Dünənin, bu günün və sabahın partiyası
21.12.2023 [10:20]
YAP-ın I Qurultayından 24 il ötür
Düz 24 il bundan əvvəl tarixin bu günündə - 21 dekabr 1999-cu ildə Yeni Azərbaycan Partiyasının (YAP) I Qurultayı keçirilib. Həmin qurultayda geniş nitq söyləyən partiyanın Sədri Heydər Əliyev o dövrdəki reallıqları və çağırışları nəzərə almaqla YAP-ın qarşısına mühüm vəzifələr qoyub. Ötən dövrdə Yeni Azərbaycan Partiyası bu vəzifələrin öhdəsindən layiqincə gələrək müstəqil Azərbaycanın inkişafında müstəsna rol oynayıb. YAP-ın təsis konfransı 1992-ci il 21 noyabr tarixində keçirilib. Dünya praktikasında çox az rast gəlinən haldır ki, partiya siyasi fəaliyyət meydanına atıldığı vaxtdan cəmi bir neçə ay sonra iqtidar partiyasına çevrilib.
Son dərəcə mürəkkəb şəraitdə yaranan partiya
Yeni Azərbaycan Partiyasının yaranmasında Heydər Əliyev şəxsiyyətinin müstəsna rolu olub. Keçmiş SSRİ-də tutduğu bütün yüksək vəzifələrdən sonra Heydər Əliyevin böyük siyasətə qayıtmaq niyyəti yox idi. Lakin Heydər Əliyevin qurultaydakı nitqində xatırlatdığı kimi, 1990-cı ildə İttifaq rəhbərliyinin bilavasitə göstərişi ilə Bakıda törədilən 20 Yanvar faciəsi, respublikamıza qarşı aparılan diskriminasiya siyasəti, edilən haqsızlıqlar Onu yenidən siyasətə qayıtmağa, xalqı ilə bir yerdə olmağa sövq edib.
Yeni Azərbaycan Partiyası heç də respublikada hakimiyyətə gəlmək məqsədi ilə yaradılmayıb. Məqsəd həmin dövrdə çətinliklərlə, daxili və xarici təhdidlərlə üzləşən Azərbaycanın dövlətçiliyini, müstəqilliyini qorumaq, xalqımızı gözləyən daha ağır müsibətlərin qarşısını almaq idi. Bunu xatırladan Heydər Əliyev “Bizim partiya sağlam düşüncə, sağlam fikir - xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədi ilə yarandı” deyə bildirib.
Həqiqətən də, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaranıb. Həmin dövrdə müstəqilliyini yenicə bərpa etmiş respublikamızda dərin siyasi və iqtisadi-sosial böhran yaranmışdı. Qeyri-legitim yolla 1992-ci ilin yazında hakimiyyətə gələn AXC - “Müsavat” iqtidarı cəmi bir il ərzində apardığı naşı siyasəti ilə ölkəni xaos, hərc-mərclik girdabına salmışdı. Vəziyyət sağlam qüvvələri narahat edirdi. Onlar çıxış yolunu görkəmli siyasətçi Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlməsində görürdülər. Beləliklə, 91 nəfər ziyalı siyasi fəaliyyət meydanına atılacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da o dövrdə Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevə müraciət etdi. Bu sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Təsis konfransında Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilib.
Çətin vəziyyətdə olan ölkəyə rəhbərlik etmək məsuliyyəti
YAP-ın I Qurultayı partiyanın yaranmasından yeddi il sonra təşkil olunub. Əlbəttə, qurultayı daha əvvəl də keçirmək mümkün olardı. Ancaq qurultayın yeddi ildən sonra keçirilməsi bir növ hesabat səciyyəsi daşıyırdı. Artıq ötən dövrdə partiyanın gördüyü işlər barədə danışmaq mümkün idi. Arxada qalan yeddi il ölkə və xalq naminə gərgin fəaliyyətlə keçmişdi. Heydər Əliyevin xatırlatdığı kimi, Onun üzərinə partiya sədrliyindən başqa, həm də çətin vəziyyətdə olan ölkəyə rəhbərlik etmək məsuliyyəti düşmüşdü. O, bu məsuliyyət yükünü vicdanla, ləyaqətlə çəkərək sözün əsl mənasında xilaskarlıq missiyası həyata keçirdi.
Son dərəcə keşməkeşli bir dönəmdə, XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizin itirilməsi təhlükəsi yarandığı bir vaxta - 1993-cü ilin yayında artıq bütün xalq YAP Sədri
Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıtmasını tələb edirdi. Başqası olsaydı, həmin xaotik vəziyyətdə həyatını və karyerasını təhlükəyə atmaqdan çəkinərək suların durlmasını gözləyərdi. Ancaq söhbət Heydər Əliyevdən gedirdi. Çətinliklərlə üzləşən xalqı Ona üz tutmuşdu, güvənmişdi. O, xalqın güvənini, inamını qırmağı Özünə rəva görə bilməzdi. Bilmədi də. Bakıya gəlib respublikanın idarəçilik sükanının arxasına keçməyə razılıq verdi. Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir qədər sonra isə O, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Və nəhayət, 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazandı. YAP Sədri, Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək dövlət başçısı kimi fəaliyyətə başladı. Onun aldığı müdrik qərarlar sayəsində ölkəmiz inkişafa doğru istiqamət götürdü
Qələbələr partiyası
Qurltaydakı nitqində partiyanın yeddi illik fəaliyyətini yüksək dəyərləndirən Heydər Əliyev həm də perspektivlə bağlı fikirlərini ifadə edərək “Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır”, - deyə bildirib.
