Saymon Kleq: “Bakı-2015” beynəlxalq standartların ən yüksək səviyyəsi ilə təqdim olunacaq
09.06.2015 [10:01]
AZƏRTAC “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi üçün mükəmməl media tərəfdaşıdır
Xəbər verdiyimiz kimi, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq AZƏRTAC-ın əməkdaşları ilə görüşərək onların suallarını cavablandırıb. Daha sonra Saymon Kleq AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Cənab Kleq, Azərbaycanın Avropa Oyunlarına hazırlaşmaq üçün vaxtı o qədər də çox deyildi. Qısa müddətdə bu qədər nəhəng işi görmək necə mümkün oldu?
- Əlbəttə, hazırlıq üçün ayrılan cəmi 30 ay ərzində bu prosesin uğurla başa vurulması misilsiz nailiyyətdir. Bu uğurun əldə edilməsində Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük xidmətləri var. Möhtəşəm idman tədbirinə hazırlaşmaq üçün mənimlə yanaşı, Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və 2 mindən çox istedadlı üzvü olan bir komanda çalışıb. Təqribən 78 faizini azərbaycanlılar təşkil edən bu komandanın üzvləri olduqca bacarıqlı, yüksək təhsilli və ambisiyalı gənclərdir. Bu zəngin heyətlə, azərbaycanlı həmkarlarımızla birgə işimizi daha yüksək səviyyədə görməyə çalışırıq.
Biz birinci Avropa Oyunlarının keçirilməsi ilə böyük bir irs qoymuş olacağıq. Bu, Azərbaycanın gələcəkdə daha yaxşı mövqeyə çıxmasına öz təsirini göstərəcək. Beləliklə, ölkəniz xaricdən mütəxəssis cəlb etmədən, püxtələşmiş gəncləri ilə bu cür beynəlxalq tədbirə ev sahibliyi etmək bacarığına malik olacaq.
- Azərbaycan “Bakı-2015”-i Olimpiya Oyunları səviyyəsində keçirməyə iddialıdır. Sizcə, Bakının idman arenaları, infrastrukturu, təşkilati işlər bunun üçün yetərlidirmi?
- Bir daha qeyd etmək istərdim ki, birinci Avropa Oyunlarına hazırlığın uğurlu nəticəsi olaraq artıq Azərbaycan gələcəkdə beynəlxalq idman tədbirlərini keçirmək üçün daha yaxşı mövqelərə çıxır. Bu mötəbər beynəlxalq idman yarışlarının təşkili üçün görülən işlər göz qabağındadır. Bakı Olimpiya Stadionu, üzgüçülük hovuzu və digər müasir tikililər, idman arenaları paytaxtınızın gələcəyi üçün zəngin miras qoyacaq. Ən yeni texnologiyalarla təchiz edilən müasir gimnastika arenası tikilib. Heyranedici, fantastik Bakı Olimpiya Stadionu yüksək səviyyədədir.
Təbii ki, bu idman infrastrukturu sualınızı müsbət cavablandırmağa əsas verir.
- Cənab Kleq, Siz indiyədək bir neçə Olimpiya Oyunlarının əsas təşkilatçılarından biri olmusunuz. Sizcə, “Bakı-2015” birinci Avropa Oyunları Olimpiadalarla müqayisədə hansı yenilik və üstünlüklər təqdim edə biləcək?
- Məncə, biz Olimpiya Oyunlarına heç də həmişə istinad etməməliyik. Avropa Oyunları tarixdə ilk dəfədir keçirilir. Biz Avropanın idman tarixini yaradırıq. Bu, həmçinin qitənin ən yaxşı atletləri üçün yeni idman yarışlarıdır.
Biz bəzi maraqlı təşəbbüslərlə, eyni zamanda, fərqli və yeni innovasiyaların tətbiqi ilə olimpiya və qeyri-olimpiya idman növlərini bir araya gətirməyə çalışdıq. Paralimpiya cüdosu, əsas idman oyunları hesab olunan və proqrama daxil edilən basketbol, çimərlik futbolu, sambo və karate maraqlı və daha çox auditoriya cəlb edəcək idman növləridir. Biz heç zaman Olimpiya Oyunları ilə müqayisələr aparmırıq. Bununla belə, Avropa Oyunlarının və yarışlara hazırlıq işlərinin Olimpiya standartlarına cavab verdiyini bildirmək istərdim.
