük daşınır. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 3 milyon sərnişin, 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur.
Güclü dövlət olan Azərbaycan həmçinin liderlik keyfiyyətləri nümayiş etdirərək Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Bu liman hazırda dünyada mövcud olan ən yüksək standartlar səviyyəsində inşa olunub. Yeni liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz olunub ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 gəmi yan ala bilər.
Ələtdə yaradılan ticarət limanı hazırda Orta Dəhlizin çox mühüm seqmentlərindən birini təşkil edir. Buradan aşırılan yükləri, eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub marşrutlarına da istiqamətləndirmək mümkündür. Öz növbəsində ölkəmizin nəqliyyat infrastrukturunun genişləndirilməsi planları Bakı Beynəlxalq Dəniz Ticarət Limanını da əhatə edir. Bununla bağlı zəruri tədbirlərin görülməsinə start verilib. Genişləndirmə layihəsinə əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılacaq. Bununla bağlı artıq bütün göstərişlər verilib və layihənin həyata keçirilməsinə vəsait ayrılıb.
Biz bunun nəticələrini görürük
Azərbaycanın iqtisadi siyasətinin hədəfi təkcə yüklərin ölkəmizin ərazisindən keçməsi deyil, həm də biznesin bu imkanlardan daha çox yararlanmasını təmin etməkdir. Yuxarıda bəhs etdiyimiz beynəlxalq dəhlizlər ölkəmizin bir sıra regionlaından keçir. Digər regionlardan gələn yollar da optimal marşrutlarla Şimal-Cənub, Şərq-Qərb və Orta Dəhlizə inteqrasiya edilib. Zəngəzur dəhlizi açıldıqdan sonra işğaldan azad edilmiş ərazilərimiz də bu şəbəkəyə qoşulacaq. Beləliklə, ölkə ərazisindən daşımaların artması ilə regionlarda biznesin genişləndirilməsi, əlaqəli istehsalatların qurulması üçün geniş imkanlar yaranıb. Prezident İlham Əliyev müşavirədəki çıxışında mühüm bir ideyanı gündəmə gətirib. Söhbət ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər boyunca biznes imkanlarının genişləndirilməsindən gedir. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı “Mən bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, bizim istəyimiz təkcə böyük yükləri aşıran tranzit ölkə olmaq deyil. Bizim istəyimiz odur ki, bu nəqliyyat marşrutları üzərində istehsal sahələri yaradılsın, biznes imkanları yaradılsın, sərmayə qoyulsun. Biz öz işlərimizi bu istiqamətdə aparmalıyıq, o cümlədən qonşu ölkələrlə təmaslar əsnasında. Hüquqi baza var, sənaye zonaları artıq uzun illərdir ki, fəaliyyət göstərir. Ələt Azad İqtisadi Zonasının rəsmi açılışı oldu və dövlət tərəfindən qoyulan sərmayə artıq nəticə verməyə başlamışdır. Özəl investorlar da artıq cəlb edilib və biz bunun nəticələrini görürük”, - deyə vurğulayıb.
Qeyd olunan məsələ ilə bağlı dövlətimizin başçısı hökumətə müvafiq tapşırıqlarını da verib. Nəqliyyat dəhlizlərinin biznesə olan təsiri haqqında konseptual qaydada bir araşdırma aparılmalı və hədəf müəyyənləşdirilməlidir. Belə bir suala aydınlıq gətirilməlidir: Biz nə istəyirik? Perspektiv planların detallarına diqqət çəkən Prezident İlham Əliyev deyib: “Ölkə ərazisində Cənubdan Şimala və Şərqdən Qərbə gedən yollar demək olar ki, rayonlarımızın əksəriyyətini əhatə edir. Deməli, hər bir istiqamət üzrə spesifikaya görə, iqlimə görə, ixtisaslaşmaya görə xüsusi bir biznes imkanları olmalıdır. Hökumət üzvləri bu məsələ ilə bağlı öz təkliflərini hazırlasınlar. Bizim ümumi biznesin inkişafı konsepsiyamız var, müxtəlif alətlər var, o cümlədən güzəştli kreditlər və digər alətlər. Yəni, bunu indi nəqliyyat marşrutları prizmasından da təhlil etsək, məncə yaxşı olar”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