Uzaqgörən Lider olan Heydər Əliyevin partiyanın gələcəyi ilə bağlı ifadə etdiyi nikbin fikirlər ötən dövrdə YAP-ın fəaliyyəti ilə özünü tam doğruldub. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçildi. Son 20 ildə respublikamızda siyasi hakimiyyətin varisliyi təmin olunub ki, bunun da sayəsində ölkə hədəflərinə doğru inamlı addımlar atır.
Ötən 31 ildə YAP daha da böyüyərək sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Partiyanın sıralarının genişlənməsi - hazırda YAP-ın 720 mindən çox üzvü var- bunu əyani şəkildə təsdiqləyir. YAP ötən dövr ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın Sədri İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat Mehriban xanım Əliyevaya göstərilən etimadın, onun çoxşaxəli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir. YAP-ın iqtidarda olduğu dönəmdə Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə isə Qarabağda suverenliyini tam təmin etməyə nail olub. Hazırda ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan gələn il fevralın 7-də keçiriləcək növbədənkənar seçkilərə hazırlaşır. Yeni Azərbaycan Partiyası seçkilərə özünün layiqli Lideri olan İlham Əliyevin namizədliyi ilə gedir. YAP-ın İdarə Heyətinin genişləndirlmiş iclasında İlham Əliyevi partiyanın namizədi kimi müəyyənləşdirməsi həm də bütün cəmiyyətimizin sosial sifarişi kimi qəbul olunur. Təxminən 30 ili əhatə edən işğal dövründə Azərbaycan cəmiyyətində belə bir yekdil qənaət formalaşmışdı ki, ərazi bütövlüyümüzü, suverenliyimizi hansı lider təmin etsə, ölkəyə rəhbərlik etməyə də onun haqqı var. Bu şərəfli missiyanı yerinə yetirən Lider isə məhz İlham Əliyev oldu.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17
YAP xəbərləri
24 Oktyabr 20:06
Dünya
24 Oktyabr 19:51
YAP xəbərləri
24 Oktyabr 19:15
İdman
24 Oktyabr 19:06
YAP xəbərləri
24 Oktyabr 18:50
YAP xəbərləri
24 Oktyabr 18:46
Gündəm
24 Oktyabr 17:30
YAP xəbərləri
24 Oktyabr 17:25
Dünya
24 Oktyabr 16:53
Siyasət
24 Oktyabr 16:52
YAP xəbərləri
24 Oktyabr 16:51
YAP xəbərləri
24 Oktyabr 16:50
YAP xəbərləri
24 Oktyabr 16:49
YAP xəbərləri
24 Oktyabr 16:46
YAP xəbərləri
24 Oktyabr 16:19
Dünya
24 Oktyabr 16:14
YAP xəbərləri
24 Oktyabr 16:05
YAP xəbərləri
24 Oktyabr 16:04
YAP xəbərləri
24 Oktyabr 15:56
YAP xəbərləri
24 Oktyabr 15:54
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:51
YAP xəbərləri
24 Oktyabr 15:48
YAP xəbərləri
24 Oktyabr 15:47
YAP xəbərləri
24 Oktyabr 15:44
YAP xəbərləri
24 Oktyabr 15:37
YAP xəbərləri
24 Oktyabr 15:30
YAP xəbərləri
24 Oktyabr 15:24
YAP xəbərləri
24 Oktyabr 15:03
YAP xəbərləri
24 Oktyabr 14:42
Gündəm
24 Oktyabr 14:35
Dünya
24 Oktyabr 14:35
Siyasət
24 Oktyabr 14:34
YAP xəbərləri
24 Oktyabr 14:22
Dünya
24 Oktyabr 14:09
YAP xəbərləri
24 Oktyabr 14:05
YAP xəbərləri
24 Oktyabr 14:01
YAP xəbərləri
24 Oktyabr 13:59
Sosial
24 Oktyabr 13:25
Sosial
24 Oktyabr 13:23
Hadisə
24 Oktyabr 13:21
YAP xəbərləri
24 Oktyabr 13:20
YAP xəbərləri
24 Oktyabr 13:02
YAP xəbərləri
24 Oktyabr 12:58
Sosial
24 Oktyabr 12:38
Dünya
24 Oktyabr 12:34
YAP xəbərləri
24 Oktyabr 12:32
YAP xəbərləri
24 Oktyabr 12:30
YAP xəbərləri
24 Oktyabr 12:16
YAP xəbərləri
24 Oktyabr 12:15
YAP xəbərləri
24 Oktyabr 12:11
YAP xəbərləri
24 Oktyabr 12:01
YAP xəbərləri
24 Oktyabr 12:00
İqtisadiyyat
24 Oktyabr 11:52
Siyasət
24 Oktyabr 11:37
Siyasət
24 Oktyabr 11:32

