Avropa Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır
10.02.2024 [10:10]
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bəzi Qərb dövlətlərinin və təşkilatlarının ölkəmizə qarşı qərəzli, obyektivlikdən uzaq olan davranışlar sərgiləmələrinə rəğmən, bütövlükdə Avropa İttifaqı (Aİ) respublikamızın öəmini və əməkdaşlığa verdiyi töhfələri yüksək dəyərləndirir. Bunu fevralın 7-də yüksək seçici fəallığı şəraitində uğurla baş tutan Prezident seçkilərinin qalibi olan Prezident İlham Əliyevin ünvanına ayrı-ayrı Avropa təsisatlarının rəhbərlərindən gələn təbriklər əyani şəkildə təsdiqləyir. Seçkilərin ilkin nəticələri elan olunduqdan sonra fevralın 8-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə zəng edib. Şarl Mişel fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş seçkilərdə qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib və yeni mandatın icrasında dövlətimizin başçısına uğurlar arzulayıb.
Aİ-nin Qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi də Azərbaycan Prezidentini möhtəşəm qələbə münasibəti ilə təbrik edənlər sırasındadır. O bununla bağlı özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Seçkilərdəki inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi həmçinin ATƏT-in Baş katibi Helqa Maria Şmid təbrik edib. “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaq və fürsətdən istifadə edib yeni səlahiyyət müddətinizdə Sizə müvəffəqiyyətlər arzu etmək istərdim”, - deyə Helqa Maria Şmid təbrikində vurğulayıb.
Birgə fəaliyyətə davam çağırışı
Azərbaycan Prezidentinə təbrik ünvanlayan rəsmilər Avropanın ən mötəbər və nüfuzlu qurumlarının təmsilçiləridirlər. Onların təbriklərində belə bir fikir ifadə olunub ki, bütövlükdə Avropa Azərbaycana böyük önəm verir və respublikamızla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. “Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edirik. Biz iqtisadiyyatlarımızı və insanlarımızı birləşdirmək üçün birgə fəaliyyətimizi davam etdirəcəyik”, - deyə Oliver Varhelyi öz təbrikində vurğulayıb.
“Daha təhlükəsiz və firavan ATƏT regionu naminə birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm. Bu baxımdan, qarşıdan gələn Münxen Təhlükəsizlik Konfransı zamanı Sizi yenidən görmək və təbriklərimi şəxsən çatdırmaq fürsətinə malik olacağıma ümid edirəm”. Bu fikirlər isə ATƏT-in Baş katibi Helqa Maria Şmidin təbrikində yer alıb.
Avropa qurumlarının rəsmiləri ölkəmizlə əməkdaşlığın davam etdiriməsinin vacibliyinə diqqət çəkərkən Azərbaycanla Aİ arasında uzun illər ərzində formalaşmış ənənələrə istinad edirlər. İndiyədək müxtəlif sahələrdə qazanılan təcrübə qarşılıqı münasibətlərin inkişafı üçün möhkəm baza yaradır. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və s. kimi müxtəlif çərçivələrdə inkişaf etdirib. 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə edir. 10 il müddətinə imzalanmış sazişin icra müddəti 2009-cu ildə bitməsinə baxmayaraq, onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır.
1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis olunub. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.
Aİ-nin Cənubi Qafqaz dövlətləri ilə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi üçün əsas vasitələrindən biri də “Avropa Qonşuluq Siyasəti” proqramıdır. Azərbaycan Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində özünün bir çox iqtisadi, siyasi, hüquqi və inzibati islahatlarını həyata keçirmək imkanı qazanıb.
Azərbaycan və Aİ uzun illərdir ki, müxtəlif sahələrdə birlikdə işləyirlər. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmizin ticarətinin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Aİ-yə üzv dövlətlərdən olan 1700-dən çox şirkət ölkəmizdə uğurla fəaliyyət göstərir. Respublikamız, həmçinin Aİ-yə üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox böyük fəallıq göstərir. İndiyədək Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. 2023-cü ildə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 24 milyard 821 milyon 895 min ABŞ dolları təşkil edib. İl ərzində Azərbaycandan Aİ ölkələrinə 21 milyard 821 milyon 611 min ABŞ dolları dəyərində ixrac, 3 milyard 84 min ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib. Hesabat dövründə Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 64,4 faiz, ümumi idxalında payı isə 17,4 faiz təşkil edib. Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Yunanıstan, İspaniya və Çexiya ilə olub.
