Bir qərarla tarix yazan adam!
29.01.2026 [08:25]
Əfsanəvi hakim Tofiq Bəhramovun doğum günüdür...
Bu gün Azərbaycan idman tarixində silinməz iz qoymuş, adı dünya futbolunun qızıl səhifələrinə yazılmış əfsanəvi hakim Tofiq Bahramovun doğum günüdür. O, təkcə Azərbaycan futbolunun deyil, ümumilikdə, dünya futbol tarixinin ən tanınmış simalarından biridir. Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Bakıda anadan olub.
Futbolçu karyerasına 1943-cü ildə başlayan T.Bəhramov əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə “Neftyanik”ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin sözlərinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsi ilə digər oyunçulardan fərqlənib.
Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib.
1951-ci ildən SSRİ çempionatının oyunlarına hakim kimi təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, SSRİ-də beynəlxalq çempionatları idarə edən ilk hakim kimi fərqlənib. İki oyunda baş hakim, altı oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib. İndiki zamanda isə bu, qətiyyən mümkün deyil.
O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.
1966-cı ildə FIFA Dünya Kubokunun futbol oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırdı və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaratdı. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi.
Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdular. Tofiq Bəhramov bu oyundan sonra, həmçinin, Böyük Britaniya kraliça II Elizabetin şəxsən təqdim etdiyi “Qızıl ilahə” (dünya kuboku) mükafatına layiq görülüb.
Çox az adam bilir ki, Tofiq Bəhramov 1970-ci il Dünya çempionatında da hakimlik edib. Meksikada keçirilən mundialda Bəhramov üç oyunu, ən əsası isə əfsanəvi yarış sayılan Braziliya-Uruqvay yarımfinal yarışını idarə edib.
1971-ci il 25 mayda Lev Yaşinin vida matçında SSRİ dünya yığması ilə qarşılaşıb, həmin görüşü də Bəhramov idarə edib. O, 1968 və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında, həmçinin Qitələrarası Kubokda (“Estudiantes” - “Mançester Yunayted” oyununda laynsman, “İndependyente” - “Ayaks” matçında baş hakim) ədaləti təmin edib.
1972-ci ildə UEFA kubokunun final matçı (“Vulverhempton” - “Tottenhem”) da ona tapşırılıb. Tofiq Bəhramov 1975-ci ildə hakimliklə vidalaşıb.
1975-ci ildə yenidən “Neftçi”yə qayıdan Bəhramov üç il komandada ikinci məşqçi kimi fəaliyyət göstərib. Bəhramov “Neftçi”nin rəisi vəzifəsində də çalışıb. O, 1974-cü ildən ömrünün sonuna kimi Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bədən tərbiyəsi və idman kafedrasının müdiri işləyib.
1992-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Dünya futbol tarixinə “Qızıl fit” almış yeganə laynsman kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da üçüncü dəfə infarkt keçirib və dünyasını dəyişib.
Bəhramov haqqında sənədli film də çəkilib.
“Freeview Playback” şirkəti Böyük Britaniya sakinləri arasında “Siz bəşəriyyət tarixində hansı stop-kadrı ən məşhur hesab edirsiniz?” sualı əsasında sorğunun nəticələrini müəyyənləşdirib. Nəticələrə görə, Ceff Herstin vurduğu qol birinci, Tofiq Bəhramov ikinci, “Əsas instinkt” filmindəki Şeron Stounun qalmaqallı epizodu üçüncü yerlə dəyərləndirilib.
2004-cü ildə vəfat edən ingilis yazıçı Artur Hopkraft Azərbaycan arbitrinə özünün ən məşhur “Futbol adamı” kitabını həsr edib. Əgər azərbaycanlılar üçün Tofiq Bəhramov o zamandan bəri dünya çempionatının final oyununu idarə edən hakim hesab olunursa, ingilislər üçün Metto Basbi, Alfom Remzi, Bobbi Mur, Bobbi Çarlton kimi futbol simvolları ilə bir sırada durur. Artur Hopkraft kitabında yazır: “Bəhramov bayrağını qaldıranda təkcə “Uembli” deyil, bütün İngiltərə onun ayaqları altında idi.
Hamı fikirləşirdi: Bu rus nə istəyir? Ancaq üstündən 10 illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlayıblar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə”.
2004-cü ilin 14 oktyabrında dünya futbolunun ulduzları T.Bəhramovun xatirəsinə həsr olunmuş seçmə oyunlarda Azərbaycan və İngiltərə yığmasının oyununu izləmək üçün Bakıya gəldilər. Həmin gün əfsanəvi hakimin şərəfinə ucaldılan abidənin açılış mərasimi də keçirildi. Dünyada hakimlər içərisində ilk dəfə məhz onun adına abidə ucaldılıb. Mərasimdə FIFA-nın prezidenti Yozef Blatter, icraiyyə komitəsinin üzvü Mişel Platini, Ceff Herst və digər görkəmli futbolçular da iştirak ediblər.
Qeyd edək ki, 2004-cü ildə dünyada hakimlər içərisindən ilk dəfə məhz onun adına abidə ucaldılıb. Tofiq Bəhramov 2006-cı il dünya çempionatına həsr olunan cizgi filminin qəhrəmanı da olub.
Tofiq Bəhramovun futbolda xidmətləri çox olub. Elə ona görə də ölkənin bir nömrəli idman arenası - Respublika stadionu onun adını daşıyır. Stadionun girişində dünyada ilk dəfə mərhum hakimə abidə də ucaldılıb.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51
Gündəm
31 Yanvar 11:23
MEDİA
31 Yanvar 10:56
Sosial
31 Yanvar 10:34
İqtisadiyyat
31 Yanvar 10:18
Siyasət
31 Yanvar 09:55
Analitik
31 Yanvar 09:32
Siyasət
31 Yanvar 09:16
Siyasət
31 Yanvar 08:51
Dünya
31 Yanvar 08:33
Sosial
31 Yanvar 08:31
Dünya
31 Yanvar 08:21
Siyasət
31 Yanvar 08:18
Siyasət
31 Yanvar 08:17
Siyasət
31 Yanvar 08:17
Dünya
30 Yanvar 23:20
Dünya
30 Yanvar 22:43
Dünya
30 Yanvar 22:17
İdman
30 Yanvar 21:50
Dünya
30 Yanvar 21:33
Sosial
30 Yanvar 21:19
Dünya
30 Yanvar 20:54
Dünya
30 Yanvar 20:22
Siyasət
30 Yanvar 20:13
Dünya
30 Yanvar 20:07
Dünya
30 Yanvar 19:45
Hadisə
30 Yanvar 19:30
Dünya
30 Yanvar 19:11
YAP xəbərləri
30 Yanvar 18:51
Əlaqə
30 Yanvar 18:34
Siyasət
30 Yanvar 18:09
Siyasət
30 Yanvar 17:57
Sosial
30 Yanvar 17:57
Siyasət
30 Yanvar 17:21
Xəbər lenti
30 Yanvar 17:06
YAP xəbərləri
30 Yanvar 17:04
YAP xəbərləri
30 Yanvar 17:02
YAP xəbərləri
30 Yanvar 17:01
YAP xəbərləri
30 Yanvar 16:58
YAP xəbərləri
30 Yanvar 16:57
Dünya
30 Yanvar 16:55
Sosial
30 Yanvar 16:53
Gündəm
30 Yanvar 16:52
Sosial
30 Yanvar 16:51
Gündəm
30 Yanvar 16:51
İdman
30 Yanvar 16:10
Siyasət
30 Yanvar 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |

