Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / Qubadlıda yol qəzası zamanı avtomobildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Qubadlıda yol qəzası zamanı avtomobildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

09.01.2025 [21:37]

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qubadlı rayonunun Hal kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Qubadlı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “İVECO” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarına aşdığı və müxtəlif dərəcəli bədən xəsarətləri almış sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan 1995-ci il təvəllüdlü Rəhimli Kənan Səyyad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş:
Baxılıb: 807 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30