Zəfərin ayaq səsləri!
08.11.2023 [10:00]
8 Noyabr - 2020, 2021, 2022, 2023...
Bu gözəl qələbə günündə iliklərimizə qədər Zəfəri hiss etdiyimiz səhərin günəşi də bir başqa doğur sanki. Təbiət bütünlüklə dil açıb Zəfərin mübarək Azərbaycan deyə hayqırır.
Bu gün elə bir gündür ki, minlərlə igidin ruhu Qarabağdan boylanıb bizlərə gülümsəyir. Biz də gülümsəyirik. Ancaq qürur, minnətdarlıq dolu göz yaşlarımızla gülümsəyirik...
Bəlkə də, böyük Zəfərə gedən yolda yaşadığımız kədər, duyğu yüklü günlər bizi bu qədər qürurlu edib. Odur ki, uzaq yoldan gələn atasını qarşılayan övladın sevinci ilə qalxıb hazırlaşırıq. Yenə bir yumruq olub narahat ruhların rahatlıq tapdığı o tarixi günə şahidlik etmək üçün kimimiz küçələrə axışır, kimimiz də ekran qarşısına əyləşirik.
Bu kadrları izlədikcə 2020-ci ilin Zəfər paradını xatırlayıram. Həmin gün istər cismimizlə, istərsə də ruhumuzla Azadlıq meydanında bir az daha azad idik.
O gün Azadlıq meydanı da bir başqa məğrur idi. Çünki bu dəfə Müzəffər Ordunun ayaq səslərinə, cəngavər zabitlərin nəriltisinə şahidlik edirdi. Azərbaycan xalqı son 30 ildə Azadlıq meydanına da yeni bir ruh verdi. İllər boyu qanlı tarixlərə şahidlik edən bu məkan ilk dəfə Zəfərlərə, coşğulara şahidlik edirdi. İndi Azadlıq meydanı da daha azaddır. Ona görə ki, həmin gün bəlkə də, heç vaxt təkrarlanmayacaq, 100 ildə bir görünən Qələbənin tarixi yazılırdı.
Biz Azadlıq meydanında uyuyan ruhlarla salamlaşarkən uzaqdan qulağımıza xoş bir səs gəlirdi. Bu səs böyük Zəfərə inamla, vüqarla addımlayan Azərbaycan əsgərinin ayaq səsləri idi. Əslində bu səslərin sədası bizə lap əvvəldən - Qarabağdan gəlirdi. Dünən Qarabağı qarış-qarış düşməndən azad edən müzəffər əsgərin ayağı bu gün Xəzərin sahilində möhür vururdu. Qürurunu sözlərə sığışdıra bilmədiyimiz bu əziz gün bizim üçün özündə çox böyük anlamları ifadə edirdi. Odur ki, illər əvvəl də söz verildiyi kimi, Şuşaya sancılan o müqəddəs bayraq bu gün Azadlıq meydanında dalğalanmaq üzrə parada daxil olmuşdu. Qarabağın ürəyi Şuşada dalğalanan Azərbaycan bayrağının Bakıda hərbi paradda göstərilməsi Azərbaycan xalqı üçün əsl Qələbə, əsl Zəfər günü idi. Sözsüz ki, dünyanın da gözü bu anlarda Azərbaycanın üzərində idi. Çünki Azərbaycan diplomatik çıxışlarında qeyd etdiyi bütün məqsədlərə çatmış və Zəfərini qeyd etmişdi. Hələ də heyrət içində olan dünya ölkələri yəqin ki, bu möhtəşəm paraddan sonra silkələnib özlərinə gəlmişdilər.
Həmin gün qalib ölkənin paytaxtı olan Bakı sevinirdi, qalib ölkənin Aranı, Cənubu, Şimalı, Qərbi, Şərqi, Qarabağı sevinirdi. Bu gün Azərbaycanın sevinci sərhədlərə sığmırdı. Bu gün Azərbaycan ona can, qan verən övladlarını bağrına basıb yenidən dirçəlirdi. Zəfərinə qədəm qoyurdu.
Bu Zəfərə təkcə Azərbaycan yox, ona qardaşı olan Türkiyə də sevinirdi. Sevincimizə sevinib, kədərimizə qəmlənən qardaşlarımız Zəfər günümüzdə də bizlərlə idi. Azərbaycanın Qarabağda əldə etdiyi bu Qələbə 2783 mehmetçik ilə Bakıya gəlib, qardaşlarına dayaq olan Qazi Mustafa Kamal Atatürkün övladlarının - Türkiyənin də Qələbəsidir.
Bu, ən başda milyonlarla məcburi köçkünün xilaskarına çevrilən, əzəli torpaqlarımızın bütövlüyünü təmin edən, “Dəmir Yumruq”la illərdir işğal altında qalan Vətən torpaqlarını azad edən Ali Baş Komandan İlham Əliyevin qələbəsidir.
Bu, vaxtilə “Gülüstan” sarayında Səməd Vurğun ideyasında “Azərbaycan” epopeyasının proloqu olan eyni adlı şeiri qəlbi, ruhu ilə səsləndirən, son misralardakı ahəngi ilə qəlbləri titrədən Heydər Əliyevin ruhunu şad edən Zəfərdir.
Bir də Vətən qəlbi, Vətəndaş qəlbi 2020-ci il Şuşanın azadlığı - torpaqlarımızın tamlığı, bütövlüyü ilə titrədi:
Ayrılmadı könül candan!
Bütöv oldu Azərbaycan!
Biz bugünkü Zəfər sevincimizi Qarabağın yalnız adını eşidərək böyüyən oğulların ürəyində daşıdığı Vətən sevgisinə, onu namus-qeyrət məsələsinə çevirib döyüşlərə atılan igidlərə borcluyuq. Neçə-neçə qəhrəman qardaşlarımızın qanı uğruna qazandığımız bu Zəfəri sonsuzadək qorumaq da bizim onlara sözümüz olsun. Rahat uyuyun qəlbi Qarabağla döyünüb, ruhu Qarabağda uyuyan igidlər...
İndi o ruhlarla bərabər Azərbaycan əbədi, ucalardan uca bir zirvəyə qalxır. O zirvə ki, ən böyük amalı Vətənlə başlayan oğulların qanı bahasına fəth edilib. Bu gün yenə bir ürəkdə, bir nəfəsdə deyirik: Zəfərinə xoş gəlmisən, Vətən! Zəfərin mübarək, Azərbaycan!
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
Siyasət
24 Oktyabr 20:13
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03

