Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 2019-cu ilin aprelində verilən bəyanat...

2019-cu ilin aprelində verilən bəyanat...

03.04.2024 [10:20]

Bir kəmər, bir yol”da Azərbaycan amili

E. Cəfərli

Beynəlxalq nəqliyyat arteriyalarının aparıcı və çevik üzvlərindən birinə çevrilən Azərbaycan Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” layihəsində strateji rolunu və mövqeyini son illərdə artırmaqdadır. 2013-cü ildə Çin hökumətinin istifadəyə açıq elan etdiyi “Bir kəmər, bir yol” layihəsinə start verildiyi ilk gündən bu trans-kontinental nəqliyyat ailəsində öz qətiyyətli yerini tutan Azərbaycan davamlı olaraq hər il sözügedən dəhlizdə daşınmaların həcmini artırmağa nail olubdur. Son 10 ildə bu dəhliz üzərindən aparılan yük daşınmalarında Azərbaycanın payının ən azı 2 dəfə artması gələcəyə hesablanmış uzaqgörən iqtisadi zəkanın nəıticəsi hesab edilə bilər.

Asiya ilə Avropa arasında körpü...

Xatırlatma üçün deyək ki, Çin tarixi ipək dəhlizinin yeni platformasının yaradılmasına başlayanda bir çox ölkə bölgədəki mürəkkəb geosiyasi vəziyyətləri nəzərə alaraq bu marşruta qoşulmaqda tərəddütlər edirdi. Azərbaycan hökuməti isə ilk gündən öz iradəsini nümayiş etdirərək Asiyadan Avropaya uzanan bu nəqliyyat kəmərinin əsas həlqələrindən biri olmağı qətiləşdirdi. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”n imzalanmasından sonra bu marşrutda ölkəmizin starteji yeri müəyyənləşdi.

2019-cu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edən Azərbaycanın dövlət başçısı bəyan etdi ki, biz coğrafi mövqeyimizdən bəhrələnərək Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırırıq. “Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnmiş dəmir yolu şəbəkəsi yaratmışıq”.

Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb və Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizləri ailəsinin fəal üzvü olan Azərbaycan “Bir kəmər, Bir yol” layihəsinə qoşulduqdan sonra öz nəqliyyat infrastrukturunu tam yeniləşdirib. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin yaradılması da “Bir kəmər, bir yol” təşəbbüsünə xidmət edir.

Azərbaycan 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə faktiki olaraq Yeni İpək Yolunun rentabelli işlək coğravi qovşaqlarından birinə sahib olub. Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib və 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşınmalarının həyata keçirilməsi faktiki olaraq bu dəhlizin fəaliyyətə başlamasına beynəlxalq hüquqi status verib.

BTQ qlobal nəqliyyat icmasında təkcə 3 ölkəni birləşdirən regional layihə deyil, qitələri birləşdirən, Asiya və Avropa arasında vacib bağlantını təmin edən və Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm hissəsinə çevrilməklə 150 ölkə tərəfindən dəstəklənən “Bir kəmər, bir yol” təşəbbüsünün ən önəmli hissəsi kimi qəbul edilir. Bu layihə ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı əhatə etməklə iqtisadi, ticari, maliyyə və digər sahələrdə təmasları bir araya gətirir. Bu baxımdan Azərbaycan qitələri birləşdirən starteji nöqtələrdən biri kimi müasir geoiqtisadi platformalarda yerini və mövqeyini daha da artırır.

Orta Dəhliz - ortaq maraqlar...

“Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün Fəaliyyət Planı”na əsasən, tranzit daşınmaların rəqəmsallaşdırılması və  ümumi tranzit portalının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu, həm də Yeni İpək Yolunun ən strateji xətti olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) inteqrasiyanın dərinləşdirilməsi üçün səylərin artırılmasına çağırış deməkdir.  

Azərbaycanın genişşaxəli dəhlizlər formatı sözsüz ki, Pekinin də strateji maraqları ilə üst-üstə düşdüyündən bölgədəki kommunikasiyaların birləşməsinə, xüsusilə də Azərbaycanın hakim olduğu bölgədəki Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna marağı artmağa başlayıb. Çinin Avropa ilə ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirməkdə israrlı olduğu bəyan edildi. Pekin Orta Dəhlizin beynəlxalq əhəmiyyətini belə təsnifləşdirir:

- Dəhliz qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdır.

- Böyük bir coğrafiyada iqtisadi inteqrasiyanı böyütməklə regional inkişafa ciddi təkan yaradır.

- Beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına töhfə verir.

Türk ailəsinin ortaq layihəsi...

Orta Dəhlizi geosiaysi-iqtisadi əhəmiyyəti ilə yanaşı, maraqlar baxımından bir dəyər zənciri də adlandırmaq mümkündür. Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan dəhlizin və bu infrastrukturun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu böyük əhəmiyyətə malikdir.  Bu baxımdan bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula (ÜDM) malik olan Türk dövlətlərini birləşdirən bir layihə olduğunu nəzərə alsaq Azərbaycanın böyükhəcmli ticari-investisiya portfelindən əhəmiyyətli dividendlər əldə edəcəyi şəksizdir. 2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda iki dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması reallaşdırılıb. Təkcə 2021-ci ildə Çin-Avropa arasında, hər iki istiqamət üzrə ümumilikdə, dəmir yolu ilə 84,9 milyard dollarlıq yük daşınması həyata keçirilib. 2020-2022-ci illərdə bu dəhlizdə nəql edilmiş yükün ümumi həcmi 350-550 min ton arası olsa da, 2022-ci ildə bu rəqəm 3,4 milyon tona qədər artıb. Yəni, bu o deməkdir ki, Türk Dövlətləri Orta Dəhlizin potensial imkanlarından yüksək dəyər əldə edərək iqtisadiyyatlarına əlavə dəyər qata biləcək.

İpək Yolunun yeni xətti - Zəngəzur dəhlizi...

Qarşıda Zəngəzur xəritəsi var, Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bu coğrafiyanın logistika xəritəsi də dəyişməkdədir. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Bu dəhlizinin istifadəyə verilməsi Azərbaycan üzərindən illik olaraq təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər.

Zəngəzur dəhlizinin “Bir kəmər, bir yol” layihəsinə reinteqrasiyası artıq masadadır və rəsmi Pekin də bu xətti Yei İpək Yolunun əsas həlqələrindən biri hesab edir. Bu məsələ Çinin ən yüksək dövlət rəsmiləri ilə müzakirə olunub, Çinin ölkəmizdəki səfiri həmin dəhlizin Orta Dəhlizə inteqrasiyasını müasir nəqliyyat arteriyasının üzvü kimi gördüyünü vurğulayıb. 2021-ci noyabrın 28-də Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısının yekununda tərəfdaş ölkələr tərəfindən yekun bəyannamə imzalanıb ki, bu, Mərkəzi Asiya-TranXəzər-Avropa marşrutunun əsas həlqəsinə çevrilən Zəngəzur dəhlizinə qoşulmağa razılığın ifadəsidir.

Bir sözlə, Azərbaycan və Çin yeni nəqliyyat, enerji və tranzit marşrutlarının yaradılması və şaxələndirilməsi ilə Şərq-Qərb təhlükəszilik və əməkdaşlıq dəhlizinin formatını çıxmaqdadır.

Paylaş:
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Siyasət

Yeni faktlar...

10 Aprel 10:51

Siyasət

Siyasət

Gündəm

İlk dəfədir ki...

10 Aprel 09:55

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30