Genişlənən enerji dialoqu
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel telefon danışığı zamanı, eləcə də Avropa təsisatlarının digər rəsmiləri Azərbaycan Prezidentinə ünvanladıqları təbriklərində enerji əməkdaşlığını önəminə xüsusi diqqət çəkiblər ki, bu da təsadüfi deyil. Azərbaycanla Aİ arasında enerji dialoqu yüksələn xətlə inkişaf edir və yüksək dinamizmə malikdir. Uğurlu enerji əməkdaşlığı müxtəlif mərhələləri əhatə edir. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan az sonra Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrilib.
Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Bütövlükdə, ölkəmizin təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan qazını Avropadan olan istehlakçılara çatdırmaq üçün respublikamızın təşəbbüsü ilə müasir Cənub Qaz Dəhlizi yaradılıb. Açıq dənizə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünsə də, artıq reallıqdır.
Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən Azərbaycan Türkiyə və Gürcüstandan əlavə, Avropanın 10-dək dövlətinə də təbii qaz ixrac edən ölkəyə çevrilib. 2022-ci il iulun 18-də ölkəmizlə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları sənədlə ölkəmizlə Aİ arasında enerji dialoqunun keyfiyyətcə yeni səviyyəyə yüksələcəyi fikrini qətiyyətlə ifadə edə bilərik. Həmin sənədi bütövlükdə enerji dialoqunun müxtəlif aspektlərini əhatə edən strateji yol xəritəsi kimi də dəyərləndirmək mümkündür. 2027-ci ilədək Azərbaycandan Avropa məkanına qaz ixracının həcminin iki dəfə artırılması hədəflənib ki, bu da tam realdır.
Azərbaycanın enerji strategiyasının növbəti üçüncü mərhələsi ölkənin zəngin bərpa olunan enerji potensialından istifadə olunmasını özündə ehtiva edir. Müasir dövrdə dünya üzrə meydana çıxan əsas çağırışlardan biri enerji keçidinin təmin edilməsi ilə bağlıdır. Yeni geosiyasi reallıqlar fonunda Avropa İttifaqı ölkələrində enerji transformasiyasının sürətləndirilməsinə və bunun üçün bir sıra zəruri tədbirlərin görülməsinə başlanıb. Müasir dövlət kimi inkişaf edən Azərbaycan da özünün bərpa olunan enerji potensialından səmərəli şəkildə istifadə etməyi planlaşdırır. O cümlədən perspektivdə Azərbaycanla Avropanın enerji dialoqu yalnız nefti və qazı deyil, həm də enerji bazarının digər seqmentlərini, xüsusilə də elektrik enerjisini, hidrogen və yaşıl hidrogen enerjisini əhatə edəcək. Respublikamızın bərpa olunan enerji potensialı kifayət qədər böyükdür.
Azərbaycan Brüssel formatını dəstəkləyir
Şarl Mişel Prezident İlham Əliyev ilə telefon danışığında üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib.
Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib.
Söhbət zamanı Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası və Ermənistanın baş nazirinin aparatı arasında dekabrın 7-də ikitərəfli əsasda qəbul edilmiş birgə bəyanatın irəliyə doğru mühüm addım olduğu vurğulanıb.
Xatırladaq ki, postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesində Brüssel platforması formalaşıb. İndiyədək Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə bir neçə görüşü baş tutub. Liderlər arasında Brüsseldə ilk görüş 2021-ci il dekabrın 14-də keçirilib. Sonradan Brüssel formatı Fransa prezidenti Emmanuel Makronun əsassız müdaxilələri və birtərəfli qaydada Ermənistanı dəstəkləməsi səbəbindən iflasa uğradı. İspaniyanın Qranada şəhərində ötən il oktyabrın 5-də keçirilən Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin anonsu verilən görüşü baş tutmadı. Bunun səbəbi ilk növbədə formatla bağlı idi. Məlum oldu ki, liderlərin görüşünün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, eləcə də Almaniya kansleri Olaf Şoltsun və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Azərbaycan Brüssel formatında tərəf saxlayan Fransanın qatılmasına etiraz edir. Lakin ölkəmizin haqlı etirazına rəğmən, Emmanuel Makronun görüşə qatılması planlaşdırılıb. Belə olan halda Azərbaycan qardaş Türkiyənin də masada yer almasını istəyib. Bu təklif qəbul olunmadıqda isə Prezident İlham Əliyev qardaş Türkiyəyə növbəti dəfə həmrəylik jesti edərək Qranadaya getməyib. Beləliklə də, ilk növbədə Fransanın günahı ucbatından liderlərin növbəti görüşü pozulub. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan Brüssel formatını dəstəkləyir. Ancaq görüşlər yalnız görüş xatirinə keçirilməməli, substantiv mahiyyət daşımalıdır və burada təhrikçi E.Makron iştirak etməməlidir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