- Bu səpkili idman tədbirlərini mediasız təsəvvür etmək mümkün deyil. Yerli KİV-lərin Avropa Oyunlarının təbliği ilə bağlı fəaliyyəti Sizi qane edirmi?
- Təbii ki, yerli medianın iştirakı və rolu olduqca vacibdir. AZƏRTAC ilə işləmək bizə xüsusilə xoşdur. Siz bizim üçün mükəmməl tərəfdaşsınız.
Daha irəli gedərək, onu bildirim ki, ictimaiyyətə çatdırılan xəbərlər bizim istədiyimiz məlumatlardır. Biz istəyirik ki, azərbaycanlılar ölkələrinin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ilə qürur duysunlar. “Bakı-2015” idman azarkeşlərinə beynəlxalq standartların ən yüksək səviyyəsi ilə təqdim olunacaq. Bu məsələdə media bizim ən önəmli tərəfdaşlarımızdan biridir.
Xəbər lenti
Hamısına baxHadisə
01 Fevral 23:18
Hadisə
01 Fevral 22:33
Hadisə
01 Fevral 21:41
Dünya
01 Fevral 21:40
Sosial
01 Fevral 20:37
Dünya
01 Fevral 19:13
İdman
01 Fevral 18:25
Sosial
01 Fevral 18:16
Maraqlı
01 Fevral 17:19
İqtisadiyyat
01 Fevral 17:14
Dünya
01 Fevral 16:43
Dünya
01 Fevral 15:30
Dünya
01 Fevral 14:22
Dünya
01 Fevral 13:15
Hadisə
01 Fevral 12:28
Dünya
01 Fevral 11:19
Hadisə
01 Fevral 10:34
Hadisə
01 Fevral 09:41
İdman
01 Fevral 08:20
Mədəniyyət
31 Yanvar 23:30
Dünya
31 Yanvar 22:29
Siyasət
31 Yanvar 21:59
Gündəm
31 Yanvar 21:56
Elm
31 Yanvar 21:17
Dünya
31 Yanvar 20:49
Dünya
31 Yanvar 19:14
Sosial
31 Yanvar 18:20
Dünya
31 Yanvar 17:22
Dünya
31 Yanvar 16:35
Dünya
31 Yanvar 15:17
YAP xəbərləri
31 Yanvar 15:01
YAP xəbərləri
31 Yanvar 14:47
Dünya
31 Yanvar 14:40
Dünya
31 Yanvar 14:25
Dünya
31 Yanvar 13:54
Dünya
31 Yanvar 13:19
Dünya
31 Yanvar 12:46
Dünya
31 Yanvar 12:22
Dünya
31 Yanvar 11:51
Gündəm
31 Yanvar 11:23
MEDİA
31 Yanvar 10:56
Sosial
31 Yanvar 10:34
İqtisadiyyat
31 Yanvar 10:18
Siyasət
31 Yanvar 09:55
Analitik
31 Yanvar 09:32
Siyasət
31 Yanvar 09:16
Siyasət
31 Yanvar 08:51
Dünya
31 Yanvar 08:33
Sosial
31 Yanvar 08:31
Dünya
31 Yanvar 08:21
Siyasət
31 Yanvar 08:18
Siyasət
31 Yanvar 08:17
Siyasət
31 Yanvar 08:17
Dünya
30 Yanvar 23:20
Dünya
30 Yanvar 22:43
Dünya
30 Yanvar 22:17
İdman
30 Yanvar 21:50
Dünya
30 Yanvar 21:33
Sosial
30 Yanvar 21:19
Dünya
30 Yanvar 20:54
Dünya
30 Yanvar 20:22
Siyasət
30 Yanvar 20:13
Dünya
30 Yanvar 20:07
Dünya
30 Yanvar 19:45
Hadisə
30 Yanvar 19:30
Dünya
30 Yanvar 19:11
YAP xəbərləri
30 Yanvar 18:51
Əlaqə
30 Yanvar 18:34
Siyasət
30 Yanvar 18:09
Siyasət
30 Yanvar 17:57
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |

