Qədim Oğuz diyarı Tovuz ilk Avropa Oyunlarının məşəlini qarşılayıb
20.05.2015 [09:53]
Birinci Avropa Oyunlarının məşəli mayın 19-da söz və saz diyarı olan, gündən-günə abadlaşan və gözəlləşən Tovuz şəhərinə gətirilib. Minlərlə rayon sakini Heydər Əliyev prospekti boyu düzülərək ilk Avropa Oyunlarının məşəl estafetini böyük sevinclə qarşılayıblar.
AZƏRTAC xəbər verir ki, taekvando üzrə Azərbaycan çempionatının mükafatçısı Nəsimi Cəfərov şəhər parkının qarşısında qurulan Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. 2,6 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar alqış sədaları altında Heydər Əliyev parkına gəliblər.
Beynəlxalq dərəcəli məşqçi-hakim, taekvando üzrə Avropa çempionatının mükafatçısı Coşqun Nadirov parkın qarşısında qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırıb. Çıraq ilk Avropa Oyunlarının sonunadək “Bakı-2015”in rəmzi kimi Tovuzda saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edilib.
Sonra Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Rayonun fəal gənclərindən Rasim Qocayev sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Mən çox xoşbəxtəm ki, belə bir tarixi hadisənin şahidi oluram. Azərbaycan artıq neçə illərdir öz yüksək inkişaf mərhələsini yaşayır, bir çox mötəbər tədbirlərə uğurla ev sahibliyi edir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi hər bir azərbaycanlı kimi məni də sevindirir”.
Tovuz şəhər sakini Zirəddin Əhmədov isə fikirlərini belə ifadə edib: “Mən də bu möhtəşəm tədbirin ilk dəfə Azərbaycanda keçirilməsinə çox sevinirəm. Artıq bir neçə müddətdir ki, Oyunların məşəli ölkəmizi diyar-diyar gəzməkdədir. Qoy, dünyamız bu məşəlin şəfəqləri ilə işıqlansın. Tovuz düşmənlə sərhəddə yerləşir. Cəbhə bölgəsində belə bir tədbirin keçirilməsi hər birimizin ürəyincədir. Gün o gün olsun ki, bu məşəli Qarabağımızda alovlandıraq”.
Sonra respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46

