Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hədəflər bəllidir!

Hədəflər bəllidir!

27.07.2023 [10:40]

Dünyaya strateji həmrəylik nümunəsi...

Bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir!

Vətən müharibəsi regionda yeni siyasi reallıqlar yaratmaqla yanaşı, Cənubi Qafqazın gələcəyini müəyyən edəcək bəzi amilləri də dünyaya təqdim etdi. Həmin dövrə qədər sadəcə olaraq regional inkişafın şaxələndirilməsi istiqamətində xarakterizə edilən Azərbaycan-Türkiyə işbirliyi artıq regional güc mərkəzi statusu qazandı. Hər zaman qardaşlıq, dostluq və yaxın qonşuluq nümunəsi sayılan münasibətlər yeni statusda təqdim edildi - bu münasibətlərin inkişafı yeni siyasi, iqtisadi və hərbi mənzərə formalaşdırdı. Artıq regionun faktiki sabitləşdirici faktoru kimi Azərbaycan-Türkiyə birliyi təqdim olundu. Tarixən özünün xarici siyasətində qarşılıqlı şəkildə bir-birinin mənafeyini və maraqlarını qoruyan, dəstəkləyən bu iki dövlət yeni mərhələdə regionun inkişaf istiqamətlərini müəyyənləşdirir, əməkdaşlıq platformalarının xarakterini formalaşdırır, Şərq-Qərb əməkdaşlıq tranzitinin keçid stansiyalarının fəallaşması üçün işbirliyi ortaya qoyur. Bu isə qarşıdakı dövr üçün hər iki dövlətin qarşısına yeni siyasi çağırışlar perspektivi qoyur. İki dövlətin liderlərinin arasındakı qardaşlıq və dostluq nümunəsi dünyanın siyasi mənzərəsinə yeni ştrixlər əlavə edir - bu, digər dövlətlərin, xüsusilə türkdilli dövlətlərin əməkdaşlıq və dostluq nümunəsinə çevrilir, işbirliyinin sərhədlərini genişləndirir, qarşılıqlı etimad və inamı artırır. Bir sözlə, Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq, Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlıq regionun inkişafı üçün yeni üfüqlər formalaşdırır.

Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik - dayanıqlı sülhə nail olmalıyıq...

Şuşada Qlobal Media Forumunun açılış mərasimində sualları cavablandırarkən Prezident İlham Əliyev məhz bu amilə diqqət çəkib. Dövlət başçısı vurğulayıb ki, bizim Prezident Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktdır. Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda, Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulubdur: “Bu, çox gözəl təməldir və bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Mən deyərdim ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. O zaman Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik. Prezident Ərdoğan bir neçə dəfə ictimai şəkildə Türkiyənin mövqeyini bəyan etdi və digər dövlət rəsmiləri də bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Bu, bizim üçün çox böyük mənəvi və siyasi dəstək idi”.

İki ölkə arasındakı əməkdaşlıq günü-gündən genişlənir. Prezident İlham Əliyev vurğulayıb ki, əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik. Yəni, əməkdaşlığın yüksək səviyyədə olmadığı sahəni tapmaq çətindir: “Qardaşım Prezident Ərdoğanın yenidən seçiləcəyinə mənim şübhəm yox idi. Çünki onun hakimiyyətdə olduğu 20 il ərzində Türkiyə üçün etdiyi öz xalqına və ölkəsinə sadiqliyin təzahürüdür. Bu gün Türkiyə qlobal liderlərdəndir. Türkiyənin beynəlxalq nüfuzu ildən-ilə artır. Əlbəttə, Azərbaycanda elə bir adam tapmaq çətin olar ki, seçkilərin nəticəsindən məmnun olmasın. Əlbəttə ki, növbəti beş il ərzində biz sıx tərəfdaşlığımızı davam etdirəcəyik, dünya dəyişir, regionda vəziyyət dəyişir. Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, gələcək üçün təhlükəsizlik təmin edilməlidir. Həm qlobal məsələlərdə və xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmli və vacibdir, o, sabitləşdirici rol oynayır. Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir”.

Regional faktordan qlobal aktora - böyük uğura aparan yol...

Qeyd edildiyi kimi, müasir beynəlxalq münasibətlər sisteminin mühüm struktur elementlərindən birinə çevrilmiş qlobal xarakterli Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanaraq mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Vurğulanması zəruri olan məqam budur ki, Azərbaycanla Türkiyənin qarşılıqlı faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslar məhz hər iki ölkənin regional miqyasda və beynəlxalq müstəvidə bir-birinə dəstək olması, eyni zamanda, Ankara ilə Bakının dünya siyasətində mövqelərinin sürətlə güclənməsidir. Məhz bu faktor beynəlxalq münasibətlər sistemində hər iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığını şərtləndirməkdədir. Bütün bunlar isə ölkələrarası strateji əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərini gücləndirməklə regional təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verməkdədir.

Ümumiyyətlə, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının fonunda reallaşdırılan əməkdaşlıq platformaları regional miqyaslı strateji təmasları sıxlaşdıran və bölgənin siyasi, iqtisadi və hərbi təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bakı-Ankara tərəfdaşlığı regional miqyaslı, qlobal xarekterli müxtəlif enerji layihələrinin reallaşdırılmasını mümkün edib ki, bu da bölgənin iqtisadi inkişafını təmin edib, həmçinin iqtisadi təhlükəsizliyin təmin olunması işinə özünəməxsus fundamental töhfələr verib.

