/ / Birinci Avropa Oyunlarının qaliblərinin mükafatlandırılması ilə əlaqədar təşkil edilən “Zəfər günləri” tədbirləri başa çatıb
Birinci Avropa Oyunlarının qaliblərinin mükafatlandırılması ilə əlaqədar təşkil edilən “Zəfər günləri” tədbirləri başa çatıb
30.06.2015 [10:13]
İyunun 29-da Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təşkil edilən sonuncu “Zəfər günləri” tədbirində birinci Avropa Oyunlarında medal qazanan idmançılarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abiyev, Olimpiya çempionu Fərid Mansurov, eləcə də idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan idmançılarının birinci Avropa Oyunlarında əldə etdikləri nailiyyətlərdən söhbət açılıb. Məlumat verilib ki, birinci Avropa Oyunlarının 16-cı günü də idmançılarımızın parlaq qələbələri ilə yadda qalıb. İyunun 27-də boksçularımız ölkəmizin idman tarixinə şanlı səhifə yazıblar. Onlar həmin gün 3-ü qızıl, 1-i gümüş, 1-i bürünc olmaqla ümumilikdə 5 medal qazanıblar. Hesabına 5 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 56-yə çatıb. Onlar bu nəticə ilə həm də ölkəmizin ümumi komanda hesabında ikinci yerdə möhkəmlənməsini təmin ediblər. Azərbaycan idmançıları birinci Avropa Oyunlarında 21 qızıl, 15 gümüş və 20 bürünc medal əldə edərək yarışları ümumi komanda hesabında ikinci yerdə başa vurmaqla tarixi qələbə qazanıblar. Birinci Avropa Oyunlarında ümumi komanda hesabında ikinci yeri tutan Azərbaycanın qüdrəti bütün dünyaya nümayiş etdirildi.
Qalibləri təbrik edən MOK-un vitse-prezidenti Ç.Hüseynzadə vurğulayıb ki, “Bakı-2015” birinci Avropa Oyunları nəinki qitənin, dünya idman tarixinə qızıl hərflərlə yazılacaq. Bu gün biz sonuncu “Zəfər günləri” tədbirində iştirak edirik. Bu, bizim birinci Avropa Oyunlarında sonuncu zəfər günümüzdür. Ancaq bizim zəfərlərimiz irəlidədir və hələ çox qələbələr qazanacağıq.
Oyunlara möhtəşəm bağlanış mərasimi ilə yekun vurulduğunu qeyd edən Ç.Hüseynzadə deyib ki, həm açılış, həm də bağlanış tədbirlərini bütün dünya heyranlıqla izlədi. Azərbaycan idmançılarının həm medalların sayına, həm də əyarına görə möhtəşəm uğur qazandıqlarını söyləyən MOK-un vitse-prezidenti bu böyük uğur münasibətilə xalqımızı, idmançıları, onların məşqçilərini, idmansevərləri bir daha təbrik edərək deyib: “Mən bu gün doğrudan da sevinc və qürur hissi keçirirəm. Belə bir möhtəşəm idman yarışının Azərbaycanda yüksək səviyyədə keçirilməsinə görə Prezident İlham Əliyevə və “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.
“Bakı-2015”-in rəsmi tərəfdaşı olan “Coca-Cola” şirkətinin Türkiyə, Qafqaz və Mərkəzi Asiya regionunun biznes üzrə prezidenti xanım Qalya Frayman Molinas çıxışında deyib: “Birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olmaqdan, Azərbaycanın bu Oyunları müvəffəqiyyətlə başa çatdırmasından sonsuz qürur duyuruq. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirik. Belə möhtəşəm idman tədbirinin bir parçası olmaq tarixi imkandır. Bu, gözəl başlanğıc oldu. Azərbaycan bundan sonra da böyük idman tədbirlərinə uğurla ev sahibliyi edəcək”.
Tədbirdə “Coca-Cola” şirkəti tərəfindən Milli Olimpiya Komitəsinə xüsusi hədiyyə təqdim edilib.
Sonra mərasimdə uğur qazanmış idmançılarımızın qələbə anlarını əks etdirən qısa film göstərilib.
Daha sonra birinci Avropa Oyunlarının mükafatçıları Xaybula Musalov, Abdulqadir Abdullayev, Pərviz Bağırov, Albert Səlimova MOK-un hədiyyələri təqdim olunub. Azərbaycana qələbə sevinci yaşadan atletlərimiz səhnədə quraşdırılmış rəmzi lövhəni imzalayıblar.
Xatirə şəkli çəkdirildikdən sonra mərasim tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxİdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32

