Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sülhün səsi Ankaradan gələcək!

Sülhün səsi Ankaradan gələcək!

12.08.2023 [11:10]

Cənubi Qafqazda Türkiyənin rolu artır

2020-ci il Vətən müharibəsi regionda yeni şərtlər formalaşdırmaqla yanaşı, güc balansını da dəyişdi. Belə ki, prosesləri dəyərləndirən bəzi güc mərkəzləri artıq etiraf edirlər ki, Cənubi Qafqaz yeni inkişaf mərhələsində siyasi-iqtisadi münasibətlər sisteminin ən mühüm “stansiyalarındandır” və bu mənada bölgədə stabilliyin formalaşması qlobal cəhətdən də mühüm məna kəsb edir. Bu baxımdan da, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin yaxın zamanda normallaşması, sülhün əldə olunması qlobal iqtisadi münasibətlər kontekstindən də zəruri hal kimi vurğulanır. İki ilə yaxındır ki, davam edən danışıqlar prosesinin uzanması, bəzi məqamlarda dalana dirənməsi isə Ermənistanın yaratmağa çalışdığı süni maneələrdən qaynaqlanır. Prosesi diqqətdə saxlayan benəlxalq güclər isə şərq-qərb tranzitinin əsas keçid məntəqələrindən biri olan Cənubi Qafqazda siyasi-hərbi stabilliyin formalaşmasında israrlıdır.

İndiki halda, prosesin inkişafına regional güc mərkəzlərinin müdaxiləsi mütləq zəruri hal almaqdadır. Bunu anlayan və görən qlobal oyunçular özləri də etiraf edirlər ki, sülhün formalaşması üçün əsas regional aktorun - Türkiyənin müdaxiləsi qaçılmazdır.

Ankaranın rolu arta bilər...

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Moskvanın və Ankaranın rolu barədə maraqlı fikirlər səsləndirib. Miller ənənəvi brifinqdə dövlət katibi Blinkenin türkiyəli həmkarına ötən şənbə günü zəng etdikdən sonra Türkiyənin sülh prosesindəki hazırkı roluna da toxunub. O bildirib ki, bu barədə ətraflı danışmaq istəmir - bu, özəl diplomatik söhbətdir: “Lakin biz inanırıq ki, Türkiyə digər məsələlərdə olduğu kimi, bu məsələdə də məhsuldar rol oynaya bilər”.

Beləliklə, ABŞ rəsmisinin bu fikirləri olduqca mühüm nüanslara söykənir.  Ankaranın Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasında daha məhsuldar rol oynaya bilər fikri ABŞ-ın regionda yeni siyasi situasiya formalaşdığının etirafı kimi də qəbul oluna bilər. Vaşinqton Türkiyənin böyük və mühüm rolunu qəbul edir, sülhün formalaşmasında daha aktiv fəaliyyətini arzulayır

Türkiyə stabilləşdirici faktor kimi...

Bəli, Türkiyə regionun əsas siyasi oyunçularından biri kimi prosesdə fəal şəkildə iştirak edir. Rəsmi Ankara “Şuşa bəyannaməsi”nə əsasən Azərbaycanla strateji və hərbi müttəfiqdir. Eyni zamanda, Ermənistan ilə münasibətlərin nizamlanması üçün mühüm prosesə start verilib. Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəaliyyət göstərir. Bütün bu faktlar Türkiyənin sül?yaratma prosesində daha aktiv rol almaq imkanlarını ortaya qoyur.

Ən əsası isə, Türkiyə vasitəçilik missiyasını daha uğurlu şəkildə həyata keçirməyi bacarır - rəsmi Ankara bu faktı Ukrayna ilə Rusiya arasında vasitəçiliyi ilə sübut edib. Hətta BMT-nin baş katibi Antonio Quterreş belə Türkiyənin prosesdəki rolunu əvəzsiz adlandırıb. Müharibənin ən qızğın dövründə belə rəsmi Ankara tərəfləri bir masa arxasına gətirməyi bacardı - dünyanın əsas diqqət mərkəzində olan “taxıl dəhlizi” məsələsinə təminatçı oldu.