Digər tərəfdən, ölkələrarası mövcud strateji tərəfdaşlıq münasibətləri regionda perspektiv əməkdaşlıq platformalarının gerçəkləşdirilməsini də mümkün edir. Siyasi-diplomatik münasibətlərin sabit inkişaf tempi ilə davam etməsi, iqtisadi əlaqələrin hər iki ölkənin milli maraqlarına cavab verməsi, eyni zamanda, müxtəlif sahələrdə dərin əməkdaşlıq münasibətlərinin davam etdirilməsi deməyə əsas verir ki, Azərbaycan-Türkiyə münasibətləri permanent xarakter daşıyır. Bu isə nəinki regional təhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsinə, hətta beynəlxalq təhlükəsizliyin təmin olunmasına əhəmiyyətli töhfələr bəxş edir.

Nəticə etibarilə, Azərbaycan-Türkiyə münasibətləri mütəmadi inkişaf tendensiyasına malikdir və hər iki ölkənin qarşılıqlı faydalı əməkdaşlığı müasir beynəlxalq münasibətlər sistemi üçün fundamental əhəmiyyət kəsb etməklə yanaşı, həm də regional təhlükəsizliyin qarantı qismində çıxış edir.

Dövlət başçısının vurğuladığı kimi, Türkiyə Respublikasının son 20 ilə yaxın zaman kəsiyində əldə etdiyi nailiyyətlər xüsusilə diqqət çəkir - bu dövr ərzində Türkiyə özünün iqtisadi- siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə başlayıb. Son bir neçə il isə Türkiyə üçün xüsusilə mühüm əhəmiyyət daşıyır - Avroasiya məkanında yaşanan katklizmlərdə Türkiyənin rolu, bu ölkənin hərbi müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan yeni tipli silahların yaradılması, ən əsası isə mühüm bir coğrafiyada siyasi liderlik statusuna yüksəlməsi Türkiyənin Yaxın Orta Şərq, Avropa, Qafqaz regionunda apardığı siyasətin daha da möhkəmlənməsinə yol açıb. Siyasi münasibətlərdə yeni səhifələrin açılması, Aralıq dənizi hövzəsində müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Yaxın Orta Şərqdə siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, hətta NATO-nun gələcəyində oynadağı mühüm rol, Qafqazda siyasi münasibətlərin müəyyənləşməsinə təsiri Türkiyənin qarşıdakı dövr üçün mühüm hədəflərinin strateji yol xəritəsidir...

Şuşa Bəyannaməsi” regionun yeni təhlükəsizlik konsepsiyasıdır

Azərbaycan ilə Türkiyənin qarşılıqlı münasibətlərinin ən yüksək zirvəsi isə “Şuşa Bəyannaməsi” sayılır. Prezident İlham Əliyev Şuşada Qlobal Media Forumunun açılış mərasimində bildirib ki, İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur “Şuşa Bəyannaməsi”ni imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq: “Həmin Bəyannamə bu mehmanxanadan bir neçə yüz metr kənarda imzalanıb və münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırıb. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır. Baxmayaraq ki, bundan öncə də Azərbaycan və Türkiyə bir çox sahədə birlik, həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirib”.

Bu sənəd tək iki dövlətin starteji əməkdaşlığının miqyasını və sərhədlərini müəyyənləşdirmir - həm də regionun yeni siyasi statusunu ortaya qoyur. Artıq bütün dünya Cənubi Qafqazda tək hədəfli iki dövlətin yaratdığı güc mərkəzini qəbul edir. Bəlli olduğu kimi, “Şuşa Bəyannaməsi”ndə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub.  Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə müdafiə məsələlərinin əks olunması isə elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb. Bütün bunlar isə kompleks şəkildə həm hər iki dövlətin, həm də ümumən  regionun yeni təhlükəsizlik konsepsiyasını təşkil edir.

Daha güclü Türkiyə, daha güclü Azərbaycan üçün...

İki ölkə arasındakı birlik, həmrəylik  anlayışı, fəlsəfəsi həm milli, həm regional miqyaslı, həm də bəşəri xarakterlidir. Azərbaycan ilə Türkiyənin təşəbbüsləri, fəaliyyəti, eyni zamanda, İslam coğrafiyasında, Türk dünyasında sülhə, təhlükəsizliyə, əməkdaşlığa və ən əsası, həmrəyliyə yönəlib. Əslində hər iki dövlətin qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəflərin siyasi etüdləri və motivləri eynidir - hər iki dövlət dünyaya barış, mehriban birgəyaşayış çağırışı edir, sivilizasiyalararası dialoqun təşviqini həyata keçirir. İki ölkənin strateji yaxınlığı sözün əsl mənasında, qlobal həmrəylik amili faktorunun qabardılmasına xidmət göstərir. Heç şübhəsiz, iki ölkənin bu kimi təşəbbüsləri ümumbəşəri xarakter daşıyır, dünya siyasi və mədəni irsinin qorunmasına, zənginləşməsinə, mədəniyyətlər arasında dialoq və inteqrasiyaya xidmət edir. Bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir. İki qardaş ölkənin Liderləri istənilən məkan və zamanda söz ilə əməlin vəhdətini nümayiş etdirir, yeni zirvələrə birlikdə addımlayırlar. Bu, həm daha güclü Türkiyə və Azərbaycan deməkdir, həm də regionda, İslam coğrafiyasında, Türk dünyasında və dünyada sülhə, firavanlığa qarşılıqlı anlaşmaya və həmrəyliyə töhfədir. Biz birlikdə güclüyük!

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 488 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31