Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İkiqat tarix!

İkiqat tarix!

18.10.2023 [10:14]

18 Oktyabr - müstəqilliyimizin və sərhədlərimizin bərpası günü

Təqvimi vərəqləyəndə ikiqat taixlərə çox az hallarda rast gəlmək mümkündür. Azərbaycan üçün belə tarix 18 oktyabrdır. 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı 70 ildən sonra müstəqilliyini bərpa edib. 2020-ci il 18 oktyabr tarixində isə daha bir əlamətdar hadisəyə şahidlik etdik. Həmin tarixdə 27 ildən sonra Xudafərin körpüsü işğaldan azad edildi və beləliklə də, Ermənistanın təcavüzü nəticəsində pozulmuş sərhədlərimizin bir hissəsi bərpa olundu.

Tarixi əhəmiyyət daşıyan qərar

Daim azadlıq ideyaları ilə yaşayan Azərbaycan xalqı XX yüzillikdə iki dəfə müstəqil dövlət qurmağa nail olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində çox mühüm bir mərhələni təşkil edir. Əslində, AXC-nin bəyan edilməsi 1828-ci ildə baş tutan işğaldan sonra xalqımızın itirilmiş dövlətçiliyinin bərpası idi. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika idi. AXC dövlət quruculuğunda, idarəetmədə bir sıra yeni, mütərəqqi ənənələrin əsasını qoyub. Ancaq AXC-nin ömrü uzun olmayıb - cəmi 23 ay yaşayıb və 1920-ci il aprelin 28-də süqut edib. Sonrakı mərhələdə respublikamız təxminən 70 il keçmiş SSRİ-nin tərkibində yaşasa da, xalqımız müstəqillik ideyalarını həmişə qəlbində yaşadıb və müstəqil dövlətini qurmağa can atıb. Belə tarixi fürsət isə ötən əsrin doxsanıncı illərinin əvvəlində yarandı.

Dövlət müstəqilliyinin bərpasına aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-da qəbul olunub. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul edilib. Bunun ardınca Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilib. Bu, tarixi əhəmiyyət daşıyan bir qərar idi. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.

Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Müstəqilliyimizin bərpasında və sonrakı mərhələdə onun qorunmasında Heydər Əliyevin müstəsna rolunu xüsusi qeyd etmək lazımdır. O, həmişə müstəqil respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirirdi və cümhuriyyət ideyalarının ölkədə daha geniş şəkildə yayılmasına çalışırdı. Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanın müstəqilliyə gedən yolunun, qurtuluş tarixinin əsası Heydər Əliyevin səyləri və cəsarəti sayəsində məhz qədim diyarda-Naxçıvanda qoyulub.

Ulu Öndərin xilas etdiyi, inkişafı üçün real əsaslar yaratdığı müstəqil Azərbaycan dövlətinin idarəçiliyi sonrakı mərhələdə də etibarlı əllərdə olub. 20 il bundan əvvəl-2003-cü il 15 oktyabr tarixində Azərbaycan Prezidenti seçilən İlham Əliyev həyata keçirdiyi məqsədyönlü siyasətlə müstəqil Azərbaycanı zirvələrdən-zirvələrə yüksəldir. Bəhs olunan dövrdə dünyada Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox azdır. Biz dünyada ziddiyyətli proseslərin getdiyi, tez-tez böhranların baş verdiyi bir dönəmdə yaşayırıq. Belə bir təlatümlü dönəmdə ayrı-ayrı ölkələr çətin sosial-iqtisadi problemlərin məngənəsinə düşürlər. Prezident İlham Əliyev isə davamlı, məqsədyönlü, konkret hədəflərə hesablanan siyasət həyata keçirməklə ölkəmizin tarixinə yeni-yeni inkişaf salnamələri yazır. Ötən dövrdə Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib. Bu gün ölkəmiz heç bir kənar qüvvədən, beynəlxalq maliyyə qurumlarından asılı deyil. Öz növbəsində iqtisadi müstəqillik  ölkəmizin siyasi müstəqilliyini şərtləndirir. Hazırda özünün güclü iqtisadi potensialına əsaslanan Azərbaycan dövləti xalqımızın, ölkəmizin milli maraqlarını qətiyyətlə qoruyur və tam müstəqil siyasi kurs həyata keçirir.

Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı ən böyük uğur isə, heç şübhəsiz ki, öz gücünə ərazi bütövlüyünü və Qarabağda suverenliyini tam təmin etməsidir. Bu gün müstəqil Azərbaycanın üçrəngli bayrağı respublikamızın bütn guşələrində əzəmətlə dalğalanaraq bizə sonsuz qürur yaşadır.

Xalqı sevindirən Xudafərin müjdəsi 44 günlük Vətən müharibəsi günlərində xoş bir ənənə yaranmışdı. Ordumuz hər dəfə yeni şəhər və kəndlərimizi işğaldan azad etdikcə Prezident İlham Əliyev sosial şəbəkə hesabındakı paylaşımlarında bu qələbələrin sevincini xalqımızla bölüşürdü. Dövlətimizin başçısının növbəti qələbə müjdəsi Xudafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı oldu. Prezident İlham Əliyevin tviter səhifəsində paylaşdığı “Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” tviti ölkəmizdə xüsusi coşqu ilə qarşılandı.

Qeyd edək ki, Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğal nəticəsində ölkəmizin İranla olan 132 kilometr uzunluğunda dövlət sərhədi bütünlüklə düşmənin nəzarətinə keçmişdi. 18 oktyabr 2020-ci il tarixində Xudafərin körpüsü ilə yanaşı, Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndləri, həmçinin bir sıra yüksəkliklər də işğalçılardan azad edilib. Bununla da İranla dövlət sərhəddimizin xeyli hissəsi bərpa olunub.  Hərbçilərimiz Xudafərinin azad edilməsi planını çox məharətlə hazırlayıblar və uğurla həyata keçiriblər. Əvvəlcə erməni hərbi birləşmələri ətrafdakı yüksəkliklərdən çıxarılıb. Bundan sonra hərbçilərimiz komandanlığın tapşırıqlarına uyğun olaraq körpüyə müxtəlif istiqamətlərdən yaxınlaşıblar. Xudafərinin azad edilməsi zamanı hərbiçilərimiz arasında itkilər olmayıb.

Xudafərin körpüsünün və Xudafərin kəndinin işğaldan azad edilməsi Vətən müharibəsinin əlamətdar hadisələrindən sayılır. Bu qələbə  Azərbaycan Ordusunun özünəinamını daha da artırıb, düşmənin həm hərbi, həm də psixoloji məğlubiyyətinə yol açan vacib amillərdən olub.

Xudafərin körpüləri Azərbaycan memarlığının nadir nümunələrindəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bu gün də öz əzəmətini saxlamaqdadır. Onlardan “Baş Xudafərin körpüsü” adlanan 11 aşırımlı körpünün uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Araz çayı üzərində salınan bu körpulər xalqımızın birlik rəmzlərindən biri sayılır.

M.ABDULLAYEV

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31