/ / “Bakı-2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdıb
“Bakı-2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdıb
09.06.2015 [10:04]
“Bakı-2015”-in məşəlinin birinci Avropa Oyunlarının keçiriləcəyi paytaxt şəhərə daxil olmazdan əvvəl son dayanacağı iyunun 6-da Qobustan Milli Tarix-Bədii Qoruğu olub.
AZƏRTAC xəbər verir ki, Qobustan Milli Parkı açıq səma altında qoruq-muzeydir. Dünya əhəmiyyətli abidə kimi, 2007-ci ilin iyununda UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib. 2011-ci ildə istifadəyə verilən, ümumi sahəsi 2 min 460 kvadratmetr olan muzey və inzibati bina kompleksi innovativ metodlarla əks olunan məlumat bazaları ilə Qobustan ziyarətçilərini heyran qoyur. Xüsusi multimedia proqramları olan sensor ekranlarda həm maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D film və sair nümayiş etdirilir. Burada 360 dərəcə dövr edən xüsusi aparatla istənilən abidəni izləmək mümkündür. Muzeyin fondunda 100 mindən çox arxeoloji material toplanıb.
Qoruqda 283 kvadratmetr sahədə 2 teleskopun quraşdırıldığı müşahidə meydançası var. Hazırda Qobustan qoruğunda 6000-dən artıq qayaüstü təsvir aşkar olunub, 40-dan çox kurqan və 20-ə yaxın qədim yaşayış məskəni qeydə alınıb, 105 min maddi mədəniyyət əşyaları elmi cəhətdən tədqiq edilib.
Arxeoloji muzeyin qarşısından məşəl estafetinin paytaxt Bakıdan kənar son mərhələsi başlanıb. 1,8 kilometr məsafəni əhatə edən estafet yürüşünü “Sabahın alimləri” müsabiqəsinin, tarix fənni üzrə olimpiadanın və “Heydər Əliyev-92” inşa müsabiqəsinin qalibi Səbinə Qədirova başlayıb. Estafet yürüşündə Minəxanım Bayramova, Aysel İsmayıllı, İmran Həsənov, Nilgün Məhərrəmova, Adil Əliyev, Süleyman Mahmudov, Kamilla Bayramova, Elxan Əliyev iştirak ediblər. Yürüşü yol üzərində qurulmuş səhnəyə çıxaraq “Bakı-2015”-in daha bir çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, Prezident təqaüdçüsü Leyla Zeynalova başa çatdırıb.
Mərasim “Bakı-2015”-ə həsr olunmuş bədii proqramla davam etdirilib. “Bakı-2015”-in məşəli ilə yandırılan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim edib.
Məşəl estafetinin iştirakçısı Leyla Zeynalova təəssüratlarını bölüşərək deyib: “Çox gözəl gündür. Açığı çox həyəcanlıyam. Min illərin səsi-sorağı olan bu tarixi məkanda məşəlçi olmaq, birinci Avropa Oyunlarının rəmzini daşımaq və səhnədə çırağı yandırmaq böyük şərəfdir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə görə çox sevinirəm. Çünki bu idman yarışları ölkəmizin şöhrətini artıracaq. Bütün idmançılarımıza uğurlar arzulayıram”.
Beləliklə, “Bakı-2015”-in məşəli paytaxta qədəm qoyub. İyunun 7-də məşəl paytaxt Bakıya çatdırılıb və iyunun 12-dək - birinci Avropa Oyunlarının tarixi açılış mərasimi başlayana qədər paytaxtın gəzməli-görməli yerlərinə səyahət edəcək.
Xatırladaq ki, “Bakı-2015” birinci Avropa Oyunlarının məşəli Atəşgah Məbədindən götürülmüş alovla aprelin 27-də Bakıdan yola salınıb və iyunun 7-də paytaxta qaytarılana qədər, təxminən 5500 kilometr məsafə qət edib. Məşəl səyahətində 150 nəfərlik yaradıcı komanda, 132 nəqliyyat vasitəsi iştirak edir. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub. Səyahət boyunca hər regionu əhatə edən məşəl estafetləri, eləcə də alov festivallarında “Bakı-2015”-in ulduz elçiləri də iştirak edirlər. Festivallar Naxçıvan, Lənkəran, Cəlilabad, Sabirabad, Horadiz, Quzanlı, Bərdə, Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Şamaxı və Qubada keçirilib. Qalan yaşayış məntəqələrində isə qarşılanma mərasimləri olub.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