Toxunulası mühüm məqamlardan biri Türkiyənin mövcud siyasi-hərbi vəziyyətidir. Türkiyə regionun əsas hərbi gücüdür - bu danılmaz faktdır. Əgər regionda hansısa hərbi disbalans yaranacaqsa, burada Türkiyənin iştirakı qaçılmaz olacaq, hətta ən azından onun bu hərbi kataklizmə münasibəti əsas kimi götürüləcək. Yəni, bütün hallarda baş verə biləcək fors-major situasiyada belə Türkiyənin iştirakı mütləqdir. Bu mənada, tənzimləyciyi rolda Ankaranın çıxışı ən real hal sayılmalıdır.

Bu, Ermənistana da dividend vəd edir

İlk növbədə isə Azərbaycan ilə Türkiyə arasındakı strateji müttəfiqlik Cənubi Qafqaz regionunun gələcək inkişafı üçün mühüm perspektivlər formalaşdırır. Ölkələr arasındakı birlik, həmrəylik anlayışı, fəlsəfəsi həm milli, həm regional miqyaslı, həm də bəşəri xarakterlidir - Azərbaycan ilə Türkiyənin təşəbbüsləri, fəaliyyəti regionda sülhə, təhlükəsizliyə, əməkdaşlığa və ən əsası, həmrəyliyə yönəlib. Azərbaycan və Türkiyə bütün addımlarında sülhpərvərliklərini, humanist dəyərlərə əsaslandıqlarını bütün dünyaya nümayiş etdirirlər. Heç şübhəsiz, həm Azərbaycanın, həm də Türkiyənin regionda davamlı sülhün formalaşması, münasibətlərin inkişaf etdirilməsi istiqamətində atdığı addımlar əsaslı hədəflərə istiqamətlənib - bu addımlar bütövlükdə regionun inkişaf tempinə sürət qazandıracaq, region ölkələrinin yeni mərhələdə iqtisadi inkişafını təmin edəcək.

Ermənistan isə Azərbaycanla yanaşı, həm də Türkiyə ilə münasibətlərini normallaşdırmağa çalışır. İrəvan üçün Türkiyənin prosesə aktiv müdaxiləsi, sülhyaratma prosesində fəal iştirakı  mühüm dividendlər vəd edə bilər. Başqa sözlə, Türkiyənin həm də sülhə təminat verməsi Ermənistan ilə aralarındakı etimad mühitinin daha da güclənməsinə yol açar. Onsuz da Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, Ermənistanla yürüdülən proses Azərbaycanla məsləhətləşmələr fonunda inkişaf etdirilir.

Sülhə veriləcək töhfələr...

Türkiyə Respublikasının son 20 ilə yaxın zaman kəsiyində keçdiyi siyasi yol, əldə etdiyi nailiyyətlər onun qlobal aktor kimi səciyyələndirilməsini şərtləndirir. Bu dövr ərzində Türkiyə özünün iqtisadi-siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə başlayıb. Son bir neçə il isə Türkiyə üçün xüsusilə mühüm əhəmiyyət daşıyır - Avroasiya məkanında yaşanan kataklizmlərdə Türkiyənin rolu, bu ölkənin hərbi müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan müasir silahların yaradılması, ən əsası isə mühüm bir coğrafiyada siyasi liderlik statusuna yüksəlməsi yeni dövr üçün mühüm perspektivlər formalaşdırır. Qarşıdakı zaman kəsiyində proseslərin inkişafı Türkiyənin Cənubi Qafqaz regionundakı tənzimlənmə  prosesinə də töhfə vercəyini deməyə əsas verir. Siyasi münasibətlərdə yeni səhifələrin açılması, regional əlaqələrinin dərinləşdirilməsi, siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, Qafqazda siyasi münasibətlərin aydınlığa qovuşmasındakı təsir imkanları Türkiyənin bu vəzifəni uğurla üstələnə bilmə imkanlarını nümayiş etdirir. Beləliklə, Türkiyə artıq regional müstəvidə deyil, qlobal səviyyədə öz sözünə sahib olan dövlətlərdən sayılır. Qardaş ölkə yeni siyasi-iqtisadi münasibətlər sisteminə yeni imkanlarla qədəm qoymağa hazırlaşır.

Türkiyə yeni impuls gətirir...

ABŞ-ın Cənubi Qafqazda sülhün bərpasında Ankaranın iştirakının vacibliyini önə çəkməsinin altında mühüm məqamlar yatır. Türkiyə son dövrlərdə müstəqil qlobal aktor kimi bir sıra regionlarda sabitliyin formalaşması prosesində iştirak edir. Məsələn, Yaxın Orta Şərq, Aralıq dənizi hövzəsi, eləcə də Mərkəzi Asiyada sabitləşdirici faktor kimi önə çıxan Türkiyə  mühüm uğurlara imza atıb. Ərəb dünyasında birləşdirici funksiya üstlənən Ankara barışıdrıcı mövqe sərgiləyir - Türkiyənin Yaxın Orta Şərqin inkişafı, bu regionda sabitliyin bərqərar olması  prosesindəki rolu artdıqca yeni nizam ortaya çıxır. Bu isə özündə mühüm yenilikləri və çağırışları əks etdirir. Orta Şərqin enerji resurslarının dünya bazarına çıxarılması, yeni inteqrasiya mühitinin formalaşdırılması, Avropa və digər regionlarla qarşılıqlı əlaqələrin bərpası burada əsas şərt qismində çıxış edir. Təbii ki, bu, çoxtərəfli əlaqələrin qurulması, nizamın formalaşması üçün paralel addımlar atılmalıdır - yəni, bu proses həm də region dövlətlərinin rəsmi Təl-Əvivlə də əlaqələrinin inkişafını şərtləndirir. Bu baxımdan da Türkiyənin hazırda stabilləşdirici faktor kimi önə çıxması əsaslıdır. Ötən il İsrail-Azərbaycan və İsrail-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyması ilə seçilmişdi. Bu mənada, İsrail ilə Türkiyə arasında münasibətlərin yenidən qurulması xüsusilə əhəmiyyətlidir. Nəzərə alsaq ki, həm Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır. Bu dövlətlər arasında əməkdaşlığın formalaşması Yaxın Orta Şərqdə dialoq mühitinin formalaşmasına əsas yaradır. Bu iki ölkə arasındakı əlaqələrin müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi formalaşdırır. Qarşılıqlı şəkildə diplomatik münasibətlərin bərpası isə çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirir.

Yeni siyasi hədəflər sırasında...

Türkiyənin yeni dövrdə siyasi proseslərin mərkəzində yer almaq istəyi isə onun gələcək hədəfləri ilə uzlaşır. Türkiyənin xarici siyasət idarəsinin yeni rəhbəri Hakan Fidan 14-cü dəfə təşkil edilən Səfirlər Konfransının Ankaradakı toplantısındakı çıxışı zamanı  Türkiyənin xarici siyasətdəki əsas hədəflərinin 4 strateji xəttini açıqlayan zaman bildirmişdi ki, bölgədə sülh və təhlükəsizliyin bərqərar olması, xarici əlaqələri struktur əsaslarda inkişaf etdirilməsi, firavanlıq mühitini inkişaf etdirmək və qlobal məqsədlərə nail olmaq əsas hədəflərdir: “Birinci məqsədimiz olan sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində tədbirlərimizi və təşəbbüslərimizi gücləndirəcəyik. Təhlükəsizliyə, sülhə və sabitliyə ən böyük təhlükə terror təşkilatlarıdır. Bütün əlaqədar qurumlarımızla birlikdə terror təşkilatlarına göz yummayacağıq, nəfəs aldırmayacağıq. Bu istiqamətdə texnoloji imkanlarımızı artırmaqla yanaşı, xaricdəki dostlarımızla səmərəli əməkdaşlıq quraraq mübarizəmizi davam etdirəcəyik”.

Beləliklə, yeni siyasi gündəm yeni siyasi münasibətlər sisteminin formalaşmasını ortaya çıxarır. Bu siyasi gündəmin aparıcı siması isə birmənalı şəkildə Türkiyə Cümhuriyyətidir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